Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Yeni Azərbaycan” qəzeti KİVDF-nin elan etdiyi müsabiqə üzrə onlayn “dəyirmi masa” keçirib

“Yeni Azərbaycan” qəzeti KİVDF-nin elan etdiyi müsabiqə üzrə onlayn “dəyirmi masa” keçirib

28.07.2020 [09:01]

“Regional inkişafın Azərbaycan modeli” mövzusunda təşkil edilən tədbirdə ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı məsələləri müzakirə olunub
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün müsabiqə elan edib. Müsabiqə çərçivəsində KİVDF tərəfindən “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”na uyğun olaraq 19 istiqamət üzrə layihə-təkliflər təqdim olunub. “Yeni Azərbaycan” qəzeti “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”, “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi”, eləcə də “Azərbaycançılıq ideyasının təbliği” istiqamətləri üzrə müsabiqənin qalibi olub. Hazırda redaksiya tərəfindən müsabiqə şərtlərinə uyğun olaraq qəzetin səhifələrində hər üç istiqamət üzrə müntəzəm qaydada materiallar dərc olunur. Eyni zamanda, “Yeni Azərbaycan” qəzetinin redaksiyası layihələrin icrası çərçivəsində müvafiq mövzuların müzakirəsi ilə bağlı onlayn”dəyirmi masa”ların keçirilməsini nəzərdə tutub.
Beləliklə, ilk “dəyirmi masa” iyulun 18-də regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi istiqaməti üzrə “Regional inkişafın Azərbaycan modeli” mövzusunda onlayn formatda keçirilib. “Yeni Azərbaycan” qəzetinin müxbiri, layihə rəhbəri Mübariz Abdullayevin moderatorluğu ilə keçirilən “dəyirmi masa”da qəzetin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, millət vəkili Cavid Osmanov, Zərdab rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudova, Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov, Bərdə rayon İcra Hakimiyyəti sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Damət Ələkbərov iştirak ediblər. Tədbirdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Azərbaycanın bütün dünyada böyük maraqla izlənilən nümunəvi regional inkişaf modelinin bir sıra üstün keyfiyyətlərə malik olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, dövlət proqramları reallaşdırılarkən regionların ənənələri mütləq nəzərə alınır, səmərəli praktiki yanaşmalar tətbiq olunur ki, bütün bunlar da bölgələrimizdə mühüm uğurların əldə olunmasını şərtləndirir. Regional inkişaf proqramlarının uğurla icra edilməsi əyani şəkildə təsdiqləyir ki, Azərbaycan dövləti bölgələrin potensialından səmərəli istifadə olunmaqla ölkə üzrə yeni iqtisadi güc mərkəzlərinin yaradılması ilə bağlı müəyyənləşdirdiyi strateji hədəflərə doğru inamla irəliləyir.
Daha sonra çıxış edənlər diqqətə çatdırıblar ki, bu gün unikal və spesifik inkişaf modeli bütün dünyada böyük maraq doğuran Azərbaycanın müsbət reallıqlarını paytaxt Bakı ilə yanaşı, həm də ölkənin regionlarında izləmək mümkündür. İndiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət proqramının icrası yüksək səviyyədə təmin edilib və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda bəhs olunan bu proqramın da icrası yüksək səviyyədə təmin edilir və ayrı-ayrı bölgələrdə nəzərdə tutulan layihələrin icrasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda məlumat verilib ki, 2019-cu ildə dördüncü Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə 7,2 milyard manat vəsait yönəldilib, eyni zamanda, dövlət başçısının imzaladığı sərəncamlarla, əlavə olaraq 1 milyard manata yaxın vəsait ayrılıb.
Onlayn “dəyirmi masa”da mövzu ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31