İctimai Şuraların fəaliyyəti təşviq ediləcək
24.07.2020 [20:42]
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi “İctimai Şuraların fəaliyyətinin təşviqi” layihəsinin icrasına başlayıb. Bu barədə ictimai birliyin sədri və layihə rəhbəri Cəsarət Hüseynzadə məlumat verib.
Təşkilat sədri bildirib ki, layihə vətəndaş cəmiyyəti təşkilatlarının Açıq hökumətin təşviqi sahəsində rolunun artırılması, ictimai iştirakçılığın təbliği, VCT-lərin qərar qəbul etmə prosesində iştirakının gücləndirilməsi və ictimai şuraların fəaliyyətinin təşviq edilməsindən ibarədir: “Bildiyimiz kimi “İctimai iştirakçılıq haqqında” Qanunun 2014-cü ildən qüvvəyə minib. Bu müddət ərzində bir çox mərkəzi icra hakimiyyəti və bir neçə yerli icra hakimiyyəti orqanları yanında İctimai Şuralar yaradılıb. Hal-hazırda bu ictimai şuraların fəaliyyətinin təşviq edilməsi və rəqabət mühitinin yaradılması vacib şərtdir. Bu təşviq edilmə həm İctimai Şura üzvləri həm də müvafiq icra hakimiyyəti orqanlarında məsuliyyət və cavabdehlik mühitinin inkişaf etdirilməsinə xidmət göstərəcək”.
Cəsarət Hüseynzadə bildirib ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən müxtəlif sahələrdə islahatlar aparılır, struktur dəyişiklikləri həyata keçirilir. Vətəndaş cəmiyyəti sektoru da bu proseslərə adekvat münasibət göstərməli, fəaliyyətini yeni forma və metodlarla qurmalıdır. Bunun üçün də ictimai nəzarətin gücləndirilməsi, müxtəlif sektorlarda inkişafın təmin olunmasında VCT-lərin rolunun genişlənməsi vacibdir. Bu prosesdə də əsas körpü rolunu oynayan forma ictimai iştirakçılıqdır.
İctimai iştirakçılığın daha çox təsir imkanlarının olması İctimai Şuralar vasitəsi ilə mümkünlüyü ehtimal olunur. Bu baxımdan ictimai şuraların fəaliyyətinin genişlənməsi istiqamətində təbliğat işlərinin aparılması ehtiyac duyulan əsas məqamlardadır.
Təşkilat sədri qeyd edib ki, layihə çərçivəsində İctimai Şuralar ilə əməkdaşlıq əlaqələri qurulacaq, onların fəaliyyəti və tədbirləri ilə bağlı informasiyalar hazırlanaraq qht.az saytında yayımlanacaq.
Eyni zamanda İctimai Şuraların fəaliyyəti və tədbirləri ilə bağlı reportaj, müsahibələrin hazırlanması və canlı yayımların həyata keçirilməsi nəzərdə tutulur. Multimedia fəaliyyəti QHT TV internet televiziyası vasitəsilə həyata keçiriləcək.
Cəsarət Hüseynzadənin sözlərinə görə, rəhbərlik etdiyi təşkilat pandemiya dövrünü nəzərə alaraq, aprel – iyun aylarında layihəyə tövhə olaraq “ Koronavirus pandemiyası dövründə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinin onlayn təbliği" mövzusunda Canlı Yayımlar da təşkil edib. 22 canlı yayımda 29 QHT rəhbərinin iştirakı ilə müxtəlif mövzularda müzakirələr aparılıb.
Canlı Yayım "İctimai Baxış" proqramı adı altında baş tutub və sosial şəbəkələr (Facebok, Youtube, Twitter, Periscope) və QHT TV ixtiaslaşmış internet televiziya vasitəsilə yayımlanıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55

