İrsimizi yaşadanlar
14.04.2022 [10:58]
Xalçalarda keçmişimiz gizlənib
Gənc rəssam bütün şəhidlərimizin adlarını xalça üzərində əbədiləşdirib
İ. Rəsulova
Redaksiyamızın qonağı gənc xalçaçı rəssam Fidan İlhamdır. O, 2021-ci ildə Rəssamlıq Akademiyasının “Dekorativ tətbiqi sənət” fakultəsini fərqlənmə diplomu ilə bitirib. Gənc olmasına baxmayaraq, öz sənətinin sirlərini öyrətməyə başlayıb. Kursda dərs deyir, tələbələri var. Həm öyrədir, həm də öyrənir. Dediyinə görə, uşaqlıqdan onda xalçaçılığa qəribə maraq olub.
“Bilmirəm nədənsə xalçalar aləmi mənə həmişə sirli gəlirdi, özünə cəlb edirdi. II kursa bədii xalça ixtisasını seçəndə babam mənə dedi ki, ulu nənəm, yəni onun anası da xalçaçı olub. Görünür xalçaya olan sevgim qan yaddaşımdan irəli gəlib. Ümumiyyətlə, klassikanı çox sevirəm. Azərbaycan xalçalarının ornamentləri çox zəngindir. Hətta dəfələrlə baxdığın, sənə tanış olan xalçaya yenidən baxanda mütləq təzə naxış, məna tapırsan. Rənglərin dünyasında itib-batırsan”, - deyə Fidan qeyd edir.
“Ən çox Qarabağ xalçalarını sevirəm. Rəngləri daha parlaq, daha canlı olur. Əjdaha elementindən istifadə olunur, bu da maraqlıdır. Əjdaha fiquru xüsusilə Qasımuşağı xalçaları deyilən xalça növündə üstünlük təşkil edir. Stilizə olunmuş heyvan rəsmlərini çox sevirəm. Əjdahalar həm gücü, qüdrəti, həm də keçmişi canlandırır. Xalçalarda keçmişimiz gizlənib. Hər naxışın öz yaranma hekayəsi, arxasında gizlənən bir tarixi hadisə var”, - deyə gənc rəssam qeyd edir.
Müharibədən sonra Fidan İlham öz əl işlərinə Qarabağ motivlərini daxil edib. Onun “Xarıbülbüllərin rəqsi” və “Zəfəri bizə gətirənlər” adlı əl işləri ötən il “Azərxalça” tərəfindən keçirilən müsabiqədə xüsusi qiymətləndirilib. Fidan “Zəfəri bizə gətirənlər” xalçasıyla birinci yeri tutub.
“Mənə müsabiqədə qələbə gətirən əl işimin adı “Zəfəri bizə gətirənlər”dir. Bu işin yaranmasında ən əsas amillərdən biri “Zəfər” sözünün arxasında dayanan məna oldu. Mən zəfərin mənasını fərqli dərk etdim. Zəfər konsepsiyası mənə görə insanın daxildəki özünü tapmağı deməkdir, yəni başqa sözlə desəm, öz tərzini, zövqlərini, həyata baxışını, iradəni, doğrularını və s. Qarabağ Zəfəri dedikdə isə ağlıma ilk gələn bizə bu qələbəni gətirən şəhidlərimiz oldu. Təqdim etdiyim xalçanın əsas elementləri bir-birinə bənd olan Qarabağ atları idi. Qarabağ atları qızılı kürən rəngini günəşdən, güc və qüdrətini dağlardan alıb. At muraddır. Mən bu inancı bizim 44 günlük müharibədə arzumuza çatmağımızla, 30 illik işğala son verməyimizlə bağladım. Xalçamda Qarabağ atlarını bizim cəsur döyüşçülərlə əlaqələndirmək istədim. Atların başlarını bir-birinə söykənmiş şəkildə təsvir etməklə döyüşçülərimizin bir ürək kimi vurmasını, çiyin-çiyinə döyüşməsini xatırlatmaq istədim. Xalçanın üzərində olan hərflər isə şəhidlərimizin ad və soyadlarının baş hərfləridir. Mən şəhid olan bütün qardaşlarımızın adlarını ilmələrə toxumağa çalışdım. Atların arasında olan boşluqda isə stilizə olunmuş alov elementi yer alıb. Bu da Odlar Yurdunun simvoludur. Xalçanın mərkəzində ərəbcə yazılmış “Allah” sözü şəhidlərimizin ən uca zirvəyə, şəhidlik zirvəsinə çatmalarına, Allahın rəhmətini qazanmalarına işarədir. Xalçanın ümumi ölçüsü 100x70 sm-dir. Seçdiyim kompozisiya “Bəndi-rumi” kompozisiyasıdır. “Çünki Bəndi-Rumi kompozisiyası birliyin rəmzidir. Bu da xalqımızın birliyinin, bu müharibədə göstərdikləri yekdil iradənin rəmzi olsun istədim”, - deyə gənc rəssam qeyd edir. Tarix boyu xalçalar öz ilmələrində müharibələri, sevgiləri, ayrılıqları, qələbələri, işğalları müxtəlif naxışlar şəklində yaşadıb. Fidan da xalçalara Xarıbülbülü, şəhidlərin adlarını gətirməklə öz imzasını qoyub.
Fidan İlhamın arzusu sənətinin sirlərinə mükəmməl şəkildə yiyələnmək, dünyaya səs salmış Azərbaycan xalçalarının ənənələrini qoruyub saxlamaq və öz əl işlərini də imkan düşdükcə müsabiqələrdə təqdim etməkdir. Xalça xalqımızın ən qiymətli, ən qədim irs nümunələrindəndir. Öz ömrünü qədim ənənələrin yaşadılmasına həsr etmiş gənc soydaşımıza uğurlar arzulayırıq.
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

