Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət Komissiyası: Ermənistan əsirlərin və saxlanılan şəxslərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təkliflərinə indiyədək cavab verməyib

Dövlət Komissiyası: Ermənistan əsirlərin və saxlanılan şəxslərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təkliflərinə indiyədək cavab verməyib

27.10.2020 [09:04]

Oktyabrın 10-da Moskvada humanitar atəşkəs razılığının əldə edildiyi vaxtdan etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyevin və digər səlahiyyətli şəxslərin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin başçısı ilə görüşlərində Azərbaycan Respublikasının həlak olmuş hər iki tərəfə aid hərbçilərin meyitlərinin qarşılıqlı mübadiləsinə, hətta erməni hərbçilərinin meyitlərinin bir hissəsinin birtərəfli qaydada geri qaytarmasına, eləcə də Azərbaycanda saxlanılan 2 erməni hərbçisinin və 2 mülki şəxsin qarşı tərəfdəki 2 azərbaycanlı girovla azad edilməsinə hazır olduğu bildirilib.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, eyni zamanda, Azərbaycan tərəfinin Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində qoyub getdiyi 85 yaşlı erməni qadının da birtərəfli qaydada azad edilməsinə hazır olduğu diqqətə çatdırılıb.
Qeyd olunanlara baxmayaraq, Ermənistan Respublikası əsirlərin və saxlanılan şəxslərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycan Respublikasının təkliflərinə indiyədək cavab verməyib.

Paylaş:
Baxılıb: 692 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30