Gömrük qaydalarına dəyişikliklərin əhəmiyyəti nədən ibarətdir?
29.08.2020 [00:23]
Ekspertlər bildirirlər ki, bəhs olunan dəyişikliklər sahibkarların hüquqlarının qorunması, şəffaflığın və iqtisadi təhlükəsizliyin təmin olunması baxımından böyük önəm kəsb edir
Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən 21 avqust 2020-ci il tarixində “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişikliklər həyata keçirilib. Son dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ümumi məbləği 800 ABŞ dollarına, poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün müəyyən edilmiş güzəşt limiti 300 ABŞ dollarına endirilib. Bununla yanaşı, əgər vətəndaş ay ərzində bir dəfə deyil, bir neçə dəfə 300 ABŞ dollarını keçməmək şərtilə mal gətirirsə, burda vətəndaşa seçim hüquqları verilir. Onu da qeyd edək ki, sözügedən qaydalara zaman-zaman müvafiq dəyişikliklər edilir.
Ekspertlərin fikrincə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, həmçinin gömrük sahəsində aparılan genişmiqyaslı islahatlar - kölgə iqtisadiyyatına qarşı mübarizə, şəffaflığın təmin olunması istər gömrük qanunvericiliyində, istərsə də digər qanunvericiliklərdə bu kimi qaydaların yenidən işlənməsi, onlara düzəlişlər edilməsi zərurətini yaradır.Mütəxəssislər bildirirlər ki, bütövlükdə, bəhs olunan dəyişikliklər sahibkarların hüquqlarının qorunması, şəffaflığın və iqtisadi təhlükəsizliyin təmin olunması baxımından böyük önəm kəsb edir.
Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev deyib ki, 2018-ci il Prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyev tərəfindən elan olunmuş islahatlar kontekstində çoxvektorlu iqtisadi siyasət həyata keçirilməkdədir: “Bir tərəfdən kadr islahatlarının, digər tərəfdən isə iqtisadiyyat subyektlərinin təkmilləşdirilməsi, yeni iqtisadi idarəçilik modelinin formalaşması, idxal və ixrac proseslərinin şəffaflaşdırılması, maliyyə nizam-intizamına ciddi nəzarətin tətbiqi, sahibkarlıq fəaliyyətinin bazar iqtisadiyyatı qanunlarına uyğunlaşdırılması əsas xətt olaraq ardıcıllıqla tətbiq olunmaqdadır”.
M.Əfəndiyevin sözlərinə görə, yeni çağırışlar və Prezident tərəfindən qoyulmuş tapşırıqlar fiskal siyasəti müəyyən edən orqanların qarşısında əlavə, təxirəsalınmaz tədbirlərin keçirilməsi vəzifəsini müəyyənləşdirir: “Bu baxımdan, gömrük və vergi orqanları, onların mütəxəssisləri real şəraitə uyğun olaraq ölkənin iqtisadi təhlükəsizliyinin qorunmasını, habelə iqtisadiyyatın şaxələndirilməsi və şəffaflaşdırılması üçün nəzərdə tutulan təkliflərlə hökumət qarşısında çıxış edir. Sözügedən qaydalara dəyişikliklər bilavasitə iqtisadiyyatımızın sağlamlaşması, həmçinin iqtisadi təhlükəsizliyimizin qorunması, qeydiyyat-uçot və statistik məlumatların pərakəndəliyinin qarşısının alınması istiqamətində xidmət göstərir”.
Milli Məclisin deputatı Azər Badamovun sözlərinə görə, dünyanın hər bir ölkəsində şəxsi istehlak üçün gətirilən mallarla gəlir əldə edilməsi üçün gətirilən mallar arasında fərqin müəyyən edilməsi üçün limitlər mövcuddur: “Dünya təcrübəsinə nəzər yetirdikdə, görürük ki, fiziki şəxslər tərəfindən poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün müəyyən edilmiş güzəşt limiti kifayət qədər aşağıdır. Əgər biz Avropanın hər hansı bir ölkəsinə poçtla göndəriş etsək, orada malın dəyərinin müəyyən olunmuş məbləğdən çox olduğu halda vergiyə cəlb olunduğunu görəcəyik”.
Deputat deyib ki, gömrükdə şəxsi istehlak üçün limitin tətbiq olunmasını haqsız rəqabətin, idxal olunan malların vergidən yayınmasının qarşısının alınması baxımından əhəmiyyət daşıyır: “Aparılan iqtisadi təhlillər nəticəsində son illər fiziki şəxslərin ölkənin gömrük sərhədindən mal keçirərkən ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilməklə gömrük rüsumunu ödəməkdən yayındığı müəyyənləşdirilib. Sözügedən qaydalarda dəyişiklik bu halların aradan qaldırılması baxımından məqsədəuyğundur”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

