Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə tədrisin təşkili ilə bağlı sualları cavablandırıb

Təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə tədrisin təşkili ilə bağlı sualları cavablandırıb

31.10.2020 [08:52]

Oktyabrın 30-da Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Qərarı ilə bağlı brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, brifinqdə çıxış edən Təhsil naziri Emin Əmrullayev Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı davam edən hərbi təcavüzünə toxunub, düşmən təcavüzü nəticəsində zərər dəymiş təhsil müəssisələri, həlak olan və yaralanan məktəblilər barədə danışıb. Təhsil naziri təəssüf hissi ilə bildirib ki, bu təcavüz nəticəsində son bir ayda 9 şagirdimiz həlak olub, 16 şagirdimiz yaralanıb, eləcə də 50-yə yaxın təhsil müəssisəsi müxtəlif dağıntılara məruz qalıb.

Emin Əmrullayev Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, noyabrın 2-dən bütün təhsil pillələri üzrə tədrisin distant qaydada təşkil olunacağını diqqətə çatdırıb və qeyd edib ki, distant təhsil mövcud durumdan çıxış yoludur. Distant təhsilin təminatı üçün müxtəlif onlayn platformaların fəaliyyətinə toxunan Təhsil naziri, həmçinin “Microsoft Teams”in Azərbaycan dilinə tərcümə edilmiş versiyasının artıq hazır olduğunu diqqətə çatdırıb. Eyni zamanda, həmin platformaların növbəti həftələrdə VPN olmadan işləyəcəyini bildirib.

Təhsil naziri qeyd edib ki, epidemioloji vəziyyət imkan verdiyi təqdirdə yaxın gələcəkdə mərhələlərlə əyani təhsil bərpa oluna bilər.

Paylaş:
Baxılıb: 1447 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30