Baş gizir Rəşad Camalov: Fəxr edirəm ki, Qalib Ordunun hərbçisiyəm
17.12.2020 [09:27]
Xalqımız illərdir düşmənin işğalı altında olan torpaqlarımızı sülh yolu ilə azad etməyə çalışırdı. Ancaq mənfur düşmən dövlətimizin başçısının sülhsevər siyasətini qəbul etmir, qeyri-konstruktiv mövqe sərgiləyirdi. Eyni zamanda, işğalçılıq siyasətindən əl çəkməyən Ermənistan silahlı qüvvələri mütəmadi olaraq cəbhəboyu mövqe və yaşayış məntəqələrimizi atəşə tutmağa, təzyiq altında saxlamağa çalışırdı. Sentyabrın 27-də düşmənin həyata keçirdiyi növbəti genişmiqyaslı təxribatlar səbrimizin daşıran son damla oldu. Törədilən təxribatların qarşısını almaq məqsədilə Müzəffər Ali Baş Komandanımız tərəfindən əks-hücum əmri verildi. Biz bu əmri illərdir həsrətlə gözləyirdik.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş gizir Rəşad Camalov 44 günlük Vətən müharibəsində əldə olunan Böyük Qələbə ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Azərbaycan Ordusunun torpaqlarımızı azad etmək və ermənilərin xalqımıza qarşı illərlə törətdikləri vəhşiliklərin qisasını almaq eşqi ilə düşmən üzərinə ildırım kimi şığıdığını vurğulayan hərbi qulluqçu deyib: “Bizim qrupumuz da qarşıya qoyulan döyüş tapşırığının öhdəsindən gəlmək üçün Murov dağı yüksəkliyi və Kəlbəcər istiqamətində əks-hücum əməliyyatına başladı. Döyüşlərin ilk günündən etibarən düşmənin bir neçə hərbi təyinatlı obyektini, texnika və canlı qüvvəsini məhv etdik, onların torpaqlarımızda qurduqları mövqelərindən bir neçəsini ələ keçirdik. Ordumuzun qısa müddətdə bu qədər irəlilədiyini görən düşmən ciddi təşviş içində idi. Cəsur döyüşçülərimizin qarşısından qaçmaqdan başqa çıxış yolu tapa bilmirdilər. Düşmən bölmələri döyüş meydanında idarəçiliyi tamamilə itirərək mövqe, texnika və silah-sursatlarını ataraq qaçırdılar. Bunu gördükdə biz daha da ruhlanır, daha qətiyyətlə düşmən üzərinə irəliləyirdik. Döyüşlər zamanı yaralanmağıma baxmayaraq, fikrim yalnız şəhidlərimizin qisasını almaq və işğalçılığa son qoymaq idi. Şükürlər olsun ki, Zəfər Gününün sevincini yaşamaq mənə də nəsib oldu. Fəxr edirəm ki, Qalib Ordunun hərbçisiyəm”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34

