Ulu Öndər Heydər Əliyev “Yeni Azərbaycan”a həmişə böyük qayğı ilə yanaşırdı
10.04.2021 [09:26]
Quş qanadlı illər tez keçdi. Artıq sevimli “Yeni Azərbaycan” qəzetinin ilk nömrəsinin işıq üzü görməsindən 28 il ötür. Belə əlamətdar tarix ərəfəsində o günlərə qısa ekskurs etmək yerinə düşər. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirildi və bu tarixdən etibarən partiyamız Ulu Öndər Heydər Əliyevin liderliyi ilə siyasi fəaliyyət meydanına daxil oldu. O dövrdə müxalifətdə olan YAP-ın ayrıca nəşri yox idi və bu da yeni yaradılan partiyanın fəaliyyətinin təbliğində bir boşluq yaradırdı. Yaxşı xatırlayıram, təsis konfransından sonra Heydər Əliyev Bakıya gəlmişdi və partiya üzvləri ilə görüş keçirirdi. Görüşün sonunda partiyanın qəzetinin yaradılması barədə müzakirələr oldu. Aparılan müzakirələr nəticəsində qəzetin “Yeni Azərbaycan” adlandırılması ilə bağlı razılığa gəlindi. Bir qədər sonra - 1993-cü il martın 26-da bir qrup partiya fəalı ilə Naxçıvanda Heydər Əliyevin yanında olarkən Ulu Öndər məni qəzetin baş redaktoru təyin etdiyini bildirdi. Ulu Öndər Özünün dəyərli tövsiyələrini də verdi, həmçinin qəzetin nəşrini təşkil etməyi, Nizamnaməsini hazırlamağı tapşırdı, sonra da əlavə etdi ki, aprelin 10-dək qəzetin ilk sayı işıq üzü görməlidir. Mən iş yerinin, kollektivin, maddi-texniki bazanın olmadığını dilə gətirib bunun mümkünsüz olduğunu əsaslandırmaq istəyəndə Ulu Öndər elə belə də dedi: “Xeyrəddin Qoca, bürokrat olma, get, qəzeti burax!”.
Bakıya qayıdandan sonra ciddi işə başladıq, partiyanın dəstəyi ilə qəzetin Nizamnaməsini hazırladıq, ilk nömrədə yer alacaq materialları müəyyənləşdirdik. Beləliklə, 1993-cü il aprelin 10-da - Ulu Öndərimizin dediyi gündə “Yeni Azərbaycan”ın ilk sayı çap olundu.
“Yeni Azərbaycan”ın ilk sayında Ulu Öndərin təbrikini də dərc etmişdik. Baş redaktor kimi mənim sevincimin həddi-hüdudu yox idi. Artıq mən Ulu Öndərimizin parlaq ideyalarını təbliğ etmək üçün qadağasız-filansız bir tribuna qazanmışdım. Əlbəttə, o dövrdə qəzet buraxmağın özünəməxsus çətinlikləri var idi - nə gizlədim, bəzən kağız qıtlığına, maddi vəsait çatışmazlığına görə qəzetin çapının dövrəliliyi pozulurdu. Ancaq Heydər Əliyev tez maraqlanıb lazımi kömək göstərirdi. Onun nəzərindən heç nə yayınmırdı. O, “Yeni Azərbaycan”ın kollektivinə böyük qayğı ilə yanaşırdı.
Ötən 28 ildə “Yeni Azərbaycan” YAP-ın etibarlı ruporu kimi uğurla fəaliyyət göstərib və ətrafında geniş auditoriya toplamağı bacarıb. Tam yəqinliklə deyə bilərik ki, 28 il ərzində “Yeni Azərbaycan”ın özünəməxsus siması formalaşıb və qəzet bugünkü KİV bolluğunda öz dəsti-xətti ilə seçilir. Qəzetin peşəkar kollektivi Ulu Öndərimizin ideyalarının, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin səmərəli təbliğinə peşəkarlıqla nail olur.
“Yeni Azərbaycan”ın 28 yaşının tamam olması münasibətilə qəzetin bütün əməkdaşlarını ürəkdən təbrik edirəm, onlara öz mübarizələrində yeni-yeni uğurlar arzulayıram. Qələminiz hər zaman kəsərli olsun, dostlar!
Xeyrəddin Qoca,
Yazıçı
Xəbər lenti
Hamısına baxGündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54

