Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakıda Avropa Yəhudiləri Sinaqoqunda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib

Bakıda Avropa Yəhudiləri Sinaqoqunda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib

05.12.2020 [00:40]

Dekabrın 4-də Bakıda Avropa Yəhudiləri Sinaqoqunda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəmanlarımızın ruhu anılıb.

Azərbaycanın aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqalın iştirakı ilə dini ayinlər yerinə yetirilib, şəhidlərin ruhuna dualar oxunub.

Şneor Seqal bildirib ki, biz şəhidlərimizin xatirəsi üçün bugünkü ibadətlə kifayətlənməməliyik. O deyib: “Onlar bizə Qələbə bəxş etdilər, torpaqlarımızı işğaldan azad etdilər və biz oraya qayıda bilərik. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir şəhidin xatirəsi bizim üçün mühümdür”.

Öz növbəsində, icmanın rəhbəri Aleksandr Şarovski deyib: “Bu gün biz torpaqlarımızın azadlığı uğrunda həyatını qurban verən əsgərlərimizin xatirəsi qarşısında ailələrimizlə, yəhudi qardaşlarımızla birgə baş əyirik. Prezident İlham Əliyevin rəhbərliyi altında bizim rəşadətli ordumuz işğalçıları torpaqlarımızdan qovdu. Bütün ölkə Vətənimizin azadlığı uğrunda canından keçən övladlarımızın, oğullarımızın ruhu qarşısında baş əyir”.

Paylaş:
Baxılıb: 709 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30