“myGov” portalının mobil tətbiqi istifadəyə verilib
11.02.2021 [09:06]
“myGov” elektron hökumət portalının mobil tətbiqi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan mobil tətbiqin məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha əlçatan olmasını təmin etmək, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi sürətləndirməkdir.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, artıq mobil telefonda da vətəndaşlar üçün tələbə-məzun məlumatları, ailə tərkibi, cərimələr, daşınmaz əmlak məlumatları, diplomlar, etibarnamələr, hərbi xidmət haqqında məlumatlar, iş yeri, məcburi köçkün statusu haqqında məlumatlar, qeydiyyatda olan nəqliyyat vasitələri, şəxsi məlumatlar, stasionar telefon məlumatları, sürücülük vəsiqəsi, ümumvətəndaşlıq pasportu və yaşayış yeri kimi məlumatlarla tanış olmaq “myGov” tətbiqi üzərindən mümkündür. Həmçinin bu məlumatların bəzisini arayış formasında mobil telefona yükləmək və aidiyyəti istiqamətdə istifadə etmək mümkündür.
“myGov” mobil tətbiqini həm “Android”, həm “IOS” əməliyyat sistemlərindən yükləmək mümkündür.
Portalda olduğu kimi mobil tətbiqdə sorğulanmış məlumatlarım xidməti mövcuddur ki, sizin məlumatlarınıza baxan banklar, təşkilatlar və s. qurumlar haqqında məlumat əldə edə bilərsiniz.
Hazırda “myGov”un 465 000-dən çox istifadəçisi vardır. “myGov” istifadəçiləri, həmçinin bura inteqrasiya olmuş bir çox qurumların və sistemlərin xidmətindən də yararlana bilirlər. Portalda qeydiyyatdan keçmək istəyən vətəndaşlar my.gov.az internet səhifəsinə daxil olaraq “Ana səhifə”də yerləşdirilmiş “Giriş qaydaları” ilə tanış ola bilərlər.
Qeyd edək ki, “myGov” elektron hökumət portalı ilkin olaraq “Beta” versiyada vətəndaşların istifadəsinə verilib. Qabaqlayıcı hökumət konsepti əsasında yaradılmış portalın əsas məqsədi təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdir.
“myGov” haqqında daha ətraflı videoda tanış olmaq mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

