Həyatın əvvəlki məcrasına qayıtması üçün peyvəndləmə zəruridir
12.02.2021 [09:04]
Mütəxəssislərin sözlərinə görə, Çinin “Sinovac” şirkətinin “CoronoVAC” vaksini təhlükəsiz və səmərəlidir
Artıq bütün dünyada yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası bir ilə yaxındır ki, bizim ölkəmizdə də mövcuddur. Hazırda ölkədəki epidemioloji vəziyyət nisbətən stabildir. COVID-19 infeksiyasına gündəlik yoluxma sayının düşməsi şübhəsiz ki, tətbiq edilən məhdudiyyətlərin və vətəndaşların qaydalara məsuliyyətli yanaşmasının nəticəsidir. Lakin bu, heç də arxayınlaşmağa səbəb olmamalı, mövcud vəziyyəti qoruyub saxlamaq üçün qaydalara riayət edilməlidir. Mütəxəssislər dünyada 100 milyondan artıq insanın yoluxmasına, 2 milyondan çox insanın ölümünə səbəb olan koronavirusun qarşısının yalnız vaksinasiya ilə alına biləcəyini deyirlər.
Vaksin vurulması həkim göstərişi və nəzarəti ilə həyata keçirilir
Məsələn, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev qəzetimizə açıqlamasında bildirib ki, son günlər infeksiyaya yoluxanların statistikasındakı sabitlik virusun aradan qalxması demək deyil: “İndinin özündə də xəstəxanalarda ağır xəstələr müalicə alır, təəssüf ki, onların arasında həyatını itirənlər də olur. Bu bir həqiqətdir ki, pandemiyanın tamamilə aradan qaldırılması üçün kütləvi immunitetin formalaşması lazımdır. Bunun üçün də ən əlverişli yol vaksinasiyadır. Ölkəmizdə vaksinasiya prosesinə ötən ayın 18-dən başlanılıb və mərhələli şəkildə həyata keçirilir. Özünü, ailəsini, ətrafdakıları qorumaq istəyən hər kəs könüllü şəkildə müraciət edərək peyvənd edilir. Peyvənd cəmiyyətimizin bu bəladan qurtulması və əvvəlki həyatımıza dönmək üçün yeganə ümid yeridir”.
Mütəxəssis vaksinasiyanın əks təsirləri barədə yayılan məlumatlara da münasibət bildirib: “Bəzən sosial mediada peyvəndlərin yan təsirləri ilə əlaqədar çaşdırıcı və həqiqətə uyğun olmayan məlumatlar yayılır. Lakin əslində vaksinlərin ciddi yan təsirləri deyilənlər qədər deyil. Ümumiyyətlə, vaksin vurulması həkim göstərişi və nəzarəti ilə həyata keçirilir. Vətəndaşlar könüllü peyvənd olunmaqla “Britaniya ştammı”na qarşı da qoruyuculuq əldə edə biləcəklər”.
“CoronoVAC” vaksini bir neçə ölkədə kliniki sınaqlardan keçirilib və mənfi təsiri aşkarlanmayıb
Azərbaycan Tibb Universitetinin Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova isə bildirib ki, vaksinlər mikroblardan, ya da onların həyat fəaliyyəti nəticəsində ifraz etdiyi maddələrdən hazırlanmış bioloji preparatlardır: “Bunları insan orqanizminə yeritdikdə həmin mikroba qarşı immunitet yaranır. Ona süni immunitet deyilir. Vaksinlər diri, zəiflədilmiş və öldürülmüş ola bilər. Hazırda bizim ölkədə tətbiq olunan vaksin öldürülmüş virusdur. Həmin virus vero adlanan hüceyrələrdə becərilir, onun kütləsi çoxaldılır, xüsusi üsullarla öldürülür. Müxtəlif maddələr əlavə edilərək stabilləşdirilir və bundan sonra vaksin kimi istifadə olunur”.
Mütəxəssis bir neçə qrup vaksin arasından Çin Xalq Respublikasının “Sinovac” şirkəti tərəfindən istehsal olunan vaksinin seçilməsini onun təhlükəsizliyi ilə əlaqələndirir: “Bu vaksinin seçimi TƏBİB-in Elmi Komitəsində və Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasında dəfələrlə müzakirə olunub. Tətbiqi üçün, ilk növbədə, vaksinin təhlükəsizliyi nəzərə alınmalıdır. Bu nöqteyi-nəzərdən inaktivləşdirilmiş peyvəndlər təhlükəsiz hesab olunur. İkinci parametri isə effektivliyidir. Yəni vaksin orqanizmə vurulduqdan sonra immunitet yaratmalıdır. Bu peyvəndlərin kifayət qədər immunitetyaratma qabiliyyəti var. Həmin parametrləri nəzərə alaraq ölkə rəhbərliyi Türkiyədə də geniş istifadə olunan bu vaksinin tətbiqinə qərar verdi. Bir çox ölkədə vaksinin əlçatmaz olmasına baxmayaraq, Azərbaycanda peyvəndləmə prosesinə vaxtında başlanılmasını insan sağlamlığının daim diqqətdə saxlanıldığının göstəricisi kimi qiymətləndirmək lazımdır”.
Məlumat üçün bildirək ki, nüfuzlu tibbi jurnal olan “The Lancet” də Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini haqqında geniş məqalə dərc edilib. “CoronoVac” vaksininin COVID-19 əleyhinə inaktivasiya edilmiş peyvənd olduğu bildirilən məqalədə deyilir ki, COVID-19-a yoluxma riski yüksək olan 60 yaş və daha yuxarı şəxslərin bu vaksinə daha çox ehtiyacı var. Bu vaksin qeyd edilən yaş qruplarında olan şəxslərin təhlükəsizliyinin, dözümlülüyünün və immunogenliyinin artırılması üçün istifadə edilir.
Onu da qeyd edək ki, “CoronoVac” vaksini Türkiyədən alınan məlumatlara görə, 91,25 faiz hallarda təsirli olub. Ən başlıcası odur ki, peyvənd vurulması COVID-19 xəstəliyinin ağır formada keçməsi və ölüm hallarının qarşısını 100 faizə yaxın alıb.
Ümid edirik ki, vaksinasiya prosesi tam başa çatandan sonra bir ildir ki, qorxulu kabus kimi bəşəriyyətin başı üstünü almış COVID-19 təhlükəsi sovuşacaq və həyat əvvəlki məcrasına qayıdacaq. Bunun üçün yeganə yol hamının peyvənd edilməsindən keçir.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

