/ / Vətəndaşlar hərbi vəziyyət və xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməlidirlər
Vətəndaşlar hərbi vəziyyət və xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməlidirlər
06.10.2020 [09:26]
Bu, ilk növbədə, insanların özlərinin təhlükəsizliyi və sağlamlığı üçün vacibdir
Məlum olduğu kimi, işğalçı Ermənistanın hərbi təxribatı nəticəsində sentyabrın 27-dən etibarən döyüş bölgəsində aktiv hərbi əməliyyatlar davam etməkdədir. Əks-həmlə ilə hücuma keçən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirir. Artıq bir sıra yaşayış məntəqələri, strateji əhəmiyyətli yüksəkliklər, həmçinin Cəbrayıl şəhəri işğalçılardan azad edilib.
Qeyd edək ki, yaranmış vəziyyətlə əlaqədar sentyabrın 27-də ölkəmizdə hərbi vəziyyət elan olunub. Onu da vurğulamaq yerinə düşər ki, şanlı ordumuzun cəbhədə qazandığı uğurlar bütün ölkə vətəndaşlarının böyük sevincinə səbəb olub, insanlarda hərbi vətənpərvərlik ruhunu daha da gücləndirib. Bu hissləri ifadə etmək üçün bir qrup vətəndaş gecə saatlarında Bakı küçələrinə çıxaraq ordumuza dəstək şüarları səsləndiriblər. Bu fakt vətənpərvərlik nümunəsi olsa da, nəzərə almaq lazımdır ki, hazırda ölkəmizdə hərbi vəziyyət elan olunub və hər gün saat 21:00-dan saat 06:00-a qədər komandent saatı tətbiq edilir.
Yeri gəlmişkən, məsələ ilə bağlı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev xalqa müraciət edib. Müraciətdə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş tapşırıqlarının uğurlu icrasını təmin edərək uzun illər işğal atında olan torpaqlarımızı azad edir, ərazi bütövlüyümüzü bərpa edir. “Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir və hər gün müsbət nəticələr əldə olunur. Sözsüz ki, bu qürurverici tarixi anlar bizim böyük sevincimizə səbəb olur, ərazi bütövlüyümüzün qısa zamanda bərpa olunacağı günü yaxınlaşdırır. Lakin unutmamalıyıq ki, ölkəmizdə hərbi vəziyyət və karantin rejimi qüvvədədir. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə xahiş olunur ki, hər kəs müəyyən olunmuş qayda-qanuna ciddi riayət etsin”, - deyə müraciətdə vurğulanıb.
Həqiqətən də, cəbhədə qazanılan qələbələr nə qədər sevindirici olsa da, vətəndaşlar təmkin nümayiş etdirərək mövcud qaydaları pozmamalıdır. Çünki indiki həssas məqamda düşmən tərəf müxtəlif təxribatlara əl atır. Ona görə də, insanlar ilk növbədə özlərinin təhlükəsizliyinin təmin olunması, eləcə də digər məqamlarla bağlı olduqca diqqətli olmalıdır. Yəni hazırkı vəziyyət əhalidən maksimum dərəcədə qaydalara əməl edilməsini tələb edir. Belə olarsa, müvafiq dövlət qurumları, xüsusilə hüquq-mühafizə orqanları öz vəzifələrinin öhdəsindən daha yüksək səviyyədə gələcəklər. Ona görə də, vətəndaşlar onların mühüm vəzifələrini icra etməsində əngəl olmamalıdır.
Təbii ki, burada digər vacib məqamlardan biri də koronavirus pandemiyası ilə əlaqədardır. Məlumdur ki, hazırda pandemiya bütün dünyanı bürüyüb. Ona görə də, dünya dövlətləri koronavirusla mübarizəyə səfərbər olunub. Azərbaycan da bu mübarizədə beynəlxalq miqyasda öndə gedən ölkələr sırasındadır. Ötən dövr ərzində ölkə Prezidenti İlham Əliyevin rəhbərli ilə koronavirusla mübarizə çərçivəsində çox mühüm addımlar atılıb, səhiyyə sistemi daha da gücləndirilib, yeni modul tipli xəstəxanalar yaradılıb və s. Eyni zamanda, pandemiya dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə vacib sosial layihələr həyata keçirilib. Ən əsas məqamlardan biri də budur ki, pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün ölkədə karantin rejimi tətbiq olunub. Məhz görülən sistemli işlər nətəticəsində koronavirusla mübarizədə xeyli müstbət irəliləyiş əldə olunub, yoluxma sayı azalıb. Buna görə də, xüsusi karantin rejimi ötən müddətdə yumşaldılır. Amma davam edən karantin rejimində bir sıra qadağalar qüvvədə qalır ki, onlardan biri də insanların kütləvi toplaşmasıdır. Çünki kütləvi toplaşma halları virusa yoluxma təhlükəsini xeyli dərəcədə artırır. Ona görə də, vətəndaşların bu məsuliyyətli dönəmdə hərbi vəziyyət və karantin rejiminin qaydalara ciddi əməl etməsi vacib şərtdir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10

