/ / Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi Qrupunun üzvləri Ağdama səfər ediblər
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi Qrupunun üzvləri Ağdama səfər ediblər
30.07.2021 [08:55]
İyulun 29-da Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupunun üzvləri Ağdamda səfərdə olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İşçi Qrupunun üzvləri, əvvəlcə Ağdam şəhərindəki İmarət kompleksinə gəliblər. Bildirilib ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın yaşayış evi, xan karvansarayı, xan hamamı, at tövləsi, cıdır yeri və axur olub. İmarət ərazisində xanın ailə üzvlərinin türbə və qəbirüstü abidələri mövcuddur. Lakin Ağdam şəhəri işğal olunandan sonra Pənahəli xanın sarayı və qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar. İşğal olunan ərazilərdəki məscidlər, məzarlıqlar kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.
Ağdamdakı bütün tarixi abidələr, o cümlədən İmarət kompleksi bərpa olunacaq. Bununla bağlı mütəxəssislərin iştirakı ilə müzakirələr aparılıb, müvafiq qeydlər götürülüb.
Arxeoloqların, memarların da daxil olduğu işçi qrupunun üzvləri sonra Ağdam Cümə məscidinə baxış keçiriblər. 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilən məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində də heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı nifrətlərini nümayiş etdiriblər.
İşçi Qrupu səfər çərçivəsində Ağdam Dram Teatrının binasının yerləşdiyi əraziyə, XIX əsrə aid Ağdam hamamına, Şahbulaq qalasına, Qiyaslı məscidinə və orta tunc dövrünə aid Üzərliktəpə yaşayış məskəninə baxış keçirib, müvafiq qeydiyyat işləri aparılıb.
İdarələrarası Mərkəzin Elm, təhsil, mədəniyyət məsələləri üzrə İşçi Qrupunun rəhbəri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva jurnalistlərə müsahibəsində bildirib ki, Ağdama səfərdən məqsəd vəziyyətlə yerində tanış olmaqdır. İşçi Qrupunun tərkibində alimlər, mütəxəssislər və rəsmi şəxslər var. Dövlətimizin başçısı Ağdamın bərpasının təməl daşını qoyub. Ağdamın böyük gələcəyi var. Ancaq Ağdamın çox gözəl tarixi, keçmişi olub. Onun gələcəyində bu keçmiş də yaşamalıdır. Prezidentin göstərişinə uyğun olaraq artıq layihələr üzərində işə başlanılıb. Ağdamda bərpası və yenidən qurulması mümkün olan abidələrə baxış keçirilir. Gördüklərimizdən sarsılsaq da, xoşbəxtik ki, belə tarixi məqamda belə tarixi məkandayıq. Ermənilər “yenilməz orduları” olduqlarını iddia edirdilər. Ancaq Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu yenilməzliyin nə olduğunu göstərdi. Bizim xalqın quruculuq işində də yenilməzlik ruhu var. Biz onu Ağdamın bərpası zamanı göstərəcəyik.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42

