/ / Tofiq Cahangirov: Şənlik mərasimlərinin keçirilməsinə icazə verilməsi əhalidə arxayınlıq yaratmamalıdır
Tofiq Cahangirov: Şənlik mərasimlərinin keçirilməsinə icazə verilməsi əhalidə arxayınlıq yaratmamalıdır
24.06.2021 [09:18]
“Azərbaycanda koronavirus pandemiyasının ilk günlərindən ona qarşı mübarizə istiqamətində hərtərəfli tədbirlər görülüb. Koronavirusla mübarizədə effektiv və zəruri addımların ardıcıllıqla həyata keçirilməsi bu gün ölkəmizdə yoluxma sayının nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə səbəb olub”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə rəhbəri Tofiq Cahangirov qəzetimizə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkədə sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, mərhələli şəkildə karantin rejimində yumşalmalar aparılır: “Bir müddət əvvəl metronun, ticarət mərkəzlərinin, idman zallarının və s. açılması ilə bağlı qərar verildi. Koronovirusa yoluxma sayında müsbət dinamika və sanitar-epidemioloji vəziyyətin sabitliyə doğru inkişaf etməsi səbəbindən iyulun 1-dən etibarən Azərbaycanda şənlik mərasimlərinin keçirilməsinə icazə veriləcək. Sevindirici haldır ki, iyuldan etibarən vətəndaşlarımız toy, nişan, ad günü mərasimləri təşkil edə biləcəklər”.
Tofiq Cahangirov bildirib ki, şənlik mərasimlərinin keçirilməsinə icazə verilməsi əhalidə arxayınlıq yaratmamalıdır: “Çünki dünyada pandemiya şəraiti davam edir. Koronavirusun tamamilə aradan qalxıb-qalxmayacağı ilə bağlı suallar hələ də açıq qalmaqdadır. Digər tərəfdən, mütəxəssislər payızda koronavirusun dördüncü dalğasının baş verəcəyini də proqnozlaşdırırlar. Ona görə də arxayınlaşmaq olmaz. İlk növbədə, ölkədə mövcud karantin qaydalarına hamılıqla əməl edilməlidir. Vaksin vurdurmayan vətəndaşlar müvafiq qaydada müraciət edib, öz sağlamlıqlarını sığortalamalıdırlar. Eyni zamanda, vətəndaşlarımız şənlik mərasimlərinin keçirilməsi üçün müəyyən olunan qaydalara ciddi əməl etməlidirlər. Unutmaq olmaz ki, koronavirus ümumbəşəri bəladır və onunla mübarizədə hər bir vətəndaşın dəstəyi, hər bir fərdin özünün və digərlərinin sağlamlığının qeydinə qalması vacib əhəmiyyətə malikdir”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

