“Peyvənd millətçiliyi”nə YOX!
24.11.2021 [10:25]
Azərbaycan “peyvənd millətçiliyi”nə qarşı fəal mübarizə aparır
Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT-də qəbul olunan sənəd bu tipli problemlərin aradan qaldırılmasına xidmət edir
Bu günlərdə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Qətnamədə digər məsələlərlə yanaşı, COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində həyata keçirilmiş bir sıra əhəmiyyətli qlobal təşəbbüslər, o cümlədən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-4-də keçirilmiş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası alqışlanır. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında COVID-19 əleyhinə peyvəndlərin bölgüsündə mövcud olan bərabərsizlikdən ciddi narahatlıq ifadə edilir və bunun Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əngəl törədən başlıca amillərdən olduğu vurğulanır.
Qətnamənin əhəmiyyəti ilə bağlı qəzetimizə açıqlama verən Səhiyyə Nazirliyinin Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının nəzarət üzrə mütəxəssisi Pərvanə Vəliyeva bildirib ki, Azərbaycanın koronavirusla mübarizədə 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları etməsi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə ayırması, bu yaxınlarda dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim etməsi ölkəmizin dünya birliyinin məsuliyyətli və etibarlı üzvü olmasını, pandemiyaya qarşı mübarizədə nə qədər ardıcıl, humanist, müfəssəl bir siyasət yeritdiyini göstərir.
Ekspert qeyd edib ki, bəzi ölkələr tərəfindən davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur: “Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınıb, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələr tərəfindən realizə edilib. Bu gün COVID-19 pandemiyasından əziyyət çəkən dünyada vaksinlərin ədalətli bölüşdürülməsi ilə bağlı problem qalmaqdadır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT-də qəbul olunan sənəd məhz bu tipli problemlərin aradan qaldırılmasına xidmət edir”.
P.Vəliyeva söyləyib ki, Azərbaycan hökuməti pandemiyanın ilk günlərindən əhalinin qorunması və koronavirusun mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirir: “Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndləmə kampaniyasına başlayıb. Hər 100 nəfərə istifadə edilmiş vaksin dozalarının həcmi 80 faizdən artıqdır. Vurulan ümumi vaksin sayı 10 milyonu keçib, 1-ci doza vaksin 5 milyon şəxsə, ikinci doza isə 4.5 milyon şəxsə tətbiq edilib. Pandemiya ilə mübarizə çərçivəsində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə fəaliyyət göstərir. Vaksinasiya prosesinin optimallaşması məqsədilə Bakı şəhərində proses Səhiyyə Nazirliyi, Abşeron, Sumqayıt şəhərləri və ölkəmizin regionlarında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən həyata keçirilir. Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb və ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb. Pandemiya ilə mübarizə sahəsində Azərbaycanın səyləri beynəlxalq səviyyədə də yüksək qəbul edilib. Bütün görülən işlərin nəticəsi olaraq 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22

