Könül Əliyeva: Könüllü həkim kimi koronaviruslu xəstələrin müalicəsi ilə məşğul oluram
23.09.2020 [09:01]
Dünya ölkələri aylardır yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə səfərbər olunub. Ölkəmiz də bu baxımdan istisna deyil. Təbii ki, bu mübarizənin ən ön sıralarında xeyirxah və mərhəmətli peşə sahibləri olan həkimlər və tibb işçiləri gedirlər. Gecə-gündüz bu virusa qarşı mübarizə aparan tibb işçiləri günümüzün əsl qəhrəmanlarıdır.
“Yeni Azərbaycan” qəzeti olaraq bu cür gərgin şəraitdə “ön cəbhə”də çalışan həkimlərdən biri olan Könül Əliyeva ilə iş prosesi, ümumi vəziyyət barədə maraqlandıq. Həmsöhbətimiz 5 nömrəli uşaq poliklinikasında həkim - pediatr kimi çalışır. Könüllü şəkildə koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan Könül Əliyeva da digər həmkarları kimi bu savaşda qalib çıxmaq, xəstələrin həyatını xilas etmək üçün əlindən gələni edir.
Həkimin sözlərinə görə, Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün geniş tədbirlər görülür: “Dövlətimiz üçün ən əsas məsələ vətəndaşın təhlükəsizliyi, sağlamlığı və firavan həyatı olduğundan pandemiya dövründə bütün siyasi, iqtisadi və sosial məsələlər bu prinsiplər üzərindən həyata keçirilir. Burada əhalinin sanitar-gigiyenik qaydalara əməl etməsini də vurğulamaq yerinə düşər. Amma təəssüf hissi ilə bildirmək istəyirəm ki, bəzi insanlar öz həyatlarının qeydinə qalmayaraq, qaydaları pozurlar. Hər kəs bilməlidir ki, vətəndaşlar diqqətli olmayacağı, sosial-izolyasiya qaydalarına ciddi əməl etməyəcəkləri təqdirdə, sönməkdə olan ocaq yenidən alovlana bilər. Ona görə də hər kəs özünün həkimi, nəzarətçisi, qoruyucusu olmalıdır. Məhdudiyyətlər yumşaldılsa da, arxayınlaşma yaranmamalıdır. Əgər insanlar şəxsi gigiyena qaydalarına əməl etməsələr, məsafə saxlamasalar, tibbi maskadan istifadə etməsələr, o zaman COVID-19-un yayılma sürəti də həyata keçirilən istənilən qabaqlayıcı tədbiri üstələyə biləcək. Bir sözlə, məsuliyyətsizlik koronavirusun geniş yayılması riskini artırır. İnanıram ki, bu qaydalara əməl etsək, kütləvi yerlərə getməyi azaltsaq, sanitar-gigiyenik qaydalara tabe olsaq sərhəd tanımadan sürətlə yayılan bu ümumbəşəri bəladan birdəfəlik yaxa qurtara biləcəyik”.
Yaşlı insanlar üçün COVID-19-un daha riskli olduğunu bildirən həkim 82 yaşlı xəstənin sağalıb evə göndərilməsinə də müvəffəq olub: “Əvvəla qeyd edim ki, həkim peşəsini seçdiyim üçün çox xoşbəxtəm. Peşəmi çox sevirəm. Ölkənin bu çətin vaxtında bir faydam deyirsə, buna görə özümü çox qürurlu hiss edirəm. Artıq iki aydır ki, Atletlər kəndində könüllü həkim kimi fəaliyyət göstərirəm. Buraya COVID-19 xəstəliyini yüngül simptomla keçirən xəstələr yerləşdirilir.
Həkim heyəti olaraq müayinə-müalicə məsələlərini əlimizdən gəldiyi qədər layiqli yerinə yetirməyə çalışırıq. Həqiqətən də bu şəraitdə çalışmağın nə demək olduğunu da ancaq həkimlər bilə bilər. Lakin nə qədər əziyyət çəksək də, bu bizim peşə borcumuzdur. Bacardığımız qədər pozitiv oluruq, çünki hamı stress, həyəcan içərisindədir. Digər tərəfdən bu virus yaşa baxmır. Xəstələr arasında uşaqlar da var. Xatırladım ki, bir yaş üç aylıq körpədə belə nəticə pozitiv çıxmışdı. Amma onlarda virusun ağır əlamətləri özünə biruzə vermir, sadəcə uşaqlar yoluxdurucu olduğu üçün xəstəxana şəraitində izolyasiya olurlar. Ən yaşlı xəstənin isə 82 yaşı vardı. Hər ikisi də müşahidə altında oldu və sağaldı”.
Onun sözlərinə görə, günün 24 saatı tibb işçilərimiz gərgin mübarizə aparırlar. Bu işi bir qədər də çətinləşdirən təpədən dırnağa kimi büründükləri xüsusi geyimləri-formalarıdır. Bəzən 8 saatdan daha çox içində qaldıqları bu forma yayın isti günlərində həkimlərimizin əziyyətini daha da artırırdı. Pediatr onu da vurğulayıb ki, gərgin iş rejimi ilə çalışan həkimlər yoluxma riskinin yüksək olduğunu nəzərə olaraq, mütəmadi olaraq koronavirus testindən keçirlər: “Çox vaxt məndən virusa yoluxmaqdan qorxub - qorxmadığımı soruşurlar.
Bildiyiniz kimi, COVID-19-a yoluxanlar arasında həkimlər də olur. Heç kim sığortalanmayıb. Hər gün xəstələri qəbul edir, onlarla ünsiyyətdə oluram. Bu müddət ərzində immunitetimi qorumağa, idman etməyə, düzgün qidalanmağa, xüsusilə də meyvə yeməyə çalışıram. Bir neçə dəfə test verdim həmişə də neqativ çıxdı. Vurğulayım ki, hər bir xəstəni qəbul edərkən formalar geyinilir və sonra atılır. Həmin geyimlə başqa xəstəni qəbul edə bilmərik. İçində nəfəs almaq və işləmək çox çətindir. İndi havalar sərin keçir deyə işimiz bir az yüngülləşib”.
Həkim sonda onu da dedi ki, payız-qış aylarında havaların soyuması ilə əlaqədar mövsümü xəstəliklər üzə çıxır: “Koronavirusla yanaşı, bu viruslardan da özünüzü qorumalısınız. Yoxsa çox ciddi fəsadlarla nəticələnə bilər. Ümid edirəm ki, tezliklə bu virus bitsin və əvvəlki həyat tərzimizə qayıdaq”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxİdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55

