Diasporla İş üzrə Dövlət Komitəsi bu gün KİV-lə əlaqələrini daha geniş spektrdə reallaşdırır
22.10.2020 [12:42]
Vəsilə Vahidqızı: “Hər gün yazılı və onlayn mediada xaricdə yaşayan azərbaycanlıların fəaliyyətilə bağlı müxtəlif xəbərlər dərc olunur”
(əvvəli ötən sayımızda)
Məlumat üçün bildirək ki, həmin mətbuat konfransında İsveç Azərbaycanlıları Koordinasiya Şurasını və bu ölkədəki müxtəlif Azərbaycan diaspor təşkilatlarını təmsil edən İradə Əliyeva, Abdulla Amir Həşimi Cavanşir, Nadir Hollenbrand, Teymur Eminbəyli, Gülüş Nemətova, Emin Eminbəyli, Rauf Səfərli, Səbinə İskəndərli, Türkan Cəfərzadə, Eluca Atalı jurnalistlərin Dağlıq Qarabağ problemi, bu mövzuda Avropada aparılan təbliğat, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı, həmin ərazilərdəki təbii sərvətlərin talanması ilə bağlı suallara cavab verib, bəyanatlar səsləndiriblər. Bəyanatlar həm mətbuat orqanlarına, həm də rəsmi qurumlara yönəldilib.
Soydaşlarımızın səsi bütün dünya mətbuatından gəlir
Qeyd olunduğu kimi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qınanılması, təxribatlarla bağlı məlumatların daha geniş kütləyə çatdırılması istiqamətində Azərbaycanın İsveçrədəki səfirliyinin təşkilatçılığı, “Azərbaycan-Türk Mədəniyyət Assosiasiyası”, “Azərbaycan Dostları Birliyi” və İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının dəstəyi ilə Soloturn və Sürix şəhərlərində tədbirlər təşkil edilib. Soloturn şəhərində baş tutan tədbirdə əvvəlcə səfirliyin diaspor nümayəndələrimiz üçün çağırışı səslənib. Çağırışda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması qeyd edilərək 30 ildir ki, aparılan danışıqlara Ermənistan tərəfindən ciddi zərbə vurulması diqqətə çatdırılıb, hazırda öz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ermənilərin təxribatına cavab olaraq döyüşlərin aparıldığı qeyd olunub. Bundan əlavə, bildirilib ki, indiki məqamda dünya azərbaycanlıları Ermənistan dövlətinin işğalçı siyasətinin ifşa edilməsi, erməni lobbisinin yalanlara söykənən fəaliyyətinin qarşısının alınması istiqamətində yaşadıqları ölkələrdə ciddi və məqsədyönlü işlər aparmalıdırlar.
Tədbirdə İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının rəhbəri Əkbər Gəncə, “Azərbaycan-Türk Mədəniyyət Assosiasiyası”nın rəhbəri Cevzet Aras, eləcə də türk diaspor nümayəndələri çıxış edərək Qarabağın əzəli və tarixi Azərbaycan torpağı olduğunu qeyd edib, tədbir iştirakçılarına ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımları barədə ətraflı məlumat verib, Ermənistanın xain hücumunu pisləyib və səfirin çağırışına uyğun olaraq İsveçrədəki həm Azərbaycan, həm də Türkiyə diaspor nümayəndələrinin fəal olmalarının vacibliyinə toxunublar. Eyni zamanda, çıxışlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev başda olmaqla xalqımıza dəstək nümayiş olunub, ordumuzun tezliklə qələbə qazanacağına əminlik ifadə edilib.
Yeri gəlmişkən, İsveçrə Konfederasiyasında yaşayan diaspor nümayəndələrimizin növbəti tədbiri Azərbaycan Dostları Birliyinin təşkilatçılığı ilə diasporumuzun sıx məskunlaşdığı şəhərlərdən biri olan Sürixdə baş tutub. Tədbir zamanı Arzu Bodmer də səfirliyin diaspor nümayəndələrimiz üçün çağırışını səsləndirib. Daha sonra cəbhə xəttindəki vəziyyət müzakirə edilib, hadisələrin İsveçrə dövlət qurumlarının diqqətinə çatdırılmasının vacibliyi, petisiyanın hazırlanması, diasporun bu çətin zamanda fəaliyyətinin və birliyinin önəmi və digər məsələlər müzakirə edilib. Qeyd edək ki, İsveçrədə türk diasporunun sayının çox olması nəzərə alınaraq geniş oxucu kütləsinə malik “Post Gazetesi”ndə səfir X.İbrahimovanın həmrəyliklə bağlı məqaləsi dərc olunub və münaqişə barədə geniş məlumat verilib.
Azərbaycan Ordusunun zəfər yürüşü ilə davam edən xalqımızın Vətən müharibəsi ilk gündən ərəb KİV-lərində də geniş işıqlandırılıb
Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı ilə başlayan və Azərbaycan Ordusunun zəfər yürüşü ilə davam edən xalqımızın Vətən müharibəsi ilk gündən ərəb KİV-lərində də geniş işıqlandırılıb. Müharibənin ilk günlərində Misir, İordaniya və Birləşmiş Ərəb Əmirliklərindəki diaspor təşkilatlarımız da həmin ölkələrin mətbuatında bəyanatlarla çıxış ediblər.
Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun bu ölkənin nüfuzlu “Almasryalyoum” nəşrində dərc edilmiş bəyanatında bəzi KİV-lərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin mübahisəli ərazi kimi təqdim edilməsinə münasibət bildirilib. Diaspor sədri Dağlıq Qarabağın mübahisəli ərazi deyil, bütün dünya tərəfindən hüquqi müstəvidə tanınan əzəli və əbədi Azərbaycan torpağı olduğunu bəyan edib. O, ərəb KİV-lərini, o cümlədən misirli jurnalistləri öz yazılarında bu mühüm detala diqqət yetirməyə çağırıb. Diaspor sədri vurğulayıb ki, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Dağlıq Qarabağ və ona bitişik rayonlardan çıxarılmasına dair sənədlərinə baxmayaraq, təcavüzkar ölkə 30 ilə yaxın müddətdə sülh danışıqlarından yalnız status-kvonu qoruyub saxlamaq üçün istifadə edib. O vurğulayıb ki, işğalçı ermənilərdən fərqli olaraq, qəhrəman Azərbaycan əsgəri öz doğma torpağında döyüşür və haqq işi uğrunda mübarizə apararaq böyük zəfərlər qazanır.
Misirin nüfuzlu “Şuruq” qəzetində Ermənistanın sülh danışıqlarına məhəl qoymaması, daim hərbi təxribatlara əl atması və status-kvonu saxlamağa çalışması ilə əlaqədar Azərbaycanın mövqeyi öz əksini tapıb.
Eyni zamanda Azərbaycanın ədalətli mövqeyi ilə bağlı misirli jurnalist və politoloqlar Məhəmməd Səlamə, Əhməd Əbdo Tərabik, Əbubəkir Əl Məcd, Əmirə Əbdülhəkim, Məhəmməd Rəfətin, iordaniyalı politoloq Ömər əl-Armutinin məqalələri yerli kütləvi informasiya vasitələrində dərc edilib.
(davamı növbəti sayımızda)
Fuad Hüseynzadə
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub
Xəbər lenti
Hamısına baxSosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49

