/ / Dünya Bankının missiyasına Ermənistanın təcavüzkar siyasəti, mülki əhaliyə qarşı terroru barədə məlumatlar verilib
Dünya Bankının missiyasına Ermənistanın təcavüzkar siyasəti, mülki əhaliyə qarşı terroru barədə məlumatlar verilib
16.10.2020 [09:15]
BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadan 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan Azərbaycana qarşı hərbi təxribatlarını, ölkəmizin mülki əhalisinə yönələn terror siyasətini davam etdirir. Oktyabrın 10-da humanitar məqsədlərlə atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan bu razılaşmanı, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə çoxmənzilli yaşayış binalarına “Skad” tipli ballistik raket atıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” üzrə Dünya Bankının missiyası ilə onlayn görüşdə bildirib.
Nazir təcavüzkar Ermənistanın bu növbəti terroru nəticəsində aralarında uşaqların və qadınların, yaşlıların da olduğu 10 nəfərin həlak olduğunu, 34 nəfərin yaralandığını bildirib. O vurğulayıb ki, ümumilikdə, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən dinc əhaliyə qarşı hücumları nəticəsində 43 mülki şəxs qətlə yetirilib, 214 nəfər yaralanıb, 277 mülki obyekt, 66 çoxmənzilli yaşayış binası, 1505 yaşayış evi yararsız vəziyyətə düşüb.
S.Babayev Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları, ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin işğaldan azad edilməsi istiqamətində əldə etdiyi zəfərlər barədə də məlumat verib.
Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə icra olunan özünüməşğulluq proqramından bəhs edən nazir bu proqramın ölkədə aztəminatlı ailələrin kiçik biznesə çıxışına şərait yaratdığını deyib. O, cari ildə 12 min ailənin bu proqramın dəstəyi ilə öz kiçik ailə müəssisələrini yaratmaları üçün aparılan işləri qeyd edib.
Bildirib ki, özünüməşğulluq proqramı Böyük Qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı kəndini də əhatə edib. Bütün sosial infrastrukturu, daimi suyu, elektrik enerjisi, təbii qazı, asfalt yolları və s. olan, qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrilən həmin kənddə 60-dək ailə bu proqrama cəlb olunub. Habelə cəbhəyanı bölgələrdə özünüməşğulluq proqramının əhatə dairəsi ildən-ilə genişlənir. Özünüməşğulluq proqramı Azərbaycan Ordusunun bu günlərdə işğaldan azad etdiyi ərazilərdə də geniş vüsət alacaq, həmin ərazilərdə sosial-iqtisadi quruculuğun və inkişafın təmin edilməsinə öz töhfəsini verəcək.
S.Babayev özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi”nin önəmini vurğulayıb. Layihə üzrə 2020-2025-ci illərdə əlavə olaraq 22 min işsiz şəxsin özünüməşğulluq proqramına cəlb olunmasının, eyni zamanda, məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsinə dəstəyin verilməsinin və s. nəzərdə tutulduğunu deyib. Bu il üçün 2 min nəfərin bu layihədən faydalanacağını qeyd edən S.Babayev bildirib ki, layihə üzrə özünüməşğulluq proqramına qoşulmaq istəyən potensial benefisiarlar üçün xüsusi elektron forma da hazırlanıb və nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Görüşdə missiyanın üzvləri Maddalena Honorati (baş iqtisadçı), Sara Maykl (Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri), Mirey Ovadiya (sosial müdafiə üzrə baş mütəxəssis), Sırma Demir Şeker (baş iqtisadçı), Səidə Bağırlı (əməliyyatlar üzrə baş mütəxəssis) ilə birgə layihənin icrası sahəsində aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39

