/ / DQİDK sədri ABŞ radiosuna müsahibəsində Azərbaycanda pandemiya və müharibə dövründə dini ibadətlərin icrası barədə danışıb
DQİDK sədri ABŞ radiosuna müsahibəsində Azərbaycanda pandemiya və müharibə dövründə dini ibadətlərin icrası barədə danışıb
11.12.2020 [09:39]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ABŞ-da geniş auditoriyaya malik olan “John Batchelor Show” radio verilişinin rəhbəri Con Batçelora müsahibə verib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, M.Qurbanlı amerikalı jurnalistin pandemiya və müharibə dövründə dini konfessiyaların ibadətlərinin icrası, qaydalara riayət etməsi barədə suallarını cavablandırıb. Bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da yoluxucu xəstəliyin qarşısının alınması üçün mühüm addımlar atılır. Bu addımlar çərçivəsində dini məbədlər, ziyarətgahlar, məscidlər, kilsələr və sinaqoqlarda kütləvi dini ibadətlər dayandırılıb. Qafqaz Müsəlmanları İdarəsində bununla bağlı mütəmadi iclaslar keçirilərək dini icmaların COVID-19-un yayılmasının qarşısının alınması məqsədilə qoyulan tələblərə əməl etməsinin vacibliyi, eləcə də dini rəhbərlərin ibadətlərin qaydalara uyğun həyata keçirilməsi istiqamətində maarifləndirmə işində yaxından iştirakı barədə tövsiyələr verilir. Həmçinin Dövlət Komitəsi tərəfindən ölkəmizdə fəaliyyət göstərən bütün dini konfessiyaların rəhbərlərinin iştirakı ilə onlayn videokonfranslar vasitəsilə pandemiya şəraitində dini ibadətlərin məhdud çərçivədə həyata keçirilməsinin önəmi müzakirə olunur.
Ölkəmizdə müsəlmanlar Ramazan ayı mərasimlərini, Qurban bayramını, xristianlar Pasxa, yəhudilər Pesax və digər dinlərin mənsubları bayram və əlamətdar günləri ev şəraitində məhdud say ilə qeyd etdilər.
DQİDK sədri vurğulayıb ki, ölkəmizdə bu çətin günlərdə insanların mənəvi cəhətdən sıx birləşməsi müşahidə edilir. Yardımlaşma, maddi cəhətdən aztəminatlı ailələrin bu çətin günlərdə ehtiyaclarının qarşılanmasında dövlətimiz ilə yanaşı, ayrı-ayrı vətəndaşlar da yaxından iştirak edir. Bu yardımlaşma prosesində dini ibadət yerləri, dini icmalar, müxtəlif dini konfessiyaların nümayəndələri də yaxından dəstək verirlər.
Qeyd edək ki, “John Batchelor Show” proqramı dünyanın 100-dən artıq ölkəsində ingilisdilli auditoriya tərəfindən dinlənilir. Proqramın bir neçə milyonluq daimi dinləyici kütləsi var. Veriliş 200-dən artıq radio tərəfindən təkrar yayımlanır.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

