Tofiq Cahangirov: ÜST tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri Azərbaycanda əlçatandır
01.07.2021 [09:33]
“Koronavirusun Delta plus ştammı ilk dəfə Hindistanda 2020-ci ilin sonunda aşkar olunsa da, sürətlə yayılaraq 80-a yaxın ölkədə aşkar edilib. Azərbaycanda bu sahədə vaxtında aparılmış əks-epidemik tədbirlər sayəsində bu cür yolxucu ştammların yayılmasının qarşısı alınıb”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə rəhbəri, professor Tofiq Cahangirov qəzetimizə açıqlamasında deyib.
Onun sözlərinə görə, Delta ştammı Britaniya ştammı ilə müqayisədə daha sürətli yolxuculuq qabiliyyətinə malikdir: “Dünya alimlərinin fikrincə, Delta plus ştammının yoluxdurma əmsalı Britaniya ştammının yoluxdurma əmsalından 40 faiz çoxdur. Delta plusun bu cür güclü yoluxdurma qabiliyyətini koronavirusun çıxıntışəkilli zülalındakı baş verən mutasiya nəticəsində insan bədəninin hüceyrəsinin ACE2 reseptoru ilə daha asan şəkildə birləşməsi ilə əlaqələndirirlər. Bu ştamma yoluxmuş insanlarda daha çox baş ağrısı, boğaz ağrısı, burun axması və temperaturun yüksəlməsi kimi şikayətlər müşahidə edilir, öskürək və iybilmənin itməsinə isə çox nadir hallarda təsadüf oluna bilər. Həmçinin Delta ştammına yoluxanlarda ağırlaşma və hospitalizasiya halları Britaniya və digər ştammlar ilə müqayisədə olduqca yüksəkdir ki, bu da öz növbəsində, səhiyyə sistemləri üçün çoxsaylı ölüm və misilsiz çətinliklərə səbəb ola bilər”.
Tofiq Cahangirovun sözlərinə görə, mütəxəssislər indiyədək olduğu kimi, yeni virus ştammlarından qorunmaq məqsədilə sosial məsafə, təmasların azaldılması və gigiyena tədbirlərini gözləməyi tövsiyə edirlər: “Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, hazırda təsdiqlənmiş və ya hazırlanmaqda olan COVID-19 peyvəndləri yeni virus variantlarına qarşı qorumanı təmin edir, buna görə də virusdakı dəyişikliklər və ya mutasiyalar vaksinasiya prosesini təsirsiz hala gətirməməlidir. Bu peyvəndlərdən hər hansı birinin bir və ya bir neçə varianta qarşı daha az təsirli olduğunu sübut edən elmi dəlillər aşkar edildiyi təqdirdə, bu variantlardan qorunmaq üçün peyvəndlərin tərkibini dəyişdirmək mümkün olacaq. Azərbaycanda immunoprofilaktika sahəsində dövlət siyasəti COVID-19 kimi yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilib. Ölkəmizdə vaksin ehtiyatları kifayət həcmdə toplanıb və geniş vaksin seçimi imkanları yaradılıb, ÜST tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri Azərbaycanda əlçatandır”.
“Sevindirici haldır ki, əhalinin COVID-19 əleyhinə vaksinasiya prosesi də müvafiq səhiyyə müəssələrində yüksək səviyyədə təşkil olunub. Digər ölkələrlə müqayisədə Azərbaycanda COVID-19-a bağlı yoluxma və ölüm sayı yüksək deyildir. Lakin bu fakt vətəndaşlarımızın arxayınlaşmasına əsas verməməlidir. Belə ki, pandemiya tam aradan qaldırılmadığı üçün müvafiq əks-epidemik qaydalara riayət olunması çox vacibdir”, - deyə professor vurğulayıb.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

