Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Koronavirusla mübarizədə həmrəylik nümayiş etdirmək və qaydalara riayət etmək mühüm şərtlərdəndir

Koronavirusla mübarizədə həmrəylik nümayiş etdirmək və qaydalara riayət etmək mühüm şərtlərdəndir

20.08.2020 [08:49]

Ekspertlərin fikrincə, vətəndaşlar gündəlik yoluxmaların sayının artmaması üçün məsuliyyətli davranmalı, kütləvi şəkildə toplanmamalıdırlar
Azərbaycan dövlətinin yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılmasına qarşı apardığı effektiv mübarizə tədbirləri öz uğurlu nəticəsini verməkdədir. Gündəlik yoluxma hallarının sayında azalmanın müşahidə olunması nəticəsində bir sıra yumşalmalar həyata keçirilib ki, onlardan biri də kafe və restoranların açıq havada yerində vətəndaşlara xidmət göstərməsi ilə bağlıdır. Bununla belə vəziyyətin hər an dəyişə bilmə ehtimalının olması unudulmamalıdır və qaydalara riayət etmək mütləq şərtdir. Çünki ən kiçik arxayınçılıq yenidən koronavirus pandemiyasının yayılmasına gətirib çıxara bilər.
Bununla yanaşı, kütləvi dini ayinlərin keçirilməsi də yoluxma sayının artımına təsir göstəprə bilən amillərdəndir. Bu baxımdan, hətta tanınmış dini xadimlər belə qarşıdan gələn Məhərrəm ayı ilə bağlı dini ayinlərin Ramazan ayının mərasimlərinə uyğun şəkildə həyata keçirilməsini, namazların fərdi qaydada evlərdə qılınmasını, müvafiq ayinlərin isə virtual məkanda izlənilməsini məsləhət görürlər. Dərk etmək lazımdır ki, indiki halda vətəndaşlar daha çox məsuliyyətli olmalı, karantin rejiminin qaydalarına əməl etməlidirlər. Əks halda daha fərqli və qorxulu bir vəziyyətlə üz-üzə qalma ehtimalı ortaya çıxa bilər.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədr müavini Jalə Əliyeva bildirib ki, xeyli müddətdir ki, COVID-19 pandemiyası bütün dünyanı təhdid edir, bütün dünya ölkələri ilə yanaşı Azərbaycanı da narahat edir. Onun sözlərinə görə, dövlətimiz ölkə vətəndaşlarını qorumaq üçün ən yüksək səviyyədə mübarizə ortaya qoymaqdadır. Millət vəkili qeyd edib ki, digər ölkələrdən fərqli olaraq Azərbaycan dövləti vaxtında görülən tədbirlər nəticəsində istər vətəndaşların sağlamlıqlarının, istərsə də iqtisadi sabitliyin qorunmasına nail olub: “Arzuladığımız odur ki, dövlətimiz və vətəndaşlarımız sağ-sağlamat bütün bu və digər problemlərin öhdəsindən gələ bilsin. Bununla da rahat bir şəkildə sosial və iqtisadi inkişafımız təmin edilsin. Yumşalmalar məsuliyyətsizliyə gətirib çıxarmamalıdır. İnsanlarımız yenə də qaydalara riayət etməlidirlər. Nəzərə alınmalıdır ki, kütləvi şəkildə toplanma müəyyən risklər yaradır. Hətta dini ayinlərin belə kütləvi şəkildə keçirilməsi mühüm problemlərlə yol aça bilər. Unutmamalıyıq ki, bu gün yumşalmalara gedilən bir dövrdə məsələyə laqeyd yanaşmağımız yenidən bizim üçün problemlər yarada bilər”.
Azərbaycanın baş infeksionisti Cəlal İsayev visə vətəndaşlara kafe və restoranlara yalnız vacib hallarda getməyi tövsiyə edib. Onun sözlərinə görə, insanlar ictimai iaşə obyektlərinə üz tutsalar belə, qoyulan qaydalara ciddi riayət etməlidirlər: “Kafe və restoranların açıq havada fəaliyyətinə icazə verildi. Ümumən çalışmaq lazımdır ki, ciddi bir səbəb olmadan restoranlara getməyək. Müvəqqəti çətinlikdir və bunu qəbul etmək lazımdır. Kafe və restoranlara getdikdə də vətəndaşlar bu günə kimi Operativ Qərargahın qoyduğu qaydalara necə riayət edirdilərsə, eyni qayda da hərəkət etməlidirlər. Ara məsafəsi gözləmək, gigiyena qaydalarına riayət etmək və çox sıx təmas yaranırsa, hökmən maskadan istifadə etmək lazımdır. Yalnız masa arxasında əyləşərkən qida qəbulu zamanı maskalar çıxarıla bilər. Hər kəs bu qaydaları gözləməlidir”.
Pərviz

Paylaş:
Baxılıb: 485 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31