Fəlsəfə doktoru, yoxsa elmlər doktoru?
03.02.2022 [09:59]
Təhsil eksperti düşünür ki, ikipilləli müdafiə sistemindən imtina etmək lazımdır
Nurlan
Müasir dövrdə dünyada elmi fəaliyyətə dəstək üçün müxtəlif təşviq tədbirləri həyata keçirilir, həmçinin süni əngəllər aradan qaldırılır. Xüsusilə də, elmi dərəcə almaq üçün şərtlər sadələşdirilir, dissertant və ya doktorantın həm zaman, həm də enerji itkisinə səbəb olacaq bəzi texniki prosedurlar ləğv edilir. Mütəxəssislər qeyd edirlər ki, müxtəlif sahələrdə mütərəqqi beynəlxalq təcrübəni tətbiq edən Azərbaycanda da oxşar addımlar atmağa ehtiyac var.
Müzakirə olunan məsələlərdən biri də elmi dərəcə almaq üçün ikipilləli (fəlsəfə doktoru və elmlər doktoru) müdafiə sisteminin lüzumsuz olmasıdır. Təhsil ekspertlərinin sözlərinə görə, birpilləli müdafiə sisteminin tətbiq olunması məqbuldur. Elmi dərəcə alan şəxs - alim bundan sonra vaxtını növbəti müdafiə üçün dissertasiya işi hazırlamağa, arxivlərdə material axtarmağa, elmi rəhbər və opponentlərə rəy təsdiq etdirməyə, sənəd yığmağa (imzalatdırmağa, möhürlətməyə və s.) sərf etməkdənsə, araşdırmalar apararaq yeni elmi yaradıcılıq nümunələri ərsəyə gətirə, elmi-pedaqoji fəaliyyətinin səmərəliliyini artıra bilər.
Elmi dərəcə almaq istəyən şəxslər müxtəlif bürokratik maneələrlə üzləşirlər
Təhsil eksperti Elçin Əfəndi “Yeni Azərbaycan”a açıqlamasında qeyd etdi ki, ümumiyyətlə, elmi dərəcə almaq istəyən şəxslər müxtəlif bürokratik maneələrlə üzləşirlər: “Tədqiqat işi ilə əlaqədar uzun müddət araşdırma aparmalarına baxmayaraq, nəticədə bəzi süni əngəllər səbəbindən elmi dərəcə ala bilmirlər. Məsələn, araşdırma apararaq dissertasiya işi hazırlamaqla yanaşı, xarici dildən imtahan verilməsi, məqalələrin xaricdə çap olunması kimi tələblər həmin şəxslərin işi sona çatdırmasına, yəni elmi dərəcə almasına mane olur. Belə hallar isə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri almaq istəyən şəxslərin sayında ciddi azalmaya səbəb olur. Son illərin statistikası da bu reallığı təsdiqləyir. Digər tərəfdən, bir sıra şəxslər son zamanlar elmi dərəcə almaq üçün xaricə üz tuturlar. Bunun da səbəbi müxtəlif süni və bürokratik əngəllərlə üzləşməmək istəyidir”.
Hər bir universitetin özü elmi dərəcə vermək hüququna malik olmalıdır
Təhsil eksperti vurğuladı ki, bu sahədə qabaqcıl təcrübənin tətbiq olunmasına, Sovet ənənələrindən uzaqlaşmağa ehtiyac var: “Hər bir universitetin özü elmi dərəcə vermək hüququna malik olmalıdır. ABŞ-da, Avropa ölkələrində, qardaş Türkiyədə belə model və təcrübə tətbiq olunur. İkili müdafiə sistemindən imtina etmək lazımdır. Ya fəlsəfə doktoru, ya da elmlər doktoru dərəcəsi verməklə işi və proseduru asanlaşdırmaq, elmi fəaliyyətin səmərəliliyini artırmaq olar. Şərt deyil ki, filologiya, fəlsəfə və digər sahələr üzrə fəlsəfə doktoru və ya elmlər doktoru adlandırılsın. Sadəcə, elmi dərəcə fəlsəfə doktoru və elmlər doktoru deyə təsnif oluna bilər. Qeyd etdiyim kimi, Avropa modeli və qardaş Türkiyə nümunəsi bu təcrübənin effektivliyini göstərir”.
SSRİ dövründən qalmış bəzi ənənələri aradan qaldırmaq lazımdır
“Ona görə də elmi dərəcələrin verilməsi ilə bağlı ciddi dəyişikliklərə və islahatlara ehtiyac var. Müdafiə etmək istəyənlərə motivasiya lazımdır, onları elmdən çəkindirəcək vəziyyət yaratmaq olmaz. Bəzən “sən gəncsən, müdafiə etmək, elmi dərəcə almaq üçün tezdir” prinsipi ilə yanaşırlar, elmi fəaliyyətlə məşğul olan şəxsin bu sahədən uzaqlaşmasına səbəb olurlar. Başqa bir məqam: dissertasiya işinin hazırlanmasında elmi rəhbərlər, demək olar ki, heç bir rol oynamırlar, dəstək və yardım göstərmirlər. Bu da SSRİ dövründən qalmış ənənədir, hələ də postsovet ölkələrində hökm sürür. Belə hallar müvafiq qurumlar üçün SOS olmalıdır, çünki artıq həyəcan siqnalı çalınır”,-deyən təhsil ekspertinin sözlərinə görə, müstəqil tədqiqat işi ilə məşğul olanları da stimullaşdırmaq lazımdır. Çünki elmi fəaliyyəti təkcə dissertasiya müdafiə edərək dərəcə almaqla məhdudlaşdırmaq olmaz.
P.S. Mövzunu davam etdirəcəyik.
Xəbər lenti
Hamısına baxİdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22

