/ / Azərbaycan işğaldan azad edilən ərazilərin bərpası üçün kifayət qədər təcrübəyə və iqtisadi potensiala malikdir
Azərbaycan işğaldan azad edilən ərazilərin bərpası üçün kifayət qədər təcrübəyə və iqtisadi potensiala malikdir
23.10.2020 [08:51]
Sərsəng-Tərtər hidroelektrik kompleksinin bərpası və istifadəyə verilməsi Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının təxminən 60 min hektar ərazisini su ilə təmin edəcək və yanğına qarşı mübarizəni asanlaşdıracaq
İşğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində Azərbaycan Ordusu tərəfindən aparılan əks-hücum əməliyyatlarının uğurla davam etdiyi bu günlərdə düşmən tapdağında olan ərazilərdəki təbii resursların da vandalizm siyasətinə məruz qaldığı məsələsi aktuallıq kəsb edir. Ümumiyyətlə, sirr deyil ki, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasət, o cümlədən təbii resurslardan vəhşicəsinə istifadə edilməsi, transsərhəd çayların qəsdən çirkləndirilməsi nəticəsində ölkəmizin iqtisadiyyatına ciddi ziyan dəyib. Xüsusi olaraq qeyd edilməlidir ki, həmin ərazilərin işğal altında olduğu dövrdə Azərbaycanın digər rayonlarında yaşayan yüzminlərlə əhali içməli sudan məhrum edilib, işğalçılar tərəfindən su ehtiyatlarından sui-istifadə münbit torpaqların eroziyasına, səhralaşmasına gətirib çıxarıb. Azərbaycanın quraqlıq zonada yerləşməsi və bu səbəbdən kənd təsərrüfatının 90 faizinin suvarmadan asılı olduğunu nəzər alanda ölkəmizə nə qədər iqtisadi zərər vurulduğunu təsəvvür etmək çətin olmaz. Bu baxımdan, Azərbaycanın işğal edilmiş ərazilərində strateji əhəmiyyət kəsb edən iqtisadi obyektlər sırasında Sərsəng su anbarını da qeyd etmək olar.
Xatırladaq ki, Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarı 1976-cı ildə istifadəyə verilib. Ümumi su tutumu 565 milyon m3 olan su anbarı 120 min hektar ərazinin suvarılması üçün layihələndirilib. Su anbarında gücü 50 MVt olan 2 ədəd turbindən ibarət su elektrik stansiyası (SES) quraşdırılıb. İşğaldan əvvəl Tərtər çayının yığıldığı bu nəhəng su anbarının sağ və sol sahilindən çıxan magistral kanallar vasitəsilə 6 rayonun ümumilikdə 78 min hektar əkin sahəsi suvarılıb. Sərsəng su anbarının işğalı nəticəsində Tərtər çayı üzərindəki Suqovuşan su elektrik stansiyası, eləcə də Tərtər sağ və sol sahil suvarma magistral kanallarının 80 km-lik hissəsi, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam (onun işğal olunmamış hissəsində) və Goranboy rayonlarının rayonlarında 60 min hektardan çox əraziləri uzun müddətdir ki, su ilə təmin olunmur.
Qeyd etmək lazımdır ki, 68,3 km uzunluğunda və mənbəyində 50 m3 tutumu olan Tərtər sağ sahil magistral kanalı tamamilə işğal altındadır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Sərsəng su anbarı, 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 km olan suvarma kanalları şəbəkəsi, 185 km-lik kollektor və drenaj kanalları, 1429 artezian quyusu, 539 hidrotexniki tikinti obyektləri, 220 su elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon m3 olan 8 su anbarı işğala məruz qalıb. Ümumilikdə, 125,8 min hektar suvarılan torpaq ərazilər işğal edilib. Onlardan yalnız 25,3 min hektarı (20 faiz) Dağlıq Qarabağ bölgəsi, digər 100,5 min hektar isə işğal edilmiş rayonların payına düşür.
Vurğulamaq yerinə düşər ki, BMT Baş Assambleyasının 7 sentyabr 2006-cı il tarixli “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” haqqında qətnaməsi əsasında ATƏT-in ekoloji vəziyyətin qiymətləndirilməsi üzrə missiyası həmin ərazilərdə yanğınların ekoloji və iqtisadi təhlükəsizliyə yaratdığı təhdid barədə rəy verib. Eyni zamanda, ATƏT-in missiyası belə nəticəyə gəlib ki, lazımi su təchizatının çatışmazlığı kənd təsərrüfatına ciddi ziyan vurur və meşə massivlərinin tamamilə məhv olmasına gətirib çıxarıb. Bununla yanaşı, su anbarının işğalından sonra ermənilər illik su sərfinin 85-90 faizini su lazım olmayan vaxtlarda, xüsusilə qış aylarında buraxırlar. Nəticədə əkin sahələrinin suvarması qeyri-mümkün olur.
Təsadüfi deyil ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən qəbul olunmuş 26 yanvar 2016-cı il tarixli 2085 nömrəli qətnamədə Ermənistanın hərəkətləri Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaradılmasına yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilib. Sənəddə AŞPA tərəfindən Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal azad etməsi və su resurslarından öz maraqlarını təmin etmək üçün təzyiq kimi istifadəyə son qoyması tələb edilib.
Qeyd edilən faktlar sübut edir ki, Sərsəng su anbarı Ermənistan tərəfindən əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə olunur. Belə ki, qəza vəziyyətində olan su anbarından aşağıda yerləşən rayonlarımızda yaşayan minlərlə əhali də daim təhlükə altındadır.
Məlum olduğu kimi, Azərbaycan Ordusu Suqovuşan kəndini azad etdikdən sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Hazırda su anbarından suyun buraxılmasının nizamlı şəkildə həyata keçirilməsi ilə Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda, ekoloji tarazlığın təmin olunmasında mühüm addımlar atılıb. Buna baxmayaraq, Sərsəng-Tərtər hidroelektrik kompleksinin normal qaydada fəaliyyət göstərməsi üçün ən azı Tərtər sağ sahil magistral və ikinci dərəcəli kanallarının keçdiyi ərazilərin tam şəkildə azad edilməsi və minalardan təmizlənməsi tələb olunur. Bununla yanaşı, kompleksə texniki xidmətin göstərilmədiyini, avadanlıqların köhnəldiyini nəzərə alaraq, ilk növbədə, kompleksin texniki vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var. Mütəxəssislərin hesablamalarına görə, Sərsəng-Tərtər hidroelektrik kompleksinin bərpası və istifadəyə verilməsi Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının təxminən 60 min hektar ərazini su ilə təmin edəcək.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, son illər ərzində ölkəmizdə meliorasiya sahəsində mühüm layihələr həyata keçirilib. Eyni zamanda, Şəmkirçay və Taxtakörpü su anbarları tikilib, rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatı sahəsində işlər görülür. Bir sözlə, işğaldan azad edilən ərazilərin bərpası üçün Azərbaycan lazımi təcrübəyə və iqtisadi potensiala malikdir.
Qaşqay
Xəbər lenti
Hamısına baxSosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26

