Seçenov Universitetinin Bakı filialının rektoru dünyanın tibb universitetlərinə müraciət edib
30.10.2020 [09:02]
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (İ.M.Seçenov adına Birinci MDTU, Seçenov Universiteti) Bakı filialının rektoru, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş və boyun onkologiya sahəsində aparıcı mütəxəssis, professor Əziz Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi provokasiyalarının qarşısının alınması üçün görülən tədbirlər və bu sahədə yaranmış vəziyyət barədə MDB ölkələrinin və dünyanın tibb universitetlərinə müraciət edib.
Seçenov Universitetinin Bakı filialından AZƏRTAC-a verilən məlumata görə, müraciətdə deyilir:
“Hörmətli həmkarlar.
Son bir ay ərzində dünya ictimaiyyətinin diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəlib.
30 ildən artıq müddətdə davam edən bu münaqişə öz faciəviliyi ilə fərqlənir, onun nəticələri 10 milyonluq Azərbaycan xalqının taleyində ciddi izlər qoyub. 1990-cı illərin əvvəlində Ermənistan hərbi təcavüzə başlayaraq Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağı işğal edib, orada azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıb. Bununla kifayətlənməyən Ermənistan Azərbaycanın Dağlıq Qarabağa bitişik yeddi rayonunu da zəbt edib, ölkəmizin ərazisinin təqribən 20 faizi işğal altında qalıb. Bu təcavüz nəticəsində 1 milyon insan qaçqın və ya məcburi köçkün vəziyyətinə düşüb.
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir. Ötən illər ərzində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, habelə Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı kimi aparıcı beynəlxalq təşkilatların analoji qərarları qəbul edilib. Bu sənədlərdə erməni silahlı qüvvələrinin ölkəmizin işğal edilmiş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilir. Lakin Ermənistan qəbul edilmiş beynəlxalq normaları tanımaqdan və yerinə yetirməkdən bilərəkdən imtina edib və yenə imtina edir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2020-ci il oktyabrın 22-də “Valday” diskussiya klubunun 17-ci iclasındakı çıxışında qeyd edib ki, Azərbaycan ərazisinin xeyli hissəsinin itirilmiş olduğu vəziyyət əbədi davam edə bilməz.
ABŞ-ın NATO-dakı xüsusi nümayəndəsi Key Deyli Hatçinson 2020-ci il oktyabrın 21-də keçirilmiş xüsusi onlayn brifinqdə deyib: “...ABŞ kimi, Rusiya kimi NATO da Dağlıq Qarabağda münaqişəni dayandırmağa çalışır. Bu münaqişə 30 ildir ki, davam edir... Onu sərhədlər və suverenlik çərçivəsində nizamlamaq lazımdır”.
Ermənistan rəhbərliyi “Qarabağ Ermənistandır” şüarı ilə çıxış edərək danışıqlar prosesini ilbəil açıq-aydın pozur, hərçənd danışıqların mövzusu məhz Dağlıq Qarabağın statusu məsələsidir. Bundan sonra ermənilər daha hədələyici və açıq təcavüzə dəlalət edən “Yeni ərazilər uğrunda yeni müharibə” şüarını irəli sürüblər.
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının bu yaxınlarda keçirilmiş 75-ci sessiyasındakı çıxışında bütün bu məqamları konkret faktlara əsaslanaraq dünya birliyinin diqqətinə çatdırıb.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri qərəzli və məqsədyönlü şəkildə ağır artilleriya qurğularından istifadə etməklə bizim hərbi mövqelərimizi və ən dəhşətlisi - yaşayış məntəqələrini və dinc sakinləri atəşə tutmağa başlayıblar. Bu hərbi təcavüz Azərbaycanı BMT Nizamnaməsinə müvafiq olaraq özünümüdafiə hüququndan istifadə etməyə və əks-hücum əməliyyatı keçirməyə sövq edib.
Öz doğma torpaqları uğrunda və yalnız öz dövlətinin ərazisində vuruşan Azərbaycan Ordusunun uğurlu əks-hücumunu görən erməni tərəfi Azərbaycanın dinc şəhərlərini və kəndlərini şiddətli atəşə tutur, bu zaman beynəlxalq hüquq normalarına əsasən istifadəsi qadağan edilmiş kasetli bombalardan istifadə edir. Oktyabrın 11-də humanitar atəşkəs elan ediləndən sonra Azərbaycanın Gəncə şəhərinin və digər ərazilərinin raket atəşinə tutulması nəticəsində 63 nəfər dinc sakin həlak olub, aralarında uşaqların da olduğu 300-dən çox insan yaralanıb. Xüsusi qeyd etmək lazımdır ki, bu zərbələr Ermənistan ərazisindən endirilir. Ermənistan döyüş əməliyyatlarına üçüncü tərəfləri cəlb etmək üçün ölkəmizi cavab zərbəsi endirməyə təhrik edir.
Bu halda Ermənistan beynəlxalq normaları pozaraq xarici ölkələrdən muzdlu hərbçiləri cəlb edir və bundan əlavə, beynəlxalq arenada, o cümlədən sosial şəbəkələrdən geniş istifadə edilməklə Azərbaycana qarşı terror çağırışları yayır. Təcavüzkar bilərəkdən yalan, qeyri-mötəbər informasiyanı yaymaqla, dünya birliyinə yanlış məlumat verir, beləliklə, tammiqyaslı regional müharibəyə təhrik edir, üçüncü ölkələri bu müharibəyə cəlb etməyə çalışır, bütün regionu və bütövlükdə dünyanı böyük təhlükəyə məruz qoyur.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya və beynəlxalq xəbər agentliklərinə çoxsaylı müsahibələrində dəfələrlə bəyan edib ki, “...Diplomatik həll danışıqlar masası üzərindədir. Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri azad etməlidir. Azərbaycanlılar bu ərazilərə qayıtmalı, sonra isə ermənilərlə birlikdə yaşamalıdırlar. Azərbaycan ərazisində sülh şəraitində və layiqli yaşayan bütün digər xalqlar kimi həmin ermənilər də Azərbaycan vətəndaşlarıdır. Bizim mövqeyimiz belədir... Bu həll Azərbaycanın ərazi bütövlüyünə əsaslanır”.
Bizi başa düşdüyünüzə görə sizə əvvəlcədən təşəkkür edirəm və ümidvaram ki, siz insanların həyatının və sağlamlığının xilas edilməsi naminə bu məsələyə laqeyd qalmayacaqsınız.
Seçenov Universitetinin Bakı filialı dünyanın bütün universitetlərini, tibb müəssisələrini, habelə tibbi ictimaiyyəti qanunun aliliyinin möhkəmləndirilməsi, insan haqlarının və əsas azadlıqların müdafiəsi üzrə bizim çoxtərəfli səylərimizi, Azərbaycanın ədalətli mübarizəsini dəstəkləməyə çağırır!”
Müraciət aşağıda sadalanan universitetlərə göndərilib: İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (Seçenov Universiteti) Federal Dövlət Təhsil Müəssisəsi; “Harvard International Office”; “Johns Hopkins University”; “Yale University”; “Stanford University”; “University of California, Los Angeles”; “Imperial College of London”; “Karolinska Institute”; “University of Melbourne”; “University of Cambridge”; “University of Oxford”; “University of Illinois College of Medicine”; “Technical University of Munich (TUM)”; “Medical University of Vienna”; “Medical University of Warsaw”; “Medical University of Graz”; “Medical University of Silesia”; “Medical University of Lublin”; “International Medical School, University of Milan”; “University of Toronto Mississauga”; “McMaster University (Canada)”; “Kyoto University; University of Tokyo”; “Osaka University”; “University of Canberra”; “The University of Sydney”; Sankt-Peterburq Dövlət Universiteti; A.İ.Yevdokimov adına Moskva Dövlət Tibbi Stomatologiya Universiteti; İ.İ.Meçnikov adına Şimal-Qərb Dövlət Tibb Universiteti; Akademik İ.P.Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universiteti; Rusiya Xalqlar Dostluğu Universiteti; Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Kazan Dövlət Tibb Universiteti; N.İ.Piroqov adına Rusiya Milli Elmi-Tədqiqat Tibb Universiteti; Belarus Dövlət Tibb Universiteti; A.A.Boqomolets adına Milli Tibb Universiteti (MTU); Kiyev Tibb Universiteti; P.L.Şupik adına Milli Diplomdansonrakı Təhsil Tibb Akademiyası; S.D.Asfendiyarov adına Qazaxıstan Milli Tibb Universiteti; Astana Tibb Universiteti; Əbu Əli İbn-Sina adına Buxara Dövlət Tibb İnstitutu; Tbilisi Dövlət Tibb Universiteti (TDTU).
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

