Nazir İnam Kərimov Bərdə və Tərtərdə əkin sahələri və meyvə bağlarına baxış keçirib
12.08.2020 [09:11]
Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdə rayonunun Ərəblər kəndində fermer Nicat Məmmədovun pambıq sahəsi ilə tanış olub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tanışlıq zamanı nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Azərbaycanda bu il havaların quraq keçdiyini deyən nazir qeyd edib ki, su ehtiyatlarından səmərəli istifadə etmək üçün qarşıya konkret və ciddi vəzifələr qoyulub: “Qlobal istiləşmə bütün dövlətlərdə əsas problem olaraq qalır. Buna görə də su resurslarından səmərəli istifadə olunması qarşıda duran əsas vəzifələrdən biridir. Prezidentin rəhbərliyi ilə bu mövzuda keçirilən müşavirədə də dəfələrlə qeyd olundu ki, su ehtiyatlarından səmərəli istifadə etmək üçün müasir suvarma texnologiyalarından istifadə vacibdir. Hazırda Azərbaycanda suvarma prosesində innovasiyaların tətbiqi genişlənib. Bunlardan ən geniş yayılanı damla suvarma sistemləridir. Hazırda yüzlərlə təsərrüfatlarda, əsasən də çoxillik əkmələrdə damla suvarma sistemlərindən istifadə olunur. Bu üsul həm su ehtiyatlarından səmərəli istifadəyə imkan verir, həm də məhsuldarlığı artırır. Dövlət bu səbəbdən suvarma sistemlərini 40 faiz güzəşt tətbiq edilən kənd təsərrüfatı avadanlıqları siyahısına daxil edib. Fermerlərimizi dövlətin yaratdığı imkanlardan istifadə etməyə, təsərrüfatlarında müasir suvarma sistemləri quraşdırmağa çağırırıq. Bununla onlar həm məhsuldarlığı artırır, həm də su ehtiyatlarından qənaətlə istifadə etmiş olarlar”.
Nazir İnam Kərimov Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün ilk dəfə olaraq fermerlər arasında elan edilən “Ayın fermeri” müsabiqəsinin qalibi, toxumçu İkram Ziyadovla görüşüb, məhsuldarlıqla bağlı fermerlərlə fikir mübadiləsi aparıb. Nazir bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd nümunəvi fermerlərin müəyyən edilməsi, fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasıdır. Bərdə rayonunda uzun illərdir taxılçılıqla məşğul olduğunu deyən İkram Ziyadov qeyd edib ki, düzgün aqrotexniki qulluq nəticəsində taxıl sahəsindən buğda üzrə orta hesabla 54 sentner, arpa üzrə 45 sentner məhsul əldə edib. “Ayın fermeri” adına layiq görülən İkram Ziyadov xüsusi diplomla təltif olunub.
Ərəblər kəndində fermer İldırım Məlikovun intensiv gilas bağı, Zümürxan kəndində fermer Etibar Cümşüdovun təkrar qarğıdalı sahəsi ilə tanış olan nazir daha sonra Tərtər rayonuna gedərək təcrübə sınaq məntəqəsinin ərazisində yunan texnologiyası əsasında əkilmiş pambıq sahəsinə baş çəkib, Tərtər təcrübə sınaq məntəqəsinin inzibati bina və anbarların tikintisinin gedişi ilə maraqlanıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25

