/ / “Yeni Azərbaycan” qəzetinin redaksiyasında KİVDF-nin elan etdiyi müsabiqə üzrə növbəti onlayn “dəyirmi masa” keçirilib
“Yeni Azərbaycan” qəzetinin redaksiyasında KİVDF-nin elan etdiyi müsabiqə üzrə növbəti onlayn “dəyirmi masa” keçirilib
29.08.2020 [00:37]
“Regionlarda həyata keçirilən müasir infrastruktur quruculuğu böyük iqtisadi və sosial əhəmiyyət daşıyır” mövzusunda təşkil olunan tədbirdə son 17 ildə reallaşdırılan layihələrin ölkə üzrə iqtisadi aktivliyin artmasına və insanların həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərdiyi diqqətə çatdırılıb
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün müsabiqə elan edib. Müsabiqə çərçivəsində KİVDF tərəfindən “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”na uyğun olaraq 19 istiqamət üzrə layihə-təkliflər təqdim olunub.
“Yeni Azərbaycan” qəzeti “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”, “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi”, eləcə də “Azərbaycançılıq ideyasının təbliği” istiqamətləri üzrə müsabiqənin qalibi olub. Hazırda redaksiya tərəfindən müsabiqə şərtlərinə uyğun olaraq qəzetin səhifələrində hər üç istiqamət üzrə müntəzəm qaydada materiallar dərc olunur. Eynizamanda, “Yeni Azərbaycan” qəzetinin redaksiyası layihələrin icrası çərçivəsində müvafiq mövzuların müzakirəsi ilə bağlı onlayn “dəyirmi masa”ların keçirilməsini davam etdirir.
Növbəti belə onlayn “dəyirmi masa” isə avqustun 27-də “Regionlarda həyata keçirilən müasir infrastruktur quruculuğu böyük iqtisadi və sosial əhəmiyyət daşıyır” mövzusunda keçirilib. “Yeni Azərbaycan” qəzetinin müxbiri, layihə rəhbəri Mübariz Abdullayevin moderatorluğu ilə keçirilən “dəyirmi masa”da 113 saylı Şəki şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilən Vüqar İskəndərov, Daşkəsən Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Vüqar Məmmədov və Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Mirhəsən Talıbov iştirak ediblər.
“Dəyirmi masa”da çıxış edənlər ölkəmizdə 2004-cü ildən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının yüksək səviyyədə yerinə yetirilməsinin məntiqi nəticəsi olaraq bölgələrdə müsbət reallıqların yarandığını diqqətə çatdırıblar. Vurğulanıb ki, bəhs olunan Dövlət proqramları çərçivəsində reallaşdırılan layihələr sayəsində ölkə üzrə infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bildirilib ki, son 17 ildə reallaşdırılan layihələr ölkə üzrə iqtisadi aktivliyin artmasına, məşğulluq imkanlarının genişlənməsinə və insanların həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərib.
Xüsusi olaraq diqqətə çatdırılıb ki, regional inkişaf proqramları çərçivəsində bölgələrdə infrastruktur quruculuğu bir qayda olaraq dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilir. Sonradan investorlar yaradılan imkanlardan bəhrələnərək məmnuniyyətlə müxtəlif sahələrə sərmayələr yönəldirlər.
Sonda onlayn “dəyirmi masa” iştirakçıları aparılan müzakirələrin önəmini vurğulayaraq belə tədbirlərin gələcəkdə də keçirilməsinin zəruriliyini əsaslandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

