Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
25.09.2020 [08:36]
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlər, mühüm qanunvericilik və institusional tədbirlər qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məhkəmə islahatının dərinləşdirilməsi haqqında ötən il imzalanmış Fərmanla hakim ştatları sayının 200 vahid - üçdə bir qədər artırılmasının məhkəmə sisteminin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Yeni ayrılmış ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi, habelə seçim zamanı çevikliyin təmin edilməsi məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçilməsi Qaydaları təkmilləşdirilib və seçim prosesi davamlı xarakter alıb. İmtahanlarda müasir texnologiyalar tətbiq edilməklə sualların kompüter vasitəsilə cavablandırması və nəticələrin dərhal elan edilməsi təsbit olunub.
Bu Qaydalarla ötən ildən başlamış müsabiqələr nəticəsində 43 nəfər hakimliyə namizəd bütün imtahanları, o cümlədən yarım illik tədris kursunu, habelə məhkəmələrdə stajkeçməni uğurla başa vurub və Hakimlərin Seçki Komitəsi tərəfindən Məhkəmə-Hüquq Şurasına təqdim edilib.
Şuranın bu günlərdə keçirilmiş iclaslarında Qaydalara uyğun olaraq həmin namizədlərin hər biri ilə fərdi söhbətlər keçirilib, onların ixtisaslaşmaları aparılaraq birinci instansiya məhkəmələrinə hakim vəzifəsinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.
İclasda Hakimlərin Seçki Komitəsi tərəfindən müsabiqələrin xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla davam etdirilməsi təqdir olunub.
Qeyd olunub ki, bu müsabiqələrdə, həmçinin 64 nəfər test üsulu ilə və yazılı imtahanları uğurla başa vurub və həmin namizədlərlə yaxın günlərdə şifahi imtahanlar keçiriləcək. Hakim olmaq üçün sənədlərini təqdim etmiş növbəti 250 nəfər namizədlə test imtahanının təşkili üçün Dövlət İmtahan Mərkəzi ilə birgə tədbirlər görülür. Sənədlərin sadələşdirilmiş formada - elektron qəbulu isə hazırda davam etdirilir.
Zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə keçirilən iclasda hakimlər barədə intizam icraatlarına da baxılıb. Şura tərəfindən məhkəmələrdə işlərin bölüşdürülməsinin monitorinqi zamanı aşkar edilmiş pozuntulara görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri Kəramət Əliyevə irad tutulub, korrupsiyaya şərait yaradan hallara və digər nöqsanlara yol verdiyinə görə Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahova töhmət verilib. Eyni zamanda, icraatda olan daha 4 hakim barədə intizam işlərinə Şuranın növbəti iclaslarında baxılacaq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14

