COVID-19-u məğlub etmək üçün...
06.11.2020 [09:07]
Müəyyən olunmuş bütün qaydalara tam və ciddi əməl etməliyik
Hazırda koronavirus pandemiyası dünyanın bir nömrəli problemi olaraq qalmaqdadır. Bu gün dünya ölkələri pandemiyanın yeni dalğasını yaşayır və bir çox ölkələrdə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir. Çox təəssüflər olsun ki, son həftələr bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da COVID-19-a gündəlik yoluxma və ölüm halları artıb.
Məlum olduğu kimi, ölkəmizdə koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilir, yoluxma və sağalma halları arasında fərq artır. Pandemiyanın qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılıb.
Ekspertlər vətəndaşları vəziyyətin ciddiliyini nəzərə almağa və mövcud qaydalara əməl etməyə çağırırlar.
Pandemiya davam edir: vəziyyətin ciddiliyini nəzərə alaraq məsuliyyətli olmalıyıq
TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev bildirib ki, koronavirusun dünyada geniş vüsət almasını, respirator xəstəliklərin baş qaldırdığı dövrdə olduğumuzu nəzərə alaraq daha diqqətli olmalıyıq. Onun sözlərinə görə, bu dönəm hər birimiz üçün çox həssas bir dövrdür: “Özümüzü qorumasaq, müharibənin davam etdiyi dönəmdə əlavə problemlər yarana, hər hansı bir məsuliyyətsiz davranış ağır nəticələrə səbəb ola bilər. Ona görə də bütün vətəndaşlara qoruyucu vasitələrdən istifadə etməyi, sosial məsafəni gözləməyə, əl gigiyenasına əməl etməyi və daha da məsuliyyətli davranmalarını tövsiyə edirəm. Hər kəsi özünü və ön cəbhədə vuruşan qəhrəman oğulları düşünərək qorunma tədbirlərinə xüsusi diqqət yetirməyə çağırıram. Yaddan çıxarmamalıyıq ki, pandemiya hələ davam edir”.
Özümüzü koronavirusdan qorumaqla ön cəbhədə döyüşən hərbçilərimizi də xəstəlikdən müdafiə etmiş olarıq
“Hazırda işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusu tarix yazır. Qazanılan zəfərlər, ön cəbhədən gələn xoş xəbərlər, ordumuzun göstərdiyi qəhrəmanlıq hər bir azərbaycanlını sevindirir. Bütün bunlar isə bizi, eyni zamanda, COVID-19 pandemiyası ilə mübarizədə daha məsuliyyətli olmağa vadar edir. Çünki sağlamlığımızı qorunmaqla qəhrəman əsgərlərimizi, hərbçilərimizi də yeni növ koronavirus infeksiyasından müdafiə edirik”. Bu fikirləri isə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
O qeyd edib ki, son zamanlar xüsusi karantin rejiminin tələblərinə riayət olunmaması yoluxma sayının artmasına səbəb olub. Həkim-infeksionist bildirib ki, payız-qış mövsümündə respirator xəstəliklərin aktivləşmə dövrünü nəzərə alsaq, vətəndaşlar qaydalara etinasız yanaşmağa davam edərlərsə, yenidən yoluxma hallarının artması qaçılmaz olacaq: “Ona görə də bir daha vətəndaşları tam məsuliyyətli olmağa çağırıram. Bununla yanaşı, sıravi vətəndaşlar tez-tez cəbhə zonasına yollanır, hərbçilərimizə dəstək göstərirlər. Qaydalara əməl etməyən şəxslərin əsgərlərlə təmasda olması hərbi qulluqçularımızın sağlamlığı üçün təhlükə törədir. Hazırkı dövrdə xalqımızı koronavirusla mübarizədə də həmrəylik nümayiş etdirməyə səsləyirəm”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

