Əqidə şəhidinə münasibət niyə belə olmalıdır?
14.09.2021 [09:46]
Xatirə lövhələrinin vahid formatı olmalıdırmı?
Adətən, məşhur dövlət, elm, incəsənət xadimlərinin, o cümlədən şəhid və qəhrəmanların xatirəsini əbədiləşdirmək üçün barelyef və xatirə lövhələri vurulur. İnkişaf etmiş ölkələrdə binaların üzərində quraşdırılmış barelyeflərə baxdıqca onların arasında maddi baxımdan hər hansı fərq qoymaq olmur. Ölkəmizdə də məşhurların vaxtilə yaşadıqları binalarının qarşısında xatirə lövhələrini görmək mümkündür. Xatirə lövhələrinin və barelyeflərin üzərinə, adətən, şəxsin adı, soyadı, titulu və həmin binada yaşaması ilə bağlı qısa məlumatlar həkk olunur. Amma bizdə məşhurların xatirəsinin əbədiləşdirilməsinə də bir qədər fərqli rakursdan yanaşılır. Və təəssüf ki, bu fərqlilik həm məşhurun statusuna, həm də arxitektura sahəsində uzlaşma prinsipinə xələl yetirir.
Yadlaşdırılan akademik Heydər Hüseynov
Fikir versəniz görərsiniz ki, belə xatirə lövhələri ya çox böyük və dəbdəbəli, ya da daha sadə və kiçikölçülü olur. Məsələn, İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti 1 saylı binanın üzərindəki barelyeflər və xatirə lövhələri kimi. Burada vurulan xatirə lövhələrindən dövlət xadimi Şəmsi Rəhimov, Xalq şairi Mirvarid Dilbazi, generallar Hüseyn Rəsulbəyov və Akim Abbasovun barelyefləri ilə yanaşı, filosof, ictimai xadim və akademik Heydər Hüseynovun da mərmərdən hazırlanmış lövhəsi nəzərimizdən qaçmadı. Digərlərindən fərqli olaraq, akademikin xatirəsini əbədiləşdirmək üçün qoyulan lövhənin daha kiçik, üzəri divar boyası ilə boyanıb məhv edilmiş, solğun və bir növ miskin formada görmək ürəkağrıdıcı idi. Ümummilli Lider Heydər Əliyev Heydər Hüseynovu əqidə şəhidi adlandırmışdır. Azərbaycan tarix və fəlsəfə elminin inkişafına böyük töhfələr vermiş, Azərbaycan tərcümə məktəbinin əsasını qoyanlardan, ilk Azərbaycan-rus və rus-Azərbaycan lüğətinin redaktorlarından biri olmuş Heydər Hüseynovun xatirəsinə hörmətsizlik deyil bəs nədir? Bu lövhə filosofun xatirəsini əbədiləşdirmək üçün ya “yadlaşdırmaq” üçün qoyulub?
Kimin atası, babası zəngindirsə....
Əfsuslar olsun ki, bəzən bu məsələdə şəxsi təşəbbüs göstərib səlahiyyətindən və statusundan istifadə edib ata və babası üçün daha dəbdəbəli xatirə lövhələri qoyduranlar da var. Bu zaman belə bir sual yaranır. Barelyef və xatirə lövhələrinin ölçü meyarı necə olmalıdır? Hansı standart və normativlərə görə qoyulmalıdır? Məgər kimin daha çox büdcəsi və şöhrəti varsa, o öz yaxını üçün istədiyi ölçüdə və dəbdəbədə xatirə lövhəsi hazırlatdıra bilər?
Bakı Şəhər İcra Hakimiyyəti məsuliyyəti boynundan atır
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Metin Hüseynov ilə əlaqə saxladıq. Qurumun rəsmisinin sözlərinə görə, barelyefin həcminin müəyyənləşdirilməsi onların səlahiyyətində olan məsələ deyil: “Biz icraçı orqan olaraq ölçü standartlarını müəyyən etmirik. Bununla bağlı Nazirlər Kabineti qərar qəbul edir. Bizə ünvanlanan müvafiq tapşırıqla həmin barelyefləri quraşdırırıq”.
Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsi ilə əlaqə qurmaq nəsib olmasa da NK-nın Tikinti, şəhərsalma və Kommenal təsərrüfat şəbəsinin müdiri Feyruz Mustafayevlə danışmaq şansını qazana bilmədik.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinə də eyni sualla müraciət etmişik. İş günün bitməsinə az müddət qalıb, amma komitədən hələ də cavab ala bilməmişik.
Sənətşünas rəyi daha önəmlidir
Dövlət Rəsm Qalereyasının əməkdaşı Həmidə Süleymanova isə bildirib ki, barelyef və xatirə lövhələri standart ölçülərdə olmalı və şəhərin memarlığına xələl gətirməməlidir: “Heykəltaraşlığın bir növü olan barelyefin standart ölçüsü olmalıdır. Burada heykəltaraşlar ətraf mühitin və şəhərin memarlığına xələl gətirməmək üçün memar və sənətşünaslarla birgə işləməlidirlər. Bir sözlə, barelyef və xatirə lövhələri memarlığın ümumi konsepsiyasına cavab verməlidir. Hətta yaxşı olardı ki, sənət işinə heykəltaraşın adı da qeyd olunsun. Həm yerli, həm xarici turistlər üçün daha faydalı və məlumatlı olar”.
Gəldiyimiz nəticə isə belə oldu. Hər halda tarixi binaların üzərində görkəmli şəxslər üçün xatirə lövhələrinin və barelyeflərin qoyulması müsbət addımdır. Lakin hər birinə eyni yanaşmalı və Azərbaycanın tarixində iz qoymuş bu dahi şəxslərin xatirəsini yad etməliyik, onları yadlaşdırmamalıyıq.
P.S. Bu gün açdığımız problemli mövzu ilə bağlı araşdırmalarımız davam edir və təəssüf ki, məsələnin həll yolları hələ də açıq olaraq qalır. Milli Məclis, Mədəniyyət Nazirliyi və digər əlaqədar qurumların toxunmaq istəmədikləri bu məsələ ilə bağlı açıqlamalarını çox yəqin ki, yaxın günlərdə oxucularımıza çatdıracağıq.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

