“Azərbaycan üzrə 2021-2025-ci illər üçün yeni Ölkə Proqramı”nın müzakirəsi keçirilib
08.04.2021 [08:43]
Aprelin 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Edvard Karvardinlə görüşüb.
AQUPDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı “Azərbaycan üzrə 2021-2025-ci illər üçün yeni Ölkə Proqramı”nın müzakirəsi keçirilib.
Görüş təşəbbüsünə görə təşəkkürünü bildirən Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, döyüşlərin getdiyi dövrdə keçirilən görüşlərdə narahatlıqla müharibənin çətinlikləri haqqında danışırdıqsa, bu gün Qələbədən doğan qürur hissi ilə böyük quruculuq işlərinin həyata keçirildiyi ərəfədəyik. “Siz də bütün baş verən bu hadisələrə biganə qalmadınız, belə hadisələrdən əziyyət çəkən uşaqların hansı bəlalarla üz-üzə gəldiyinin canlı şahidi oldunuz. Beynəlxalq təşkilatın nümayəndələri olaraq vaxtaşırı işğaldan azad edilmiş ərazilərə gedirsiniz və hər şeyi öz gözlərinizlə görürsünüz. Münaqişədən əziyyət çəkən uşaqlarla əlaqədar olaraq BMT-nin Uşaq Fondu, Dövlət Komitəsi və ictimai təşkilatlarla birgə həyata keçirilən tədbirlər, xüsusilə zərərçəkənlərin qiymətləndirilməsi və onlarla aparılan psixososial işi xüsusi vurğulamaq istərdim. Pandemiya və hərbi vəziyyət dövründə yüksəksəviyyəli əməkdaşlıq nümayiş etdirdiniz və əminəm ki, bundan sonrakı birgə fəaliyyətimiz də bu qaydada davam edəcəkdir”, - deyə komitə sədri vurğulayıb.
Müharibədən sonrakı dönəmdə əsas məqsədin sülh və dayanıqlılığı təmin etmək, müharibədən zərər çəkən insanların, qadın və uşaqların problemlərinin sürətli şəkildə həll edilməsi olduğunu deyən komitə sədri bildirib ki, bizim borcumuz həmin insanların həyat və rifahını yaxşılaşdırmaqdır. İşğaldan azad edilmiş torpaqlarda insanların yaşayışı üçün şəraitin təmin edilməsinə daha artıq zaman, məsrəf və güc tələb olunur. Çünki indi hər qarış torpağa basdırılan minalar ərazilərimizdən qovulan Ermənistan qoşunlarından qat-qat artıq təhlükə yaradır. Bu, Ermənistan tərəfindən təcavüzün davam etdirilməsinə və vətəndaşlarımızın bu əraziyə qaytarılması üçün həyata keçiriləcək bərpa və quruculuq işlərinin əngəllənməsinə yönəlib.
Son 6 ayın Azərbaycan üçün tarixi bir dövr olduğunu bildirən Edvard Karvardin növbəti 5 il ərzində görüləcək fəaliyyətlərlə əlaqədar ölkə üzrə yeni proqramın qəbul edildiyini diqqətə çatdırıb. Ötən il qəbul olunmuş Uşaq Strategiyası və Milli Fəaliyyət Planı haqqında fikirlərini bölüşən BMT rəsmisi deyib ki, UNICEF fəaliyyət planında qeyd edilən məsələlərlə bağlı prosesə texniki dəstək verməyə hazırdır. Təşkilat konkret olaraq planın icrasına, onun monitorinqi ilə əlaqədar bütün aidiyyəti qurumlarla əməkdaşlığa önəm verir. O, bu fəaliyyət planının digər dövlətlərdə də uşaqlar üçün vacib olan perspektivli fəaliyyətin standartı kimi çıxış edəcəyinə inandığını vurğulayıb. Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) irəli gələn məsələlərlə bağlı üzərinə birmənalı olaraq aydın öhdəliklər götürdüyünü vurğulayan BMT rəsmisi bildirib ki, adıçəkilən sənədlər DİM-lə uzlaşır.
Proqramda əhatə olunan məsələlər haqqında məlumatları diqqətə çatdıran E.Karvardin bildirib ki, bu gün vacib məsələlərdən biri də ictimaiyyətin diqqətini erkən uşaqlıq dövründə uşaq inkişafına və pozitiv valideynlik məsələsinə yönəltməkdir. Eyni zamanda, regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin xidmətlərinin daha da inkişafı, yeni imkanların tətbiqi də mühüm əhəmiyyət kəsb edir. O vurğulayıb ki, müharibədən sonrakı mərhələdə zərərçəkmiş uşaqlara psixososial işin gücləndirilməsi və daha da genişləndirilməsi, eləcə də pandemiyanın yaratdığı fəsadlar səbəbindən cəmiyyətdə artan mənfi halların qarşısının alınmasında dəstəyin göstərilməsi də nəzərdə tutulan məsələlər sırasındadır.
Bir sıra ölkələrdə uşaqlar üçün münasib icmanın formalaşması modelinin mövcud olduğunu qeyd edən E.Karvardin işğaldan azad olunmuş Azərbaycan ərazilərində də uşaq və gənclər üçün uyğun mühitin yaradılması ilə bağlı hazırladığı konseptual sənədi tanış olması və qiymətləndirməsi üçün Bahar Muradovaya təqdim edib.
Komitə sədri təkliflər paketi ilə çıxış etdiyinə görə E.Karvardinə təşəkkürünü bildirib, yaxın gələcəkdə görüləcək işləri yüksək qiymətləndirərək, Komitənin üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu vurğulayıb. Zorakılıq və intihar hadisələri ilə bağlı yayımlanan informasiyaların daha çox təşviqetmə və yönləndirmə xarakteri daşıdığına diqqət çəkən komitə sədri nəticədə zəncirvari silsilə hadisələrin baş verdiyini və bunun qarşısını almaq üçün birgə çağırışlarla ictimaiyyətə müraciət etməyin faydalı olacağını bildirib.
Görüş “Azərbaycan üzrə 2021-2025-ci illər üçün yeni Ölkə Proqramı”ndan irəli gələn məsələlər istiqamətində görüləcək tədbirlərin müzakirəsi ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22

