Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət Agentliyinin sədri AZİNNEX üzvləri ilə görüşüb

Dövlət Agentliyinin sədri AZİNNEX üzvləri ilə görüşüb

03.09.2020 [17:04]

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumuna (AZİNNEX) daxil olan texnoloji şirkətlərin rəhbərləri ilə görüşüb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə “İnnovasiyalar Mərkəzi” MMC-nin, “BESTCOMP”, “SİNAM”, “R.İ.S.K”, “İDRAK”, “Cybernet”, “ULTRA”, “BEST Solutions” şirkətləri təmsil olunub.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev innovativ tətbiqlərin genişləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığının vacibliyini qeyd edib. Diqqətə çatdırılıb ki, elektron hökumət quruculuğunun geniş tətbiqi və innovativ iqtisadiyyatın inkişafı üçün özəl sektor mühüm rol oynayır.

Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun İdarə Heyətinin sədri Hikmət Abdullayev AZİNNEX-in fəaliyyəti, innovasiyaların davamlı inkişafı istiqamətində dövlət dəstəyi və ixracda mövcud maneələr haqqında geniş məlumat verib. Həmçinin ölkəmizin XXI əsrdə qlobal müstəvidə rəqabətliliyinin artırılması üçün innovativ iqtisadiyyatın davamlı inkişafı istiqamətində aparıcı texnoloji şirkətlərin baxışları haqqında danışılıb.

Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu arasında bu cür görüşlərin mütəmadi keçirilməsi qərara alınıb.

Xatırladaq ki, Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumuna daxil olan şirkətlər innovativ məhsullarını və xidmətlərini 20-dən artıq ölkəyə ixrac edir.

Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30