/ / Mübariz Qurbanlı: Mövcud vəziyyətdə Aşuranın məscidlərdə qeyd olunmamasında qeyri-adi səbəb axtarmaq yolverilməzdir
Mübariz Qurbanlı: Mövcud vəziyyətdə Aşuranın məscidlərdə qeyd olunmamasında qeyri-adi səbəb axtarmaq yolverilməzdir
26.08.2020 [09:04]
“Hazırda COVİD-19 pandemiyasına qarşı mübarizə, insanların sağlamlığı və təhlükəsizliyi kimi məsələlər bütün sivil ölkələri düşündürən qlobal problemlərdəndir”.
Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Komitə sədrinin sözlərinə görə, Azərbaycan bu gün dünyada koronavirusla qətiyyətli mübarizə aparan ölkələrin arasında birincilər sırasındadır: “Pandemiyanın qarşısının alınması, onun doğurduğu sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətində Azərbaycan dövləti tərəfindən çevik və məqsədyönlü siyasət aparılır, virusa qarşı mübarizənin ilkin mərhələsindən başlayaraq qabaqlayıcı addımlar atılır, yoluxucu xəstəliklə bağlı vəziyyət nəzarət altında saxlanılır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın məsələyə ilk gündən həssas reaksiyaları, həyata keçirilən kompleks tədbirlər göstərdi ki, Azərbaycan dövləti insanların sağlamlığı üçün lazım olan bütün addımları atır. Məlum olduğu kimi, dünyanın hər yerində, eləcə də bizim ölkəmizdə bu ümumbəşəri bəlanın fəsadlarını azaltmaq məqsədilə məhdudlaşdırıcı tədbirlər həyata keçirilir”.
M.Qurbanlı qeyd edib ki, qlobal pandemiya digər sahələr kimi, mənəviyyat sahəsinə də təsirsiz ötüşməyib: “Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatına uyğun olaraq Azərbaycanda dini məbədlər, ziyarətgahlar, məscidlər, kilsələr və sinaqoqlarda dini ayinlərin keçirilməsi dayandırıldı. Ötən dövr ərzində epidemioloji vəziyyətlə bağlı Ramazan və Qurban bayramı günlərində də məscidlərdə bayram namazları qılınmadı. Hətta İslam dininin ən vacib əməllərindən olan Həcc ziyarəti məhdud çərçivədə baş tutdu, Roma Katolik Kilsəsinin başçısının geniş meydanlardakı ənənəvi toplantıları isə pandemiya ilə əlaqədar olaraq keçirilmədi”.
Onun sözlərinə görə, Məhərrəmlik ayı və Aşura mərasimi də bu il koronavirusla bağlı yaranmış olduqca təhlükəli dövrə təsadüf edir: “Adətən ölkəmizdə Məhərrəmlik ayı müddətində, Aşura günündə məscidlərdə kütləvi dini ayinlər icra edilirdi, qanvermə aksiyaları keçirilirdi. Kütləviliyi ilə seçilən, sosial məsafənin saxlanması mümkün olmayan Aşura mərasiminin hazırkı dövrdə izdihamla keçirilməsi vətəndaşlarımızın sağlamlığı baxımından böyük təhlükədir. Mövcud vəziyyətdə Aşura mərasiminin məscidlərdə qeyd olunmamasında da qeyri-adi səbəb axtarmaq, bu məsələyə başqa don geyindirmək yolverilməz haldır. Bu, kütləvi tədbirlərlə əlaqədar bu vaxta qədər verilmiş qərarların məntiqi davamıdır.
Biz bir daha bütün vətəndaşlarımızı həm Operativ Qərargahın, həm də Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının müraciətində öz əksini tapan tövsiyə və qaydaları anlayışla qarşılamağa, eyni zamanda əməl etməyə çağırır, ibadətlərini öz evlərində yerinə yetirməyə, ehsan mərasimlərini keçirməməyə səsləyirik. Müraciətdə öz əksini tapan məqamlara qarşı din xadimlərimiz xüsusi diqqət yetirməli, bu həssas dönəmdə bu məsələdən təxribatlar üçün istifadəyə imkan verməməlidirlər. Bildirməliyəm ki, kimsə bu qaydalara əməl etməyib, insanları toplamaqla mərasim keçirməyə cəhd etsə qanunu pozmuş olacaq və həmin şəxs hüquqi məsuliyyət daşıyacaq”.
Komitə sədri bildirib ki, hər il olduğu kimi, bu il də ənənəvi şəkildə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə qanvermə aksiyaları keçiriləcək: “Lakin əvvəlki illərdən fərqli olaraq bu humanist ənənəni davam etdirmək istəyən vətəndaşlar qan vermək üçün məscidlərə deyil, Mərkəzi Qan Bankının paytaxtda və bölgələrdəki filiallarına üz tutmalıdırlar. Eyni zamanda Məhərrəm ayında Kərbəla şəhidlərinin, imamların adına süfrələr açılır, ehsanlar verilirdi. Bu cür tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu da iştirak edirdi. Amma bu il mövcud vəziyyətlə əlaqədar olaraq Dövlət Komitəsi, həmçinin Qafqaz Müsəlmanları İdarəsi bu cür süfrələrdə istifadə edilən ərzaqların aztəminatlı ailələrə göndərilməsini tövsiyə edir.
Bir daha vurğulayım ki, Azərbaycanda koronavirusla mübarizənin əsas istiqaməti əhalinin sağlamlığının qorunmasına yönəlib. Əminəm ki, bu qaydalara əməl etməklə bu ümumbəşəri bəladan birdəfəlik qurtulacaq, normal həyatımıza geri dönəcək, eləcə də əvvəlki illərdə olduğu kimi bütün dini mərasimlərimizi yüksək səviyyədə qeyd edəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

