/ / Azərbaycan və İran arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan və İran arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub
07.08.2020 [09:06]
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah naziri Məhəmməd Şəriətmədari arasında videokonfrans formatında görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Prezident İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin keçirdikləri görüşlərin və qarşılıqlı rəsmi səfərlərin iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
S.Babayev ölkəmizdə əmək, məşğulluq sosial müdafiə sahəsində aparılan islahatları, vətəndaş rifahının təminatı istiqamətində atılan ardıcıl addımları, sosial sahədə innovativ layihələri diqqətə çatdırıb. Pandemiya dövründə Azərbaycanda əhalinin sağlamlığının qorunması sahəsində mühüm işlərin aparıldığını bildirən nazir bu dövrdə ölkədə reallaşdırılan genişmiqyaslı iqtisadi və sosial dəstək tədbirləri barədə ətraflı məlumat verib. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq sosial müdafiə və aktiv məşğulluq proqramlarının əhəmiyyətli dərəcədə genişləndirildiyini qeyd edib.
Görüşdə S.Babayev Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirdiyini vurğulayaraq iyulun 12-də Ermənistanın atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq Tovuz istiqamətindəki mövqelərimizi atəşə tutaraq ələ keçirməyə çalışdığını, 1 nəfəri general olmaqla 11 hərbçimizin, eyni zamanda, 1 mülki şəxsin şəhid olduğunu bildirib. Nazir Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin bu hücumunun da sərrast cavab atəşləri və əks-hücumla dəf edildiyini deyib. Qeyd edilib ki, Ermənistanın bu hərbi təxribata əl atmaqla münaqişəyə digər region ölkələrini və üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək cəhdi də iflasa uğrayıb. Bu hadisələr nəticəsində bütün dünya bir daha Ermənistanın təcavüzkar mövqeyinin, münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllində maraqlı olmadığının şahidi oldu.
İki nazirlik arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini vurğulayan S.Babayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzindən də bəhs edib. O, bu mərkəzin həm İƏT çərçivəsində, həm də ikitərəfli formatda əməkdaşlıqda əhəmiyyətli rol oynayacağını deyib.
M.Şəriətmədari İran tərəfinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və ölkəmizin ərazi bütövlüyünə xüsusi dəyər verdiyini, regionda sabitliyin qorunmasının tərəfdarı olduğunu vurğulayıb. O, eskalasiya ilə bağlı təəssüfünü ifadə edib, yüksək rütbəli hərbçilərimizin həlak olması ilə əlaqədar başsağlığı verib. Qonşu, qardaş Azərbaycanın yanında olduqlarını deyən M.Şəriətmədari İranın münaqişənin beynəlxalq normalar çərçivəsində həllinin tərəfdarı olduğunu və bu məsələdə yardım göstərmək üçün əllərindən gələni etməyə hazır olduqlarını bildirib.
O, sosial sahədə aparılan islahatlarda əməkdaşlığın faydalı olduğunu, aparılan təcrübə mübadilələrinin əhəmiyyətini vurğulayıb. Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyinin həyata keçirdiyi islahatlar, sosial müdafiə tədbirləri barədə məlumat verən M.Şəriətmədari İƏT-in Əmək Mərkəzinin yaradılmasının da əhəmiyyətli olacağını qeyd edib.
Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

