/ / Müqəddəs Qurban bayramı əsrlərboyu müsəlmanların həmrəyliyinə və mənəvi cəhətdən saflaşmasına xidmət edib
Müqəddəs Qurban bayramı əsrlərboyu müsəlmanların həmrəyliyinə və mənəvi cəhətdən saflaşmasına xidmət edib
21.07.2021 [10:09]
Əsrlərdir ayrı-ayrı xalqların və müxtəlif dinlərə mənsub olanların mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında dini dəyərlərin müstəsna rolu olub. Belə ki, hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin mühafizəsinə və sosial yardımlaşmanın təntənəsinə çevrilir. Bu baxımdan insanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından hesab olunur.
Vurğulamaq yerinə düşər ki, Qurban bayramı müsəlmanların yaşadıqları bütün ölkələrdə qeyd olunur. Bu bayram ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd edilir. İslam dini dəyərlərinin uca tutulduğu Azərbaycanda dövlət səviyyəsində qeyd olunan Qurban bayramı milli-mənəvi dəyərlərə sadiqliyin və xeyirxahlığın təcəssümüdür.
Onu da qeyd edək ki, Azərbaycan xalqı tarixinin ən çətin dövrlərində belə, İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalaraq Qurban bayramını qeyd edib. Məlumdur ki, 70 illik sovet rejimi dövründə insanların zehnindən dinin sıxışdırılıb çıxarılması məqsədilə dini ayinlər, bayramlar tənqid hədəfi olub. Buna baxmayaraq, Azərbaycan xalqı daim dini bayramlarını qeyd etməkdən, dini ənənələri yaşatmaqdan və gələcək nəsillərə ötürməkdən çəkinməyib. Bunun nəticəsidir ki, Azərbaycan İslam mədəniyyətinin inkişafına ən çox töhfə verən ölkələrdən biridir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra milli-mənəvi və onun tərkib hissəsi olan dini dəyərlərimizin qorunması istiqamətində çox əhəmiyyətli addımlar atılıb.
Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli-mənəvi dəyərlərimizə qayğı siyasəti son 18 ildə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Belə ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci il respublikamızda "İslam Həmrəyliyi İli" elan olunub. Son illərdə ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının yüksəksəviyyəli tədbirlərinə, dünya dini liderlərinin Zirvə görüşlərinə, İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etməsi müsəlman aləmində qarşılıqlı anlaşmanın dərinləşməsinə öz müsbət təsirini göstərib.
Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu il Azərbaycanda Qurban bayramı tamamilə başqa ovqatda qeyd edilir. Belə ki, ötən illərdə növbəti bayramı işğal altında olan torpaqlarımızda qeyd etməyi arzulayırdıqsa, bu il Qurban bayramını torpaqlarını işğaldan azad edən qalib xalq kimi qarşılayırıq. Heç şübhəsiz, möhtəşəm Qələbəni bizə bəxş edən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edirik.
Beləliklə, Qurban bayramının Azərbaycan xalqı və bütün müsəlman aləmi üçün dəyəri olduqca yüksəkdir. Çünki qeyd etdiyimiz kimi, Qurban bayramı xeyirxahlığın, bərabərliyin rəmzi olmaqla yanaşı, həm də insanları həmrəyliyə və humanizmə dəvət edir. Məhz bu baxımdan, müqəddəs Qurban bayramı əsrlərboyu müsəlmanların həmrəyliyinə və mənəvi cəhətdən saflaşmasına xidmət edib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22

