/ / Gənclərimizin milli maraqlarımız ətrafında sıx birləşmələri onların qarşısında duran əsas vəzifədir
Gənclərimizin milli maraqlarımız ətrafında sıx birləşmələri onların qarşısında duran əsas vəzifədir
13.08.2020 [08:37]
Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə “Daha yaxşı dünya üçün” devizi altında beynəlxalq gənclər konfransı keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, 2020-ci il üçün “Qlobal fəaliyyət üçün gənclərin cəlb olunması” mövzusuna həsr edilən onlayn konfrans Gənclər və İdman naziri Azad Rəhimov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun çıxışları, BMT-nin baş katibi Antonio Quterreşin və dünyanın bir çox ölkəsindən rəsmilərin gənclərə müraciətləri ilə başlayıb.
Gənclər Fondunun rəsmi sosial media hesabından yayımlanan konfransa qoşulan minlərlə gənc tədbir boyunca fikirlərini şərh bölməsində qeyd ediblər.
Konfransda Azərbaycan gəncliyinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, ölkəmizin dünyada uğur qazanmış gənclərinin çıxışları və gənclərə müraciətləri dinlənilib.
Çıxış edənlər bildiriblər ki, gənclərin daim inkişafda olmaları, təhsil almaları və vətənpərvərlik ruhunda tərbiyə olunmaları ölkənin tərəqqisinin bariz göstəricilərindəndir.
Sonra konfransın əsas mövzusu istiqamətində Azərbaycanın son dövrlərdə ən müsbət təcrübələrindən sayılan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin fəaliyyəti və yerli gənclər şuralarının yaradılması geniş kütləyə bir daha təqdim olunub.
Beynəlxalq Gənclər Gününə həsr olunan onlayn konfransda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclərin suallarını cavablayaraq vurğulayıblar ki, Azərbaycan gəncləri fəaliyyətləri ilə ölkəmizin dəyərli vətəndaşları olduqlarını dəfələrlə sübut ediblər. Müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi, gənclərimizin milli maraqlarımız ətrafında sıx birləşmələri gənclərin qarşısında duran əsas vəzifədir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əsasını da məhz bu amillərin təşkil etdiyi vurğulanıb.
Xəbər lenti
Hamısına baxSiyasət
28 Sentyabr 07:24
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47

