/ / Həsənbala Əliyev: Ən yaxşı mütəxəssis olana qədər çalışacağam və ölkəmizə faydalı olmaq üçün əlimdən gələni edəcəyəm
Həsənbala Əliyev: Ən yaxşı mütəxəssis olana qədər çalışacağam və ölkəmizə faydalı olmaq üçün əlimdən gələni edəcəyəm
11.09.2020 [23:33]
Xəbər verildiyi kimi, ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi artıq başlayıb. Ənənəyə sadiq qalaraq, bu il də yüksək bal toplayan abituriyentləri oxucularımızla tanış edirik. Builki imtahanlarda 700 bal toplamasalar da, iki imtahanın nəticəsinə görə yüksək bal toplayıb xüsusi fərqlənən bir neçə abituriyent var. Onlardan biri də qəbul imtahanında 691.2 bal toplayan Həsənbala Əliyevdir.
IV ixtisas qrupu üzrə imtahan verən Həsənbala öz təəssüratlarını bizimlə bölüşüb: “2003-cü ildə Bakı şəhərində anadan olmuşam. Abil Səfərov adına 114 nömrəli tam orta məktəbin məzunuyam. Bu məktəbin texniki və təbiət təmayüllü 11a sinfində təhsil almışam. Həmçinin bu il biologiya fənni üzrə Respublika Fənn Olimpiadasının final mərhələsinin iştirakçısı olmuşam. Pandemiya dövründə məktəblərdə dərslər təxirə salınsa da, mən bu vaxtdan səmərəli istifadə etdim və uğur qazandım. Onlayn oxumaq o qədər də asan deyildi. Anam riyaziyyat müəlliməsi, atam isə sürücüdür. Hər bir uğurumda onların əməyi var”.
“Gələcəkdə peşəkar həkim olmaq arzusundayam. Kiçik yaşlarımdan gözümdəki problemə görə müalicə alırdım. Elə o vaxtdan minlərlə insanın gözünə nur bəxş edən bu gözəl peşə sahiblərini tanıdım. Onların iş prosesi və xəstəxanada olan mühit çox xoşuma gəldi. Nəticədə həkim olmaq qərarına gəldim. Sonralar bu arzu məqsədə çevrildi. Bu yolda əzmlə irəliləməyə başladım”, - deyən Həsənbala Əliyev bacısının da keçən il yüksək balla Azərbaycan Tibb Universitetinə qəbul olunduğunu, Prezident təqaüdçüsü olduğunu vurğulayıb.
“Təhsilimi uğurla başa vuraraq xarici universitetlərin birində magistratura təhsili almaq istəyirəm. Əsas məqsədim ixtisasım üzrə yaxşı mütəxəssis olub, peşəkar karyera qurmaqdır. Ən yaxşı mütəxəssis olana qədər çalışacağam və ölkəmizə faydalı olmaq üçün əlimdən gələni edəcəyəm”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxElm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17

