Tibbi maskadan istifadə edilməsi koronavirus pandemiyasına qarşı mübarizədə əsas şərtlərdəndir
11.08.2020 [09:08]
Ekspertlərin fikrincə, Ümumdünya Maskadan İstifadə Həftəsi yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyətə malik olacaq
Məlum olduğu kimi, koronavirus pandemiyası ilə mübarizədə əsas vasitələrdən biri sanitar-gigiyenik qaydalara əməl edilməsi və tibbi maskalardan düzgün istifadə qaydasıdır. Vurğulanmalıdır ki, istər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təmsilçiləri, istərsə də digər mütəxəssislər pandemiya şəraitində özünü və yaxınlarını təhlükəli virusdan qorumağın ən effektiv üsulu kimi məhz tibbi maskalardan istifadənin vacibliyini önə sürür. Mütəxəssislərin qənaətinə görə, maska taxmaq virusa yoluxma riskini 90 faizədək azaldır. Yeri gəlmişkən, avqustun 7-dən etibarən ÜST və 40-dan artıq tərəfdaşın təşəbbüsü ilə Ümumdünya Maskadan İstifadə Həftəsinə start verilib. Qeyd edək ki, avqustun 14-dək keçiriləcək həftənin məqsədi dünyada daha çox insanı maskadan istifadə etməyə təşviq etməklə, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaqdır.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı qlobal pandemiya ilə mübarizədə tibbi maskalardan istifadənin ümdə şərt olduğunu bildirib. Onun sözlərinə görə, xəstəliyin erkən mərhələsində bəzi insanların bilmədən bu virusu yaymasının qarşısının alınmasında tibbi maskalar böyük rol oynayır: “Dünyada virusa yoluxma hallarının sayındakı artımı nəzərə alaraq, cəmiyyətdə tibbi maskadan davamlı istifadə COVID-19-un yayılmasının qarşısını almaq üçün vacibdir. Koronavirusa qarşı peyvənd və digər müalicə vasitələri hazır olanadək fiziki məsafə saxlamağın mümkün olmadığı yerlərdə tibbi maskalar virusdan qorunmaq üçün mövcud olan ən yaxşı vasitələrdən biridir. Bununla yanaşı, maskadan istifadə etməklə, biz dünyadakı digər insanlarla həmrəyliyimizi nümayiş etdiririk”.
Deputatın qənaıtinə görə, ÜST-ün başlatdığı bu kampaniyanın məqsədi virusun ötürülmə zəncirini qırmaqda hər kəsin məsuliyyət daşıdğığını insanlara xatırlatmaqdır.
Milli Məclisin deputatı Naqif Həmzəyev də COVID-19-a yoluxmanın qarşısını almaq üçün tibbi maskalardan istifadə etməklə yanaşı, digər sanitar-gigiyenik qaydalara da riayət olunmasını vacib sayıb. Ölkəmizdə koronavirusla mübarizənin hələ də qətiyyətlə davam etdiyini bildirən millət vəkili qeyd edib ki, mərhələli şəkildə həyata keçirilən təsirli tədbirlər sayəsində demək olar ki, yeni növ koronavirus ölkəmizdə nəzarət altındadır, mütəmadi olaraq epidemioloji vəziyyət dəyərləndirilir, vəziyyətə uyğun addımlar atılır: “Bu gün hər bir vətəndaşın qarşısında duran əsas vəzifə əldə olunan müsbət dinamikanı qoruyub saxlamaqdır. Sərt karantin rejiminin yenidən uzadılması məhz pandemiyanın təsirinin daha da zəiflədilməsinə, yoluxma zəncirini mümkün olduğu qədər qırmağa hesablanıb. Yoluxma sayı azalsa və sərt karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılsa da, arxayınlaşmaq hələ tezdir. Kiçik laqeydlik, məsuliyyətsizlik çəkilən bu qədər zəhmətin hədər getməsinə, yoluxma sayının yenidən artmasına səbəb ola bilər. Operativ Qərargah tərəfindən karantin qaydalarında yumşalmalar vətəndaşlarımızı arxayınlaşdırmamalıdır. Ona görə də xüsusi karantin rejiminin qaydalarına bundan sonra da ciddi əməl etməliyik. Bu mənada, tibbi maskalardan istifadə olunması vacib şərtlərdəndir. Unutmayaq ki, dövlət tərəfindən atılan bütün lazımi addımlar vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə, hər bir sakinin sağlamlığının qorunmasına hesablanıb”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36

