Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Aygün Mahmudova: Yüksək bal toplayacağıma tam əmin idim

Aygün Mahmudova: Yüksək bal toplayacağıma tam əmin idim

31.07.2021 [09:02]

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə 14-15 iyul 2021-ci il tarixlərində keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərin sayı açıqlanıb.

Onlardan biri də 323 saylı orta məktəbin məzunu Aygün Mahmudovadır. Aygün bildirib ki, yüksək bal toplayacağına tam əmin idi: “Ümumilikdə, 657 bal toplamışam. Hazırlıqlarımın pandemiya dövrünə təsadüf etməsi hər abituriyent kimi mənə də çətinlik yaratdı. Ənənəvi formada dərslərdə iştirak edə bilmədik, dərslər distant şəkildə keçirildi. Təbii ki, bu, fənlərin mənimsənilməsinə bir qədər əngəl törətdi. Amma prosesi başa çatdıra bildik. İmtahan həyəcanı, demək olar ki, yox idi. Sualları düzgün cavablandırmaq imkanları abituriyentin bilik səviyyəsindən asılı olaraq dəyişir. Yəni suallar kimə görə asan, kimə görə isə çətin ola bilər”.

Onun sözlərinə görə, ən böyük dəstəkçisi valideynləri və müəllimləri olub: “Atam polis, anam isə evdar qadındır. Bu ərəfədə ailəmin dəstəyini çox hiss etdim. Psixoloji cəhətdən tam hazır idim. Hansı nəticəni əldə edəcəyimdən asılı olmayaraq, mənə inandıqları və dəstək olduqları üçün müəllimlərimə və ailəmə çox təşəkkür edirəm. Sınaqlarda yüksək nəticə topladığım zaman çox sevinirdilər. Bu da mənə stimul verirdi. Aysberqin görünən tərəfi 657 baldırsa, görünməyən tərəfi müəllim və valideynlərimin əməyidir”.

“Həyatda mümkünsüz deyə bir şey yoxdur. Bu uğur genetika, yaxud şans məsələsi deyil. Bizim ailədə heç vaxt yüksək bal toplayan olmayıb. Abituriyentlərə məsləhət görərdim ki, qarşılarına məqsəd qoysunlar. Çox çalışmaqla yüksək bal toplaya bilərlər”, - deyə Aygün Mahmudova söyləyib.

MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 663 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31