/ / Ölkəmizdə COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində maksimum şəffaflıq və ictimai nəzarət təmin olunur
Ölkəmizdə COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində maksimum şəffaflıq və ictimai nəzarət təmin olunur
25.09.2020 [08:36]
Ekspertlərin qənaətinə əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondunda yığılan vəsaitdən səmərəli istifadə edilməsi bu baxımdan mühüm əhəmiyyətə malikdir
Ölkəmizdə yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə çərçivəsində effektiv və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Vurğulanmalıdır ki, COVID-19 pandemiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınmasını, profilaktik tədbirlərin operativ həyata keçirilməsini, əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Nazirlər Kabinetidir. Qeyd edək ki, Baş nazir Əli Əsədovun 2020-ci il 11 aprel tarixli qərarı ilə Fondda toplanmış vəsaitdən istifadə zamanı şəffaflığın təmin edilməsi və vəsaitdən istifadə barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məqsədilə Nazirlər Kabineti yanında İctimai Nəzarət Şurası yaradılıb.
Bu məqamda vurğulamaq yerinə düşər ki, sentyabrın 18-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Qlobal Peyvəndlər Alyansı (GAVI) arasında imzalanmış sazişə əsasən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq. Bu sazişin icrasından irəli gələn məsələlərin, yəni COVAX platforması çərçivəsində ÜST tərəfindən təsdiq olunmuş vaksinlərin alınaraq Azərbaycana gətirilməsinin maliyyə xərcləri isə Koronavirusla Mübarizəyə Dəstək Fondundan ödəniləcək.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Sədaqət deyib ki, hazırda bir sıra ölkələr vaksinlər üzərində iş aparır və ön sifarişlər qəbul edirlər: “Lakin vaksinlərə olan tələbat həcminin onların istehsal potensialından çox olmasını nəzərə alaraq, növbəti sifarişləri tezliklə tam təmin etmək mümkün olmaya bilər. Ona görə də, COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlılıq imkanı yaratmaq məqsədilə bir müddət əvvəl Qlobal Peyvəndlər Alyansı, Epidemiyaya Hazırlıq İnnovasiyalar Alyansı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVAX platforması yaradılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq”.
Vaksinlərin alınaraq Azərbaycana gətirilməsinin maliyyə xərclərinin Koronavirusla Mübarizəyə Dəstək Fondundan ödəniləcəyini deyən millət vəkilinin sözlərinə görə, Fondunun vəsaitlərinin idarə olunmasında şəffaflıq prinsipinə yüksək səviyyədə əməl edilir: “Bu məsələdə maksimum şəffaflıq və ictimai nəzarət təmin olunur və Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin son qəpiyinə qədər xalqımızın sağlamlığına, COVİD-19 pandemiyasından xilas olmasına xərclənəcək”.
Milli Məclisin deputatı Vüqar İskəndərov isə bildirib ki, Azərbaycan dövləti ölkə daxilində koronavirusa qarşı mübarizə ilə bağlı məqsədyönlü və ardıcıl sanitar-epidemioloji tədbirlərin görülməsi ilə yanaşı, beynəlxalq həmrəyliyin və dövlətlərin bu qlobal bəlaya qarşı bir araya gələrək səylərinin səfərbər edilməsini təşviq edir. Koronavirus infeksiyasına qarşı vaksinlərin yaradılması məsələsinin artıq bir müddətdir ki, gündəmdə olduğunu xatırladan millət vəkili ayrı-ayır dövlətlərin bu istiqamətdə fəaliyyət göstərdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, pandemiyanın qlobal xarakter daşıması və demək olar ki, dünyanın əksər ölkələrini bürüməsi, vaksinlərə tələbatın çox olacağını indidən proqnozlaşdırmağa imkan verir. Bu mənada, Qlobal Peyvəndlər Alyansı, Epidemiyaya Hazırlıq İnnovasiyalar Alyansı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVAX platformasının yaradılması və vaksinlərin növbəlilik qaydası ilə verilməsi ən doğru yanaşmalardandır.
Vaksinlərin alınaraq Azərbaycana gətirilməsinin maliyyə xərclərinin Koronavirusla Mübarizəyə Dəstək Fondundan ödəniləcəyini deyən deputat bildirib ki, indiyə qədər Fonda 113,7 milyon manatdan çox vəsait köçürülüb. Vüqar İskəndərov onu da qeyd edib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyətində tam şəffaflığın təmin olunmasında İctimai Nəzarət Şurası da mühüm rol oynayır: “Fondun fəaliyyətində tam şəffaflığın təmin edilməsi çərçivəsində həyata keçirilən bütün ianələr və onları edən bütün fiziki və hüquqi şəxsləri barədə bağlı Fondun rəsmi internet səhifəsində məlumat yerləşdirilib”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17

