Yollarda şütüyən ölüm
24.09.2021 [15:37]
2-3 min manatlıq “Əzrayıl” 13 can aldı
Bir məşhur mahnıda deyildiyi kimi, Sahil bağı aşıb-daşır.... Amma sevənlərlə, gülüb danışan adamlarla deyil, mopedlərlə. Hər səhər işə gələrkən bağın girişində parklanmış saysız-hesabsız mopedi görəndə ağlımdan, ilk növbədə həmin melodiya keçir. Bağın içi ilə keçib, iş yerimə gəlirəm və nəqliyyatın hərəkətinin qadağan edilmiş, insanların istirahəti üçün nəzərdə tutulmuş, azyaşlı uşaqların qaçdı-tutdu oynadığı bu bağda moped sürənlər hərəkətə başlayırlar. Elə rahat və arxayın gedirlər ki, sanki bu, belə də olmalıdır. Bir qədər sonra küçələrdə hərəkət sıxlaşmağa və intensivləşməyə başlayanda mopedlər avtomobillərin arası ilə sürüşüb sağa-sola hərəkət edir, ətrafdakılara da özlərinə də təhlükə yaradırlar. Nə qırmızı işıq bilirlər, nə də yaşıl işıq. Tıxacda sıxılıb qalan sürücülər bəzən onlara həsədlə baxsalar da, aydınca görünür ki, sürət həddini gözləməyən, çox zaman yol hərəkəti qaydalarından xəbərsiz mopedlərin xam sürücüləri həm öz həyatları ilə, həm də başqalarının həyatı ilə “çilingağac” oynayırlar. Çox zaman az maaşlı kuryer işlərinə 15-16 yaşlı yeniyetmələr cəlb olunur. İş sahibi sifarişləri tez çatdırsın deyə, həmin yeniyetmələrə velosiped, moped verilir, bütün sifarişlərə göndərilirlər. Bu gənclərin təhlükəsizliyinə nə zəmanət verən olur, nə də maraqlanan.
Mopedlər motosikletlərdən fərqli olaraq dövlət nömrə nişanı ilə təchiz olunmur. Ya da onları idarə edənlərin sürücülük vəsiqəsinə ehtiyacı qalmır. Çünki belə tələb yoxdur. Bu da əməlli-başlı xaos, özbaşınalıq yaradır. Belə çıxır ki, kimin 2-3 min manat pulu var, ayağını yerdən qaldırsın deyə moped alıb düşəcək yollara... Əzrayılın metal cildinə girmiş mopedlərlə bağlı problemlərin çözülməsinin vaxtı gəlib və hətta keçib. Çünki indi küçələrə mopedlərə də alternativ olan müxtəlif bir və ya ikitəkərli skuterlar çıxır. Üstəlik, onların sürücüləri müxtəlif yaş qruplarındandır. Aralarında azyaşlılar da var, böyüklər də. Nə sükanı, nə də əyləci olmayan bu qəribə qurğularla avtomobil yollarına çıxanlar nə qədər böyük təhlükə yaratdıqlarının fərqində deyillər.
Yola çıxan peşəkar sürücü belə, onunla eyni yolu bölüşən həmkarının peşəkarlıq səviyyəsindən bixəbərdir. Prospektlə hərəkət edən avtomobilin sürücüsü qəfildən yanında peyda olub, vıyıltı ilə ötən mopedləri görəndə, onda çaşqınlıq yaranır. Bu çaşqınlıq isə kiminsə həyatına son qoya bilər. Avtoqəzalar üzrə aylıq statistikada belə halların sayı onlarladır...
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, mopedlərin hərəkəti yol haqqında qanunla tənzimlənir. Əslində, velosiped və moped kimi nəqliyyat vasitələrinin hərəkəti üçün ayrıca zolaq olmalıdır: “50 kub. sm-dən aşağı mühərrikə malik nəqliyyat vasitələri üçün vəsiqə tələbi yoxdur. Küçə və prospektlərimizdə avtomobillərdən çox velosipedçilər, moped və motosiklet sürücüləri təhlükəli vəziyyət yaradırlar. Tətbiq olunan cərimələr cüzi şəkildədir. Ötən il Azərbaycanda yol hərəkəti qaydalarını pozmuş 13 velosipedçi həlak olub. Moped sürücüləri üçün işıqforun qırmızı işığı anlayışı sanki mövcud deyil. Digər yol hərəkəti iştirakçıları kimi onlar da məsuliyyətə cəlb olunmalıdırlar ki, daha ehtiyatlı, daha təmkinli davransınlar, başqalarının həyatı üçün təhlükə yaratmasınlar”.
Paytaxtdakı kafe və restoranların paketçi və kuryerləri velosiped, mopedlərdən istifadə edirlər. Pozduqları kobud qayda pozuntuları, ilk növbədə öz həyatlarını təhlükəyə atır, hansısa sürücünün onun səhvi ucbatından böyük problemlərlə üzləşməsinə səbəb olurlar.
DİN-nin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə qəzetimizə sözügedən problemlə bağlı sevindirici xəbər verdi - Tezliklə moped sürücülərindən sürücülük vəsiqəsi tələb olunacaq: “Ümumiyyətlə, təkcə bizdə yox, bütün dünyada motosikletlərdən fərqli olaraq mopedlərə dövlət nömrə nişanı verilmir. Aparılan təhlillər göstərir ki, mopedlər avtomobillərin hərəkətinin sıx olduğu küçə və prospektlərdə yol hərəkəti zamanı ciddi problemlər yaradırlar. Yol hərəkəti qaydalarını tənzimləyən polis əməkdaşları çalışırlar ki, maarifləndirmə işlərini gücləndirsinlər. Həm velosiped və moped sürücüləri ilə, həm də küçələrə velosipedli, mopedli kuryerlər göndərən kafe-restoran sahibləri ilə maarifləndirici söhbətlər aparılır, müvafiq tədbirlər görülür. Hazırda bu məsələ ilə əlaqədar təkliflər paketi hazırlanır. Yaxın gələcəkdə, kiçikhəcmli motorlu mopedlər, elektrovelosipedlər üçün qeydiyyat nişanı tələb olunacaq. Moped sürücülərinin A1 sürücülük vəsiqəsi alması lazım gələcək”, - deyə o, bildirib.
Bu addımın atılması vacibdir, əks halda xaos sona çatmayacaq. Ərəblərin avtomobillər barəsində “ucuz ölüm” ifadəsi işlətməsini eşitmişdim, indi paytaxt küçələrində ölüm mələkləri rolunda “yeni sürücülər” çıxış edirlər. Hərəkət qaydalarını bilməyən, harasa tələsən, sürəti artırdıqca özlərinin və başqalarının ömründən kəsən mopedlər...
Bu dəfə qanunlar elə tərtib edilməlidir ki, onlar bu qanunların yanından da qırmızı işıqda olduğu kimi şütüyüb keçə bilməsinlər.
İ.Loğman
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

