/ / Azərbaycanda vətəndaş məmnunluğunun daha da artmasına hesablanan uğurlu siyasət həyata keçirilir
Azərbaycanda vətəndaş məmnunluğunun daha da artmasına hesablanan uğurlu siyasət həyata keçirilir
17.09.2020 [09:24]
Qısa müstəqillik tarixində Azərbaycan bütün dünyada böyük hörmət və nüfuz qazanıb. Bu gün ölkəmiz beynəlxalq birlik tərəfindən milli maraqlarını qətiyyətlə qorumağı bacaran, öz hesabına yaşayan ləyaqətli dövlət kimi tanınır. Respublikamızın düşmən Ermənistan istisna olmaqla bütün region dövlətləri, Avropa İttifaqında, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında təmsil olunan ölkələrlə, eləcə də əksər beynəlxalq təşkilatlarla yaxşı münasibətləri formalaşıb və bu münasibətlər getdikcə dərinləşməkdədir. Qürurla deyə bilərik ki, müstəqil Azərbaycan regional inkişafa, beynəlxalq əməkdaşlığa, dünyada təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına sanballı töhfələr verən güclü dövlət səviyyəsinə yüksəlib. Hazırda regionda ölkəmizin iştirakı olmadan hər hansı bir irimiqyaslı layihəni reallaşdırmaq mümkün deyildir. Azərbaycanın fəal təşəbbüsləri ilə reallaşdırılan Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və digər enerji, nəqliyyat layihələri həm regional, həm də böyük qlobal əhəmiyyət daşıyır. Ölkəmizin moderatorluğu ilə inşa olunan daha bir nəhəng enerji layihəsi - Cənub Qaz Dəhlizi üzrə işlər də yekun mərhələsindədir. Bundan sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da artacaq. Deyilənlərdən də göründüyü kimi, Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsi formalaşır və respublikamız bu prosesdə əvəzolunmaz rol oynayır.
Azərbaycan həmçinin öz imkanlarını təqdim edərək beynəlxalq miqyasda ölkələr və xalqlar arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, bəşəriyyətin gələcəyini təhdid edən ksenofobiya, irqçilik kimi halların aradan qaldırılmasına, müxtəlif mədəniyyətlərin yaxınlaşmasına öz töhfələrini verir. Təəssüf doğuran haldır ki, hazırda Avropanın ayrı-ayrı ölkələrində multikulturalizmlə bağlı əks təbliğatlar aparılır, insanlara tolerantlığın perspektivinin olmadığı aşılanır. Son zamanlar belə halların getdikcə sürətlə artması Avropada həyat tərzinin deqradasiyaya uğramasından xəbər verir.
Məsələn, 2018-ci ildə Avropa dövlətlərindən birində dünyaya gələn ilk uşaq türk əsilli olduğu üçün həmin ölkənin bütün əhalisi buna açıq-aşkar irqçilik nöqteyi-nəzərindən yanaşdı. İfadə olunan nifrət dolu ümumi qənaət belə idi ki, ilin başlanğıcında doğulan ilk uşağın türk əsilli olması, sən demə, çox böyük qəbahət imiş! Baxın, Avropada ayrı-ayrı ölkələrin cəmiyyətlərinə necə dözümsüzlük hissləri aşılanıb! Azərbaycan isə bəşəriyyətin gələcəyini milli, dini dözümsüzlüyün aradan qaldırılmasında, qarşılıqlı etimad mühitinin yaradılmasında görür. Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildən başlayaraq İƏT və Avropa Şursaında təmsil olunan ölkələri bir araya gətirən “Bakı prosesi”nə start verilib. Son illərdə respublikamız müntəzəm qaydada mədəniyyətlərarası dialoq forumlarına, dini liderlərin zirvə görüşlərinə ev sahibliyi edir. Bütün bunlar Azərbaycanın xoş niyyətinin təcəssümüdür.
Müstəqil Azərbaycanın beynəlxalq miqyasdakı uğurları paralel şəkildə daxili sabitliklə, sarsılmaz iqtidar-xalq vəhdəti, respublikamızın güclü sosial-iqtisadi inkişafı ilə müşayiət olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq Azərbaycanın iqtisadi potensial artıb, maliyyə imkanları genişlənib. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə respublikamız MDB məkanında ən rəqabətqabiliyyətli iqtisadiyyata malikdir. Azərbaycanın güclü iqtisadi-maliyyə dayaqlarına malik ölkəyə çevrildiyi bir sıra çətinliklərlə müşayiət olunan qlobal pandemiya şəraitində açıq-aydın görünür. Respublikamız qlobal pandemiyanın yaratdığı çətinlikləri sırf öz gücünə qarşılmaq iqtidarındadır.
Ölkəmizdə dinamik iqtisadi inkişafa adekvat olaraq dərinməzmunlu sosial siyasət aparılır və ədalətli resurs bölgüsü təmin edilir. Qeyd edək ki, ötən il Azərbaycanda iki mərhələdə 4,2 milyon insanı əhatə edən böyük sosial paket reallaşdırıldı. Azərbaycan dövləti çətin məqamlarda daim öz vətəndaşının yanında olmaq ənənəsinə həmçinin qlobal pandemiya dövründə də sadiqlik nümayiş etdirir. Cari ilin əvvəlindən ölkəmizdə genişmiqyaslı sosial rifaha dəstək tədbirləri həyata keçirilir ki, bundan da təxminən 5 milyon insan bəhrələnir.
Əlbəttə, uğulu və ardıcıl siyasətin məntiqi nəticəsi olaraq ölkəmizin beynəlxalq nüfuzunun artması, sosial-iqtisadi inkişaf sahəsində diqqətəlayiq uğurların əldə olunması böyük vətəndaş məmnunluğunu şərtləndirir. Təsadüfi deyildir ki, hazırda respublikamız sabitlik adası kimi fərqlənir. Dövlət özünün ardıcıl siyasətini cəmiyyətdən gələn sosial sifarişlər əsasında qurduğu kimi, vətəndaşlar da ölkəmizin güclənməsinə, inkişafına töhfələr verməyə çalışırlar. Azərbaycan cəmiyyətində dövlət başçısı İlham Əliyevə böyük inam var. Xalqımız Onun müəyyənləşdirdiyi siyasətin milli maraqlarımıza, ölkəmizin inkişafına xidmət etdiyinə tam əmindir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin milli maraqlarımızı yüksək səviyyədə təmin etməsini həmçinin Silahlı Qüvvələrimizin getdikcə güclənməsinin timsalında da görmək mümkündür. Torpaq itkisinə məruz qalan və müharibə şəraitində yaşayan respublikamızda ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Qürurverici haldır ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Ordumuzun güclənməsi qoşunların təmas xəttində üstünlüyün Azərbaycan tərəfinə keçməsini təmin edib. Son illərdə erməni təxribatçılarına endirilən ağır zərbələr ordumuzun nə qədər güclü olduğunu nümayiş etdirir. Ermənilər cəbhə xəttində törətdikləri hər bir təxribata görə layiq olduqları cəzanı alırlar və itkilər verərək geri çəkilmək məcburiyyətində qalırlar. Düşmən qüvvələrinin cari il iyulun 12-16-da dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri təxribatların da qarşısı Ordumuz tərəfindən qətiyyətlə alındı. Silahlı Qüvvələrimizin düşmənə layiqli cavab verməsi cəmiyyətimizdə yüksək əhvaal-ruhiyyə yaradıb. Tovuz təxribatları ərəfəsində paytaxt Bakıda və regionlarda keçirilən ordumuza, Ali Baş Komandana dəstək yürüşləri bunu açıq-aydın təsdiqləyir.
Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan dövləti ölkəmizin inkişafının hazırkı mərhələsində idarəetmənin daha da təkmilləşdirilməsi və neqativ halların aradan qaldırılması yolu ilə vətəndaş məmnunluğunu daha da yüksəltməyi hədəfləyib. Respublikamızda rüşvətxorluğu və korrupsiyanı bir fenomen kimi aradan qaldırmaq üçün müxtəlif platformalarda ciddi mübarizə tədbirləri həyata keçirilir. Bu tədbirlər sırasında Prezident İlham Əliyevin siyasi iradəsi ilə 2012-ci ildən ölkəmizdə “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlamasının önəmini xüsusi qeyd edə bilərik. Artıq respublikamızda müxtəlif dövlət xidmətlərini bir məkanda təqdim edən belə mərkəzlərin sayı 20-ni ötüb. Dünyada Azərbaycanın intellektual məhsulu kimi tanınan “ASAN xidmət” mərkəzləri ictimai xidmətlər sahəsində xoşagəlməz halların baş verməsini tamamilə aradan qaldırıb, şəffaflıq yüksək səviyyədə təmin edilib.
Eyni zamanda, dövlət başçımızın son illərdə apardığı kadr və struktur islahatları nəticəsində cəmiyyətimiz neqativ hallardan və xəyanətkar məmurlardan təmizlənməkdədir. Dövlətə və xalqa şərəflə xidmət etmək əvəzinə, korrupsiyaya, rüşvətxorluğa qurşanan, dövlət əmlakını talan edən bir sıra məmurların tutduqları vəzifələrdən uzaqlaşdırılmaları onu göstərir ki, Prezidentin apardığı islahatlar kampaniya xarakteri daşımır. Prezidentin başladığı bu iş Onu dəstəkləyən insanların, bütün cəmiyyətimizin iştirakı və köməyi ilə qətiyyətli şəkildə davam etdirilir.
Fürsətdən istifadə edərək ölkəmizdə aparılan kadr islahatları ilə əlaqədar vacib bir məsələyə də toxunmaq istəyirəm. Bəzi mətbuat orqanlarında ayrı-ayrı insanların dilindən belə bir iddia səsləndirilir ki, güya yerli icra hakimiyyəti qurumlarında çalışan köhnə kadrların əksəriyyəti dövlətə, xalqa sədaqətlə xidmət etmək əvəzinə, xoşagəlməz işlərlə məşğuldurlar. Məncə, bu, tamamilə yanlış yanaşmadır. Yüksək vəzifəli bir neçə yarıtmaz məmurun törətmiş olduğu əməllərə görə bütün vəzifəli şəxsləri və yerli icra hakimiyyətlərini günahlandırmaq, haqsız olaraq onları cəmiyyətin qınaq obyektinə çevirmək qətiyyən düzgün mövqe deyildir. Axı, son 17 ildə ölkəmizin hərtərəfli inkişafına yerli icra hakimiyyətlərinin verdikləri töhfələr az deyildir.Heç şübhəsiz, öz fəaliyyətini yeni dövrün fəlsəfəsinə uyğun quran kadrların və yerli icra strukturlarının iş təcrübəsindən geniş istifadə etmək lazımdır. Bu məqamda onu da qeyd etmək istəyirəm ki, Baki şəhəri Sabunçu rayonunda son 7-8 ildə aparılan quruculuq və abadlıq işləri - su, qaz və yol infrastrukturlarının yenidən qurulması, istismar müddəti başa çatmış köhnə binaların sökülərək yerində rayonun kənd və qəsəbələrinin ümumi mənzərəsinə yeni çalarlar qatan, müasir uslubda və zövqlə tikilmiş çoxmərtəbəli binaların ucaldılması, küçələrin, həyətlərin yaşıllaşdırılması və həyata keçirilən digər tədbirlərin nəticəsində rayonun siması yaxşılığa doğru inanılmaz dərəcədə dəyişib. Hətta koronavirus pandemiyasının yaratdığı çətinliklərlə bağlı yaşanan gərginliklərə baxmayaraq, rayonda sosial və infrastruktur lahiyələrinin icrası davam etdirilir. Pandemiya dövründə 60-dan artıq aztəminatlı ailə, ahıl və imkansız insanlar, eləcədə işsizlər sosial lahiyələrlə əhatə olunmuşlar.
Bu gün Sabunçu rayonunda kadrlar yeni vəzifələrə təyin olunarkən dövlət başçısının məmurlarla bağlı səsləndirdiyi fikirlər əsas götürülür. Xüsusilə də kreativ düşüncəyə malik milli ruhlu, vətənpərvər gənclərə yüksək etimad göstərilərək onlar məsul vəzifələrə irəli çəkilirlər. Kadrların Prezident İlham Əliyevin tövsiyələri əsasında yeni yanaşmalarla seçilib yerləşdirilmələri, həmçinin neqativ hallara qarşı ciddi mübarizə aparılması Sabunçu rayonunda vətəndaş məmnunluğunu yüksək səviyyədə təmin edib. Vətəndaşlar rayon icra hakimiyyətinə, kənd və qəsəbə nümayəndəliklərinə və digər qurumlara böyük inamla üz tuturlar və onların müraciətləri, bir qayda olaraq, öz müsbət həllini tapır.
Zahiddin Abbasov,
Bakı şəhəri Sabunçu Rayon
Veteranlar Təşkilatının sədri,
ehtiyatda olan polkovnik-leytenant
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05

