Payız aylarında immunitetimizi necə gücləndirək?
09.09.2020 [08:44]
Artıq payız fəsli yaxınlaşır. Payız elə bir fəsildir ki, orqanizm bu dövrdə özünü qışa hazırlayır. Mütəxəssislərin fikrincə, payızda insan öz qida rasionuna xüsusi diqqət yetirməlidir ki, soyuq qış aylarında xəstəlik ehtimalından uzaq olsun. Çünki havalar soyuduqca bədənin xəstəliklərə qarşı müqaviməti də aşağı düşür. Ona görə də temperaturun aşağı düşməsindən qaynaqlanan qrip, soyuqdəymə kimi xəstəliklərə yaxalanmamaq üçün immunitet sistemini gücləndirməyə ehtiyac yaranır. Araşdırmalar göstərir ki, immun sisteminin güclü olması əhəmiyyətli dərəcədə qida rasionundakı makro və mikro elementlərin normasından, eləcə də bağırsaq florasının funksiyasından asılıdır. Belə ki, qidadan alınan zülallar, karbohidratlar və yağlar qan, limfa düyünləri və mədə-bağırsaq sisteminin immun hüceyrələrinə təsir göstərir.
Öz növbəsində, düzgün qidalanmanın əsas prinsiplərindən danışan həkim-dietoloq Tutu Zeynalova deyib ki, hər mövsümdə olduğu kimi, payız aylarında da, eləcə də pandemiya dövründə balanslı və keyfiyyətli qidalanmaq vacibdir: “Payız fəslində təzə tərəvəz və meyvələrin yeyilməsi immuniteti qoruyub saxlamağa kömək edir. Eyni zamanda, müxtəlif balıq məhsulları, ət və ət məhsulları, o cümlədən qırmızı ət və toyuq əti ilə qidalanmaq immunitetin güclənməsində vacib rol oynayır. Həmçinin çərəzlər ilə qidalanmaq da çox faydalı təsir göstərir”.
Onun sözlərinə görə, soyuq aylarda enerji qaynağı sayılan və B qrupu vitaminləri ilə zəngin olan paxlalı bitkilərlə qidalanmaq zəruridir: “Heç şübhəsiz, günümüzün bəlası olan koronavirusa yoluxma riskini azaltmaq üçün düzgün qidalanma ilə yanaşı, maskalardan istifadə və gigiyenik qaydalara əməl etmək lazımdır”.
Tutu Zeynalova bildirib ki, hər gün 3 yaşıl, 3 müxtəlif rəngli və 3 kükürdlü meyvə və tərəvəz istifadə edilməlidir: “Kükürdlü tərəvəz dedikdə kələm, turp, sarımsaq, soğan, göbələk və s. nəzərdə tutulur. Gün ərzində bol maye qəbul edilməsi də orqanizm üçün xeyirlidir. Həmçinin yuxu rejimini tənzimləmək, ən azı, yarım saat fiziki hərəkətlərlə məşğul olmaq, mümkün qədər stressdən uzaq olmaq lazımdır”.
Dietoloq onu da vurğulayıb ki, sağlam qidalanmaq üçün karbohidrat, zülal, yağ, mineral və vitaminlərin düzgün qəbul edilməsi vacibdir. Bütün bunları həyata keçirmək üçün isə, ilk növbədə, orqanizmin vitaminlərə tələbatını ödəmək lazımdır. Orqanizmin ehtiyacı olan vitaminlərin, mineralların yetərli miqdarda, balanslı olaraq qəbulu mühümdür. Belə qidaların kifayət qədər qəbul edilməməsi orqanizmə mənfi təsir göstərir və insan özünü pis hiss edir, fiziki və əqli iş qabiliyyəti zəifləyir.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12

