Prezidentin mükafatlandırdığı gənclər kimlərdir?
04.02.2022 [11:01]
Müşfiqə BAYRAMLI
Prezident İlham Əliyev 2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən gənclərə Prezident mükafatları verilib. Həmin gənclərdən bir neçəsi ilə görüşüb, söhbətləşdik.
Azərbaycan gəncliyinin missiyası...
Prezident mükafatına layiq görülən gənclərdən biri Gənclər İnkişaf və Karyera Mərkəzinin Abşeron üzrə nümayəndəliyinin direktoru Coşqun Hikmət oğlu Hidayətovdur. Çoşqun bununla artıq ikinci dəfədir ki, ölkə başçısı tərəfindən mükafatlandırılır: “Bundan öncə 44 günlük Vətən müharibəsində iştirak etdiyim üçün Ali Baş Komandan tərəfindən “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşam. Bu gün Forum çox səmimi formatda keçirildi və bu bizim üçün çox sevindirici haldır. Azərbaycan gəncliyinin missiyası müharibə ilə yekunlaşmadı. Qarabağın dirçəlməsi prosesində, informasiya cəbhəsində, elm sahəsində eləcə də digər istiqamətlərdə öz üzərimizdə çalışmalı və inkişaf etməliyik. Vətənpərvərlik yalnız cəbhədə deyil. Bu anlayış çox genişdir. Mən öz üzərimdə çalışıb Vətənə layiqli gənc olmağa çalışıram. Bu gün bir daha şahidi oldum ki, hər kəs öz sahəsində fəaliyyətini mükəmməl yerinə yetirdiyi təqdirdə uğurlar bizim olacaq. Mütləq görülən işlərə layiqli qiymət verilir və veriləcəkdir”.
Elmi fəaliyyətimi yüksək mükafatlandırdığına görə...
Elm sahəsi üzrə bu mükafata AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) kiçik elmi işçisi Lalə Axundova layiq görülüb. Prezident mükafatçısı Lalə Axundova təəssüratlarını bizimlə bölüşüb. Bildirib ki, MBBİ-nin gənc mütəxəssislərindən olan Lalə Axundova 2014-cü ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini “Genetika” ixtisası üzrə bitirib. O, 2015-ci ildə Niderlandın Vageningen Universitetinin “Tibbi biologiya” ixtisası üzrə magistr proqramına, 2018-ci ildə isə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktoranturasına qəbul olunub: “2020-ci ildə Prezident yanında Elmin İnkişafı Fondunun elan etdiyi Gənc alim və tədqiqatçıların 5-ci qrant müsabiqəsinə təqdim olunan Xərçəng kök hüceyrələrinin mədəaltı vəzi xərçəngində rolunun araşdırılması və yeni müalicə üsulunun işlənməsi” adlı qrant layihəsində icraçı kimi iştirak etmişəm. 2021-ci ildə AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının 5 illiyi münasibətilə 30 yaşa kimi gənc alim və mütəxəssislər arasında keçirilən müsabiqədə I yerə layiq görülmüşəm. Elmi fəaliyyətimi yüksək mükafatlandırdığına görə cənab Prezidentə təşəkkürümü bildirirəm. Forum yüksək səviyyədə keçirildi. Aktual mövzularla bağlı suallar səsləndirildi. Prezident gənclərin suallarını aydın və geniş şəkildə cavablandırdı”.
Mənim üçün gözlənilməz idi
Mükafatçılar sırasında Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev də var. O, UNEC-in magistr pilləsində təhsil alır. Hisslərini bizimlə bölüşən Azər deyir ki, görülən işlərin birbaşa cənab Prezident tərəfindən qiymətləndirilməsi və dəyərləndirilməsi bütün Azərbaycan gəncinə verilən diqqət və qayğının göstəricisidir: “Çox qürurverici və sevindirici bir haldır. Görüşün formatı da bizə nümayiş etdirdi ki, cənab Prezident gənclərlə birbaşa təmasdadır. Biz gəncləri maraqlandıran sualları cavablandırdı və zəngin təcrübəsi ilə bizi aydınlatdı. Hesab edirəm ki, bu diqqətin və qayğının nəticəsi olaraq biz gənclər bundan sonra daha məsuliyyətli olmalıyıq. Ölkəmizin, cəmiyyətimizin inkişafı üçün Liderimizdən örnək götürərək bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik. Tam səmimi qeyd edim ki, mükafatçılar sırasında adımın olacağı mənim üçün gözlənilməz idi. Bu həyəcan hələ də məndə davam edir. Bütün gənclərimiz aktivdilər və hər biri bu mükafata layiqdir. Cənab Prezidentin mükafatı şəxsən təqdim etməsi göstərilən diqqətin və qayğının bariz nümunəsidir”.
Artıq 5 ildir ki, könüllülər sırasında yer alıram
“Bütün gəncləri və gənclər sahəsində fəaliyyət göstərən hər bir həmkarımı Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edirəm! Onlara yeni uğurlar, yeni nailiyyətlər arzu edirəm”.
Bu fikirləri isə “ASAN Könüllüləri” Təşkilatının sədri və Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Emiliya Bayramova deyib. Prezident mükafatçısı bildirib ki, biz gənclər olaraq dövlətimizin bizə hərtərəfli dəstək və qayğısını əsaslı şəkildə görə bilirik. Onun sözlərinə görə, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər və könüllü təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan imkanlar bu sahəyə böyük diqqətin bariz nümunəsidir: “Fəxrlə qeyd etmək istəyirəm ki, bu gənclər arasında mən də varam. Artıq 5 ildir ki, gənclər və könüllülər sahəsində fəaliyyət göstərən, beynəlxalq platforma və tədbirlərdə ölkəmizi təmsil edən bir gənc olaraq əminliklə deyə bilərəm ki, Azərbaycanda gənclərin bütün sahələrdəki fəaliyyəti ən yüksək şəkildə dəstəklənir. Biz də gənclər olaraq dövlətimizin ali diqqət, qayğı və etimadı layiqincə doğrultmağa çalışırıq”.
Prezident mükafatçısı onu da qeyd edib ki, gənclər siyasətinin ən vacib istiqamətlərindən biri də könüllülük fəaliyyətidir: “Bu gün Azərbaycan Gəncləri Gününün 25 illiyində mənim timsalımda ASAN könüllülərini belə bir ali mükafata layiq gördüyü üçün cənab Prezident İlham Əliyevə sonsuz minnətdarlığımızı bildiririk!”.
Xəbəri aldıqdan sonra Prezidentin rəsmi saytında Sərəncama baxdım
Quliyev Azər isə bir sıra beynəlxalq mükafatlara layiq görülmüş “Təngnəfəs” filminin rejissorudur: “İxtisasca rejissor, ssenaristəm. Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” layihəsinin qaliblərindən biriyəm. Mükafatlandırılmaq mənim üçün gözlənilməz oldu. Belə bir ali mükafata layiq görülmək çox qürurverici hissdir. Mükafatçılar sırasında olduğumu dostumdan öyrəndim. Xəbəri aldıqdan sonra Prezidentin rəsmi saytında Sərəncama baxdım və öz adımı orada gördükdə qürur duydum. Fikrimcə, bu, bir gənc üçün çox böyük uğurdur. Bu mükafat mənim üçün motivasiya və daha da irəli baxmaq üçün bir təkan olacaq”.
25 yaşlı ali məktəb müəllimi
Ölkə gəncləri müxtəlif sahələrdə bir çox uğurlara imza atıblar. Bu, elm və ali təhsil sahəsində də öz fərqini göstərir. Universitetlərimizdə təhsil alanlarla yanaşı, pedaqoji fəaliyyətlə məşğul olan gənclərimizə də rast gəlmək mümkündür. Belə gənclərimizdən biri də Naxçıvan Dövlət Universitetinin 25 yaşlı müəllimi Əziz Qasımovdur. Mükafatlandırılması ilə bağlı məmnunluğunu ifadə edən həmsöhbətimiz gənc yaşda müəllim olmağından qürur duyduğunu deyib: “Ölkə gənclərinə tövsiyəm budur ki, sevdikləri peşəni seçsinlər. Hansı sahədə özlərini daha peşəkar görürlərsə, o sahədə çalışsınlar. Ən əsası, Ulu Öndər irsinə, azərbaycançılığa, dövlətçiliyə daim sadiq olsunlar”.
Qeyd edək ki, mükafatçılar sırasında Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin mütəxəssisi Gülaliyeva Səyyarə, “CadeNZa” orkestrinin artisti Hüseynov Orxan, ABŞ-ın “TopTal” şirkətinin süni intellekt üzrə aparıcı mühəndisi Xəlilli Əliqənbər və ABŞ-ın Duke Universitetinin magistrantı Suad Muradov da yer alıblar.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

