Alqış Həsənoğlu: Medianın özünün sərhədlərinin delimitasiyasına ehtiyac var
20.12.2021 [16:06]
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasında "Media haqqında” yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Hərtərəfli əsaslandırma nəticəsində hazırlanan yeni qanun layihəsi artıq geniş müzakirələr üçün təqdim olunub. Azərbaycanda çap mediasının, internet televiziyalarının və elektron medianın fəaliyyətinin tənzimlənməsini nəzərdə tutan bu qanun layihəsinin müzakirəsi media mənsubları arasında kifayət qədər rezonansa səbəb oldu. Razı qalanlar da var, narazılıq edənlər də. Hər kəs, təbii ki, öz fikrini əsaslandırmağa çalışır və bu, normal haldır. Qanun hansı zərurətdən yaranıb və ona hansı ümidlər bəsləyək?
Suallarımıza “Yeni Azərbayan” qəzetinin baş redaktoru Alqış Həsənoğludan cavab almaq istədik.
“Ölkədə islahatlar kursu elan edilib. Qarabağ problemini həll etmişik. Və təbii olaraq, indi cəmiyyətimizdən yeni dövrə və şərtlərə uyğun təşkilatlanma tələb olunur. Bu təşkilatlanma prosesi həm də cəmiyyəti yenidən testdən keçirmək, mənfi və müsbət tərəfləimizi ayırd etmək deməkdir. Hazırda sirr deyil ki, bizim cəmiyyətin ən zəif nöqtələrindən biri mediadır. Halbuki media cəmiyyətin lokomotivi, yenilənmənin bayraqdarı rolunu oynamalıdır. Etiraf etməliyik ki, mətbuatımızın ciddi problemləri var,- deyə baş redaktor bildirib. “Mətbuata münasibətdə ictimai etimad zədələnib. 10-20 il öncə medianın arxasında dayanan o ictimai etimad mühiti artıq yoxdur. Bunun da müxtəlif səbəbləri var. Səbəblərdən biri media haqqında qanunun köhnəlməsidir. Media haqqında qanun 1999-cu ildə qəbul olunub. 22 il keçib və təbii ki, bu müddət ərzində baş verən çoxlu sayda dəyişikliklərlə bu qanun ayaqlaşa bilmir. Digər tərəfdən, media anlayışının sərhədləri dəyişib, sosial şəbəkələr artıq medianı çətin vəziyyətə salır və cəmiyyətin əsas informasiya mənbəyinə çevrilməkdədir. Bu mənada hesab edirəm ki, medianın özünün sosial şəbəkələrlə müxtəlif blogerlərlə sərhədlərinin delimitasiyasına ehtiyac var. İnformasiya məkanımız sosial şəbəkələrin təzyiqi altındadır. Əvvəllər sosial şəbəkələrə qarşı soyuqluq var idi. Bir çox dövlət məmurları, sadə vətəndaşlar sosial şəbəkələrdən çəkinirdilər. Lakin indi kütləvi şəkildə sosial şəbəkələrə axın eləmişik. Sosial şəbəkələr çox zaman rəsmi məlumatları qabaqlayır, bu mənada cəmiyyət, sosial şəbəkələrin təsiri altındayıq və onun arxasınca sürünürük. Bu da təbii ki, TV və mediaların işini küncə sıxışdırır. Yeni bir qanuna ehtiyac var. Sosial şəbəkələrlə gerçək medianın sərhədləri müəyyənləşdirilməlidir. Dövlətlə media arasında elçilik edə biləcək qanun layihəsinə ehtiyac duyulurdu. Əslində hakimiyyətlə media arasında hansısa vasitəçi olmamalıdır. Vaxtilə belə qurumlar yaradılıb. Təbii ki, zamanında buna ehtiyac olub. Gerçək, istədiyimiz medianı qurmaq üçün hakimiyyətlə mətbuat arasındakı münasibətləri mükəmməl qanun layihəsi tənzimləməlidir. Bu baxımdan hesab edirəm ki, qanun layihəsinə ehtiyac var”. Alqış Həsənoğlu qeyd etdi ki, qanun layihəsinin qəbul edilməsi ilə iş bitmir. “Təkcə qanun qəbul etməklə problemlər öz həllini tapmış sayılmaz. Biz özümüz hələ bütövlükdə peşəkar cəmiyyətə çevrilə bilməmişik. Mənim fikrim mübahisəli görünə bilər. Hesab edirəm ki, cəmiyyətimizin özü hələ həvəskar cəmiyyətdir və bu həvəskarlıq qanun layihəsinin müzakirəsində də özünü büruzə verdi. Ona görə, qanun qəbulu ilə hər şey bitmiş hesab olunmur. Qanunun mətnində media savadlılığı haqqında bənd var. Fikrimcə, media savadlılığı deyil, media peşəkarlığı yazılsaydı, daha düzgün olardı. Peşəkarlıq ilə isə bağlı ciddi problemlərimiz mövcuddur. İlk növbədə, media peşəkarlığı deyiləndə onun düzgün informasiyanı hansı mənbələrdən almaq bacarığı başa düşülür. Fikrimi belə izah edim - 1 il öncə, Vətən müharibəsindəki qələbəmizdən sonra demək olar bütün xəbər saytları durmadan belə bir məlumatı tirajladılar. Guya Türkiyə Prezidenti cənab Ərdoğan öz ad gününü 26 fevralda, Xocalıda qeyd edəcəyini bəyan edib. Bu uzun müddət müzakirə olundu, hətta siyasi partiya rəhbərlərinin bəziləri belə bu fikirlərə inanıb, dilə gətirdilər. Lakin media peşəkarlığı olsaydı, aydın olardı ki, Ərdoğan kimi yüksək əxlaqlı, özünün və dövlətinin imicini hər zaman yüksək tutan bir insan bizim soyqırım günümüzdə ad günü keçirmək barədə düşünməz, heç vaxt belə bir fikri dilə gətirməz. Digər tərəfdən, o belə bir fikir səsləndirmiş olsaydı, ciddi mənbələr bunu yayardılar. Buna rəğmən, biz uzun müddət bu barədə danışdıq, amma araşdırmadıq. Baş redaktor media haqqında qanun layihəsinin demək olar ki, bütün redaksiyaları əhatə edən kopyalama, beyin oğurluğu kimi faktlardan sığortalayacağına ümid etdiyini qeyd edib. “Mən mətbuatı ciddi şəkildə izləyirəm və bu gün izlədiyim mətbuatda məni ən çox narahat edən məsələ baş alıb gedən plagiatdır. Jurnalsitin işi beyin əməyidir, onun yazıları yaradıcılığının, təxəyyülünün məhsuludur, intellektual mülkiyyətidir. Lakin buna bir nəzarət edən yoxdur, kim kimin yazısını istəyir, götürüb başqasının adıyla istifadə edir. İlk baxışda çox zərərsiz kimi görünsə də, əslində daha ağır nəticələrə, hətta cinayət işinə qədər aparıb çıxara bilər. Bu baxımdan da tənzimlənməyə, yeni qanun layihəsinə böyük ehtiyac var”.
Alqış Həsənoğlu Media Reyestrinin yaradılması ətrafında gedən söhbətlərə də münasibət bildirib. “Hansı redaksiya , sərbəst yaradıcılıqla məşğul olan həmkarımız istəsə, reyestrdən kecə bilər, istəməsə, bu məcburi deyil , sərbəst fəaliyyətini davam etdirə bilər, vahid jurnalist bankı yaratmaq istəyində hansısa problem görünməməlidir. Bir çoxları hesab edirlər ki, media reyestri məsələsi reket jurnalistikasının qarşısını alacaq. Reyketçilik varsa, o deməkdir ki, yerində olmayan məmur var və bu termin mediaya kənardan müdaxilələr nəticəsində yaranmış termindir. Reketçilik yalnız mətbuatın yox, ümumilikdə cəmiyyətin problemidir. Reketçiliyi həvəsləndirən mənbələr ləğv olmalıdır, bu da yalnız mətbuatdan asılı məsələ deyil”.
İlhamə Rəsulova
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

