Dünya prokurorlarına müraciət ünvanlanıb
22.10.2020 [09:27]
Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü kimi həmin təşkilatın prezidentinə, baş katibinə, senatorlarına və İcraiyyə Komitəsinin üzvlərinə müraciət ünvanlayıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə cinayətkarlıqda mübarizədə ön sıralarda dayanan və dünya prokurorlarını birləşdirən yeganə təşkilat olan Beynəlxalq Prokurorlar Assosiasiyasına Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribatları və müharibə cinayətləri barədə məlumat verilib.
Bildirilib ki, Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları irəli sürən Ermənistan hələ 1990-cı illərin əvvəllərində hərbi təcavüz törədərək Dağlıq Qarabağı və azərbaycanlıların yaşadığı ətraf yeddi rayonu işğal edib, Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirib. Bir milyon insan qaçqın və məcburi köçkünə çevrilib. Bu gün qaçqın problemi ilə üzləşən Avropa və dünyanın digər regionları bu humanitar fəlakətin miqyasını aydın təsəvvür edə bilirlər.
Diqqətə çatdırılıb ki, münaqişənin həlli məqsədilə yaradılmış vasitəçilik missiyası - ATƏT-in Minsk Qrupunun təşəbbüslərinə, erməni silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasına Ermənistan tərəfindən məhəl qoyulmayıb. Ermənistan müxtəlif bəhanələrlə davamlı olaraq münaqişənin sülh yolu ilə həllini uzadıb və ona sərf edən status-kvonu davam etdirərək özgə torpaqlarını işğal altında saxlayıb, bu ərazilərin zəngin təbii ehtiyatlarını, xüsusilə qızıl yataqlarını istismar edərək qanunsuz iqtisadi fəaliyyət göstərib. Bununla yanaşı, beynəlxalq hüquq normaları, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları kobud şəkildə pozularaq qanunsuz məskunlaşdırma həyata keçirib.
Ermənistanın yeni rəhbərliyinin açıq işğalçılığa hesablanan şüarlarla çıxışlarına beynəlxalq ictimaiyyətin reaksiya göstərməməsi təcavüzkarın əl-qolunu daha da açıb, hərbi təxribatlarını intensivləşdirib.
Müraciətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı bu məsələləri ətraflı şəkildə və dəqiq faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırması qeyd olunub.
Bildirilib ki, cəzasızlıqdan ruhlanan Ermənistan silahlı birləşmələrinin 2020-ci il sentyabrın 27-dən yaşayış məntəqələrimizi və dinc sakinlərimizi qəsdən və məqsədyönlü şəkildə ağır artilleriya qurğularından atəşə tutması nəticəsində bu günədək təkcə hərbçilərimiz deyil, eyni zamanda, qadın, uşaq və ahıllar olmaqla 63 dinc sakin həlak olub, 290-dan çox mülki şəxs yaralanıb. Bundan əlavə, 2400-dən artıq yaşayış binası və mülki obyekt dağıdılıb və ya ciddi ziyan dəyib.
BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququna əsaslanmaqla ölkəmiz Ermənistanı sülhə məcbur etmək məqsədilə əks-hücum əməliyyatları aparmağa məcbur olub.
Doğma torpaqları uğrunda və yalnız öz ərazisində vuruşan ordumuzun uğurlu əks hücumunu görən Ermənistan tərəfi beynəlxalq hüquq normalarına əsasən istifadə olunması qadağan edilmiş kaset bombaları ilə dinc şəhər və kəndləri, hərbi əməliyyatlar aparılan yerdən 100 km-dən çox məsafədə olan, ərazisində Avropada ən iri bəndli su anbarlarından biri və enerji obyekti yerləşən Mingəçevir şəhərini, Avropanın enerji təhlükəsizliyində mühüm rolu oynayan neft kəmərlərini atəşə tutur, ekoloji fəlakət yaratmaq istəyir.
Ən dəhşətlisi isə təmas xəttindən onlarla kilometr məsafədə yerləşən Gəncə şəhərinin insanların sıx məskunlaşdığı hissələrinin xüsusi dəqiqliyi ilə seçilən ballistik raketlərlə gecə yarı dəfələrlə atəşə tutulması olub.
Ermənistan ərazisindən endirilən bu zərbələr nəticəsində beynəlxalq humanitar hüququn pozulmasına, dinc sakinlərin həlak olmasına, habelə silahlı münaqişələr zamanı cinayət əmrlərinin verilməsinə, terrorizm faktlarına dair Azərbaycanın Baş prokurorluğu tərəfindən onlarla cinayət işi açılıb.
BMT-nin baş katibi və Avropa İttifaqı yaşayış məntəqələrinə hücumları qınayan bəyanatlarla çıxış edərək onların tam qəbuledilməzliyini vurğulayıb, bildiriblər ki, mülki şəxslərin və obyektlərin atəşə tutulmasına son qoyulmalıdır.
Lakin beynəlxalq normalara məhəl qoymayan Ermənistan bu hərəkətlərdən daşınmır, əksinə münaqişəyə xarici ölkələrdən olan hərbi muzdluları cəlb edir, qanunsuz silah daşımaları həyata keçirir, Azərbaycana qarşı terrora çağırışlar yayır.
Müraciətdə nazir yüksək nüfuza malik olan dünya prokurorları birliyinin ədalətin bərpası, insanlıq əleyhinə cinayətlərin qarşısının alınması naminə səslərini bütün dünyaya ucaldacaqlarına, habelə beynəlxalq hüququn kobud pozulması hallarına qarşı öz səlahiyyətləri çərçivəsində tədbirlər görəcəklərinə ümidvar olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50

