“Könüllü fəaliyyət” layihəsinin iştirakçıları ilə onlayn formatda görüş keçirilib
03.09.2020 [09:25]
Sentyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının Komitənin “Könüllü fəaliyyət” layihəsinin iştirakçıları ilə onlayn formatda görüşü keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Qurbanlı Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq DQİDK-nın öz fəaliyyətində gənclərin və könüllülərin iştirakını əsas götürdüyünü bildirib. Dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti barədə məlumat verən Komitə sədri diqqətə çatdırıb ki, qurumun tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu, eləcə də İlahiyyat İnstitutu könüllülərin və gənclərin fəaliyyətə cəlb edilmələri üçün zəruri tədbirlər görür. Mövcud pandemiya şəraitində hər iki qurumun könüllüləri istər xeyriyyə tədbirlərində, istərsə də həyata keçirilən layihələrdə yaxından iştirak ediblər.
Komitə sədri könüllü gənclərin bundan sonra da dövlət komitəsi tərəfindən reallaşdırılacaq layihələrə cəlb ediləcəyini, pandemiya dövründə isə mütəmadi olaraq onlayn formatda görüşlərin keçiriləcəyini bildirib. Ölkəmizdə könüllülük proqramının çox yüksək səviyyədə həyata keçirildiyini vurğulayan sədr Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahəyə göstərdiyi xüsusi diqqətdən, bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən və son illər proqramın əhatə dairəsinin genişlənməsindən söhbət açıb.
Mübariz Qurbanlı “Könüllülük fəaliyyəti” layihəsinə qoşulduqları üçün gənclərə təşəkkürünü bildirib. Sədr DQİDK-nın bütün fəaliyyət istiqamətləri, iş mühiti barədə geniş məlumat əldə etmək imkanı verən bu önəmli təşəbbüsün onların gələcək fəaliyyətlərinə müsbət təsirini göstərəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi könüllü kimi fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar verəcək. Bu isə onların əmək fəaliyyətinə uğurlu keçid fürsəti olacaq.
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42

