“Azərenerji” ilə ADA Universiteti əməkdaşlığı genişləndirir
12.01.2021 [09:31]
ADA Universiteti ilə “Azərenerji” ASC arasında 2019-cu ilin yanvar ayında imzalanmış anlaşma müqaviləsinə uyğun olaraq, elektrik mühəndisliyi sahəsini birgə inkişaf etdirmək ənənəsi və 2021-ci ildə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı ADA Universitetinin rektoru Hafiz Paşayevlə “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevin görüşü olub.
“Azərenerji”dən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətlərinin iştirakı ilə ASC-nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Kompleksində keçirilən görüşdə tərəflər arasında imzalanmış 2019-cu il müqaviləsinə görə 5 il ərzində 20 tələbənin elektrik və elektronika mühəndisliyi ixtisası üzrə ADA və xarici ölkələrdəki Corc Vaşinqton və digər beynəlxalq universitetlərin ikili diplomunu qazanmaq şərti ilə təhsil alması barədə davam edən prosesin vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
Daha sonra İtaliya-Azərbaycan universitetləri çərçivəsində həyata keçirdiyi əməkdaşlıqla bağlı ADA Universiteti tərəfindən və “Azərenerji” ASC-nin Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu tərəfindən hazırlanan təqdimatlar olub. Görüşdə energetika sahəsinin peşə təhsili üzrə inkişaf etdirilməsinin vacibliyi və bu barədə əməkdaşlığın aparılması ilə bağlı detallar müzakirə olunub. Bildirilib ki, hər il orta məktəbi bitirən lakin ali məktəblərə daxil ola bilməyən, o cümlədən 9-cu sinifdə məktəbdən ayrılan minlərlə gəncin elektroenergetika üzrə peşə təhsilinə cəlb edilməsi, onların yetişdirilməsi, bununla bağlı hərtərəfli təhsil kompleksinin yaradılması, həm ADA Universitetinin, həm də “Azərenerji”nin maraq dairəsində olan vacib məsələlərdir. Tərəflər yubanmadan bu peşə təhsili ilə bağlı birgə əməli işə keçməyin vacib olduğunu bildiriblər.
Görüşdən sonra ADA Universitetinin rektoru H.Paşayev ötən ilin aprel ayında yenidənqurmadan sonra istifadəyə verilən “Azərenerji” ASC-nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Kompleksindəki şəraitlə tanış olub, müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

