İsmayıllı məktəbinin uğuru...
18.09.2020 [23:02]
Xəbər verildiyi kimi, ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir. Bu mıqamda qeyd edək ki, İsmayıllı rayonu İ.Həsənov adına 1 saylı tam orta məktəbinin 11 A sinfinin beş məzunu builki qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərib.
Məktəbin direktoru, Gündüz Qədirov qəzetimizə açıqlamasında bildirib ki, məktəb 1961-ci ildə istifadəyə verilib. Hazırda məktəbdə 1282 şagird təhsil alır, 107 müəllim fəaliyyət göstərir.
Direktorun sözlərinə görə, məktəb istər rayon, istərsə də respublika səviyyəsində müsbət göstəriciləri ilə seçilir: “Pandemiya dövrünə təsadüf etməsinə baxmayaraq, şagirdlərin və müəllimlərin səyi, valideynlərin məsuliyyətli yanaşması nəticəsində bu il məktəbimiz yüksək nəticə əldə etdi. Belə ki, sözügedən sinifin 25 şagirdi arasında 23-ü tələbə adını qazanıb. Onlardan 5 nəfəri 600-dən yüksək bal toplayıb”.
11 A sinfinin sinif rəhbəri və riyaziyyat müəllimi İradə Səfərova isə bildirib ki, texniki təmayüllü sinifdə 25 şagird təhsil alıb. Onun sözlərinə görə, bu, illərlə çəkilən zəhmətin nəticəsidir: “İstər valideynlər, istər məktəb rəhbərliyi, istərsə də müəllim kollektivi şagirdlərin keyfiyyətli təhsil almaları üçün bütün güclərini səfərbər edirlər. Ümumiyyətlə, bizim məktəbimiz həm təhsil səviyyəsinə, həm də nizam-intizamına görə müsbət mənada dəyərləndirilir, seçilir. Çox sevinirik ki, nəticə də gözəl oldu. Şagirdlərimizin əksəriyyəti ümidləri doğrultdu”.
Yeri gəlmişkən, yüksək bal toplayan abituriyentlərin də fikirlərini öyrəndik. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda 639 bal toplamış Rəmziyyə Ağazadə sinifin də birincisi olmağı bacarıb: “Bu il DİM-in keçirdiyi qəbul imtahanında 639 bal toplamışam. Kimya mühəndisliyi ixtisasını seçməyi düşünürəm. Yüksək bal toplamaq göründüyü qədər də çətin deyil. Sadəcə xoş, sağlam rəqabət olan sinifdə, mühitdə buna asanlıqla nail olmaq olar. Biz sinif yoldaşlarımla birləşib yüksəlmək qərarına gəldik və istədiyimizi əldə etdik. Hər dəfə bir-birimizə dəstək olduq, bilmədiyimiz məqamlarda kömək etməyə çalışdıq. Sevindirici haldır ki, nəticə bizim xeyrimizə oldu”.
Sinfin başqa bir şagirdi Tərlan Muradlı isə ümumilikdə 627.3 bal toplayıb: “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-qaz mühəndisliyi fakültəsini seçməyi düşünürəm. Bildiyiniz kimi, ölkəmiz zəngin təbii sərvətlərə, o cümlədən də neft-qaz yataqlarına malikdir. Buna görə də özümü elə bu sahədə sınamaq istəyirəm”.
“Onlayn təhsil əyani təhsilin yerini verməsə də, müəllimlərimizin bizlə ardıcıl və intensiv məşğul olmaqları bizə çətinliyi o qədər də hiss etdirmədi. Nəticə etibarilə, öhdəsindən layiqincə gəldik”, - deyə Tərlan bildirib.
İmtahanlarda 613 bal toplayan Mövsümağa Mikayılzadə isə düzgün motivasiya və sistemli çalışaraq hər bir abituriyentin bu nəticəni əldə edə biləcəyini söyləyir. O, hədəfinin UNEC olduğunu açıqlayıb: “Bölgədə təhsil alıb yüksək bal toplamaq mümkündür. Bunun üçün çox çalışmaq və hədəfə köklənmək lazımdır. Hədəfim uğrunda rəqabətin güclü olduğunu bilirdim, ən yüksək nəticəni göstərməliydim. Çalışdım və bacardım”.
İmtahanlarda 609.1 bal toplamış Nigar Məmmədova da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsilini davam etdirmək istəyir: “İmtahandan 609,1 bal toplamışam. Bildiyiniz kimi, dərslərin pandemiya dövrünə təsadüf etməsi, virusun geniş yayılması, eləcə də məktəblərin bağlanması biz abituriyentlərə psixioloji təsir göstərdi, əksər şagirdi ruhdan saldı. Onlayn oxumaq asan deyildi. Çünki parta arxasında, müəllim qarşısında öyrənilən elm daha keyfiyyətli olur. Gələcəkdə kompyüter üzrə peşəkar mütəxəssis olmaq və bu sahə üzrə təhsilimi davam etdirmək istəyirəm. Sinif yoldaşlarımla birgə uğur qazanmağın verdiyi qürur hissini heç nə əvəz edə bilməz. Biz birlikdə göstərdiyimiz əzmkarlıq nəticəsində istəyimizə nail olduq”.
600 bal toplayan Gülnar Məmmədova da digər sinif yoldaşları kimi, uzun müddət, müntəzəm imtahana hazırlıq prosesi keçib: “Uğur əldə etmək üçün ilk növbədə mübarizə əzmi lazımdır. Bu uzun prosesdə həmişə yanınızda sizə dəstək verən insanlar olmalıdır. Bu uğuruma görə valideynlərimə və əməyi keçən bütün müəllimlərə təşəkkür edirəm. Abituriyentlərə, o cümlədən şagirdlərə məsləhət görərdim ki, oxumağa sonuncu illərdə deyil, daha əvvəldən başlasınlar. Ən əsası isə, özlərini imtahanlara psixoloji cəhətdən yaxşı hazırlasınlar”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

