/ / Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində qlobal təşəbbüsləri dünya ictimaiyyəti tərəfindən alqışlanır
Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində qlobal təşəbbüsləri dünya ictimaiyyəti tərəfindən alqışlanır
18.07.2021 [09:47]
Öz siyasətini daim milli maraqlar və meydana çıxan yeni qlobal çağırışlar əsasında quran Azərbaycan dövləti yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə çərçivəsində də mühüm addımları ilə seçilir. Ölkəmizin təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantıları və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyası keçirilib. Azərbaycanın pandemiyaya qarşı beynəlxalq həmrəyliyin möhkəmləndirilməsinə yönələn səylərindən biri isə dünya miqyasında vaksinlərin ədalətli şəkildə bölüşdürülməsi ilə bağlıdır. Azərbaycan bəhs olunan problemin həlli məqsədilə bu ilin martında Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunub. Yeri gəlmişkən, Azərbaycan dövləti Özbəkistandakı səfirliyimizin və UNICEF-in bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə COVAX proqramı çərçivəsində Özbəkistana 50 min doza “AstraZanesa” vaksini hədiyyə edib. Bununla yanaşı, Azərbaycan COVAX proqramı çərçivəsində humanitar yardım kimi Qırğızıstana da 40 min doza “AstraZaneca” vaksini göndərib.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Azər Badamov bildirib ki, dünyada koronavirusun yeni mutasiyalarının yayılmasının genişləndiyi bir dövrdə pandemiyaya son qoymağın yeganə çıxış yolu kütləvi vaksinləşmədən keçir. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev COVID-19 infeksiyası ilə qlobal mübarizənin aparılması üçün səfərbər olmağa çağırışlar edir. A.Badamov Azərbaycanın COVAX platforması çərçivəsində Özbəkistana 50 min doza, Qırğızıstana 40 min doza “AstraZeneca” vaksini yardım etməsinin dünya ictimaiyyəti, o cümlədən UNİCEF tərəfindən alqışlandığını dilə gətirib: “Dünyada çoxlu ölkələr var ki, müxtəlif səbəblərdən vaksin əldə edə bilmirlər. Həmçinin inkişaf etmiş ölkələr arasında öz təlabatından dəfələrlə çox vaksin idxal edənlər var. Belə ölkələr başa düşməlidirlər ki, biz eyni yer kürəsində yaşayırıq. Pandemiyaya birtərəfli qalib gəlmək qeyri-mümkündür. Ona görə də iqtisadi imkanları yaxşı olan və öz təlabatından artıq vaksin idxal etmiş ölkələr peyvənd əldə edə bilməyən dövlətlərə yardım göstərməlidirlər. Azərbaycan isə belə ölkələr üçün nümunədir. Azərbaycanın beynəlxalq təşəbbüsləri ÜST tərəfindən də yüksək dəyərləndirilir. Bu, ölkəmizin müsbət beynəlxalq imicini daha da gücləndirir”.
Milli Məclisin deputatı Kamilə Əliyeva isə Azərbaycanın dünyada humanitar missiya icra edən dövlət kimi böyük rəğbət qazandığını diqqətə çatdırıb. Millət vəkili bildirib ki, COVID-19-la mübarizə çərçivəsində ölkəmiz Qoşulmama Hərəkatına üzv dövlətlər də daxil olmaqla 30-dan çox ölkəyə yardım edib: “Ölkəmiz COVID-19-a qarşı beynəlxalq mübarizədə mühüm addımları ilə seçilib. Azərbaycan üzv olduğu beynəlxalq qurumlarda üzv dövlətlərə də çox diqqətlə yanaşır. Azərbaycan hər zaman dünyada koronavirusla mübarizədə “peyvənd millətçiliyi”nə qarşı çıxışlar edib. Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından ölkələr arasında peyvəndlərin bərabər bölünməsinin təmin edilməsi üçün qətnamə irəli sürüb. 2021-ci ilin martında bu qətnamə yekdilliklə qəbul edilib. Bununla da Azərbaycan bir daha bərabərliyin, ədalətin tərəfdarı olduğunu bütün dünyaya nümayiş etdirib”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59

