Bakıətrafı qəsəbələr yeni görkəm alır, maraqlı turizm məkanlarına çevrilirlər
25.09.2020 [23:38]
Balaxanıda olduğu kimi, digər qəsəbələrdə də yenidənqurma-bərpa işləri həyata keçirilərkən yaşayış məntəqələrinin tarixi görkəminin qorunması diqqət mərkəzində saxlanılır
Azərbaycan “qara qızıl”ın insan kapitalına çevrilməsi siyasətinə görə dünyada öncül yerlərdən birini tutur. Belə ki, karbohidrogen ehtiyatları ilə zəngin olan respublikamızda transmilli şirkətlərlə imzalanan müqavilələr çərçivəsində qazanılan vəsaitlər məqsədyönlü şəkildə ölkənin intellektual potensialının gücləndirilməsinə, gənclərin keyfiyyətli təhsil almalarına, müasir infrastruktur quruculuğuna, irimiqyaslı sosial proqramların reallaşdırılmasına, şəhər və qəsəbələrin abadlaşdırılmasına yönəldilir. Bakı ətrafında qədim yaşayış məntəqələrindən olan Balaxanı qəsəbəsinin burada aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərindən sonra qədimliklə müasirliyin vəhdətində tamam yeni görkəm alması deyilənləri bir daha təsdiqləyir. Vaxtilə ekoloji fəlakət zonası olan Balaxanı kəndi burada aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində fərqli görünüşə malik müasir qəsəbəyə çevrilib.
Yeri gəlmişkən, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsinə gələrək burada aparılan abadlıq işləri ilə tanış olublar. Qəsəbədə həyata keçirilən quruculuq-abadlıq işləri Prezident İlham Əliyevdə və birinci xanım Mehriban Əliyevada xoş təəssürat oyadıb. Qəsəbə sakinləri ilə görüşdə dövlətimizin başçısı vurğulayıb ki, bütün işlər böyük məhəbbətlə, zövqlə görülübdür. Həm infrastruktur layihələri, kanalizasiya, insanların rahatlığı üçün yaradılmış şərait, elektrik xətləri, binaların təmiri, dam örtükləri, yollar, küçələr, estetik görünüş - bütün bunlar bir məqsədlə edilir ki, burada yaşayan insanlar özlərini rahat hiss etsinlər, onlar üçün yaxşı şərait yaradılsın.
Balaxanı qəsəbəsindəki tarixi abidələrin bərpası ölkəmizdə qədim ənənələrə, mədəniyyət nümunələrinin qorunub saxlanılmasına böyük qayğı ilə yanaşıldığını əyani şəkildə nümayiş etdirir
Təqdirəlayiq haldır ki, ölkəmizin ərazisindəki tarixi abidələr dövlət tərəfindən qorunur. Balaxanı qəsəbəsindəki tarixi abidələrin təmiri və bərpası ölkəmizdə qədim ənənələrə, mədəniyyət və incəsənət nümunələrinin qorunub saxlanılmasına necə böyük qayğı ilə yanaşıldığını əyani şəkildə nümayiş etdirir. Qeyd edək ki, Balaxanıda aparılan abadlıq işləri qəsəbənin qədim və XX əsrin əvvəllərinə aid olan hissəsini əhatə edir. Bu da 16 min əhalinin yaşadığı təxminən 10 kvadratkilometr ərazi deməkdir. Buradakı abidələrə qısa ekskur etsək, qəsəbənin tarixi barədə müəyyən təsəvvür yaranar. Balaxanıdakı Şah Səfi karvansarayı 1635-1636-cı illərdə inşa olunub. Bu tarixi abidə yerli əhəng daşı materiallarından tikilib və əhali arasında Xacə Ruhulla imarəti kimi tanınıb. Hacı Şəhla Məscidi və Şakir ağa türbəsi də qəsəbədəki tarixi abidələr sırasında yer alır. Buradakı ovdan XIV əsrdə inşa olunub. Ovdanın mənbəyindən su götürmək üçün 40 pilləkən aşağı enmək lazımdır. Keçmişdə ovdan vasitəsilə Balaxanının içməli suya olan tələbatı ödənilib. Balaxanının “Qum hamamı” bir-biri ilə əlaqəli 3 hissədən ibarətdir. Onun inşası XIV əsrə təsadüf edir. Məlumatlara görə, qəsəbədə vaxtilə 18 hamam olub. Demək olar ki, hər məhəllədə hamam inşa edilib və onlar həm adlarına, həm də memarlıq üslubuna görə bir-birindən fərqlənib. Qəsəbənin abadlaşdırılması layihəsi çərçivəsində bütün bu və digər tarixi abidələrə ikinci həyat verilib. Diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, yüksək zövqlə aparılan abadlıq işlərində tarixiliyin və memarlıq ənənələrinin qorunması meyarı əsas götürülüb. Aparılan abadlıq işləri nəticəsində Balaxanı artıq yeni turizm marşrutu kimi təsdiqlənib. Yeri gəlmişkən, son zamanlar çoxsaylı internet səhifələrində və sosial media platformalarında Balaxanı qəsəbəsi ilə bağlı yayılan fotolar İtaliyanın məşhur “Si Viaggia” səyahət portalının diqqətini cəlb edib. Portalda “Turistləri və bloggerləri heyran edən Azərbaycan qəsəbəsi” adlı yazı da dərc olunub. Balaxanının turizm marşrutu kimi təsdiqlənməsi qəsəbədə yeni sahibkarlıq subyektlərinin, xüsusilə sənətkarlıq, xidmət və ticarət istiqamətlərində biznesin qurulmasını təşviq edəcək.
Qəsəbədə həyata keçirilən layihələr yalnız tarixi abidələrin bərpası ilə məhdudlaşmır. Burada həmçinin müasir infrastruktur quruculuğu da diqqət mərkəzində saxlanılıb. Görülən bu işlər isə əhalinin məşğulluğunun təmin edilməsinə də öz töhfəsini verib. Belə ki, Balaxanıda həyata keçirilən işlərə 1000 nəfər cəlb olunub ki, onlardan da 700-ü, yəni, 70 faizi yerli sakinlərdir. Eyni zamanda, qəsəbədə fəaliyyət göstərən ictimai iaşə obyektləri, kafelər, çayxanalar, papaqçılıq, rəssamlıq, xalçalılıq emalatxanaları da yerli sakinlərin işlə təminatında böyük rol oynayacaq.
Balaxanının ekoloji vəziyyəti tamam dəyişib
Bir vaxtlar Balaxanı deyəndə göz önündə böyük şəhər zibilxanası canlanırdı. Zibilxananın üzərindən qalxan tüstü ətrafa yayılaraq qəsəbənin və qonşu yaşayış məntəqələrinin, eləcə də paytaxtımızın ekologiyasına ciddi ziyan vururdu. Yaxınlıqdakı Böyükşor gölü də ekoloji fəlakət zonası idi. Bura həm neft tulantıları, həm də kanalizasiya suları axıdılırdı. Bir neçə il bundan əvvəl Balaxanıda Prezident İlham Əliyevin göstərişi ilə ekoloji vəziyyətin yaxşılaşdırılmasına start verilib. İlk növbədə buradakı açıq zibilxana ləğv edilib, onun əvəzində isə müasir poliqon - istehsal müəssisəsi yaradılıb. Müəssisədə dünyanın qabaqcıl şirkətlərinin avadanlıqları quraşdırılıb. Bu qurğuların emal dərinliyi kifayət qədər yüksəkdir və müxtəlif çeşidli zibilin emalı zamanı ətraf mühitə ziyan vurmq amili tamam istisna edilir. Balaxanının ekoloji durumunun yaxşılaşmasına həmçinin Böyükşor gölündə aparılan təmizləmə işləri öz müsbət təsirini göstərib. Xaricdən gətirilən xüsusi qurğu vasitəsilə gölün dibindəki çöküntülər yığılaraq daşınıb və zərərsizləşdirilib. Hazırda bu istiqamətdə işlər yenə də davam etdirilir. Verilən məlumatlara görə bir vaxtlar tamam “ölü zona”ya çevrilən Böyükşorda indi müəyyən canlılara da rast gəlinir ki, bu da həyat əlamətidir və gölün ekoloji vəziyyətinin yaxşılaşmasına dəlalət edir. Eyni zamanda, gölün üzərindən salınan yol Balaxanıya gediş-gəlişi asanlaşdırıb.
Bakının digər qəsəbələrində də oxşar layihələr həyata keçirilir
Oxşar layihələr Bakının digər qəsəbələrində də həyata keçirilir. Bakı şəhərinin qəsəbələrinin yenidən qurulması işləri çərçivəsində Balaxanıdan sonra sırada Bibiheybətdir. Balaxanı kimi, Bibiheybət də dünyanın ən qədim neft mərkəzidir. Hazırda Bibiheybət qəsəbəsində də oxşar layihə icra edilir. İlk növbədə, Bibiheybət buxtası təmizlənib, ərazidə park salınıb, həmçinin incəsənət və idman şəhərcikləri, bulvar yaradılıb. Orada Bibiheybətin qədim neft mərkəzi olmasının simvolu kimi neft buruğunun maketi hazırlanıb. Hazırda qəsəbənin yarısından çox hissəsi artıq abadlaşdırılıb, yalnız bir küçə qalıb. Orada da kanalizasiya işləri görülüb, bütün elektrik xətləri yerin altına salınıb. Bundan əlavə, Bakının daha 7 qəsəbəsində - Ramana, Əmircan, Buzovna, Mərdəkan, Novxanı, Maştağa və Pirşağıda abadlıq işlərinə başlanılıb. Novxanı və Ramanada işlər artıq altı aydır davam edir və yaxın bir neçə ayda orada da yeniliklər görmək mümkün olacaq. Beləliklə, Bakıətrafı qəsəbələr yeni görkəm alacaq, maraqlı turizm məkanlarına çevriləcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

